B u l u d x a n X ə l i l o v
236
sədilə həmin daşı yerdən qaldırırlar. Əgər kim o daşı
yerdən qaldıra bilirsə, onda
onun arzu və niyyəti gələcək-
də baş tutur. Qəribə burasıdır ki, həmin daş zahirən o
qədər də ağır deyildir. Ancaq onu qaldıran adamların
bəziləri üçün daş yüngül, bəziləri üçün isə ağır olur. Onu
da qeyd edək ki,
Babasəmt piri qəbristanlığın içərisin-
dədir. Bu qəbristanlıqda keçmişdə ancaq nüfuzlu, müqəd-
dəs adamlar dəfn olunubdur. İndi
isə burada kiminsə dəfn
olunmasına icazə verilmir.
Deyilənlərə görə, Bakının Fatmayi kəndində bir
ziyarətgahın qabağında iri daş və həmin daşın ətrafında
xırda, yumurta boyda, bəziləri yumurtadan iri daşlar var-
mış. Bəzən bu daşları böyük daşın ətrafından uşaqlar
uzaqlaşdırar, yerindən tərpədər, başqa yerə atarmışlar.
Uşaqlar böyük daşın ətrafından kiçik daşları kənara atanda
böyük daş yaş, nəm olarmış. Həmin balaca daşları böyük
daşın ətrafına yığdıqdan sonra böyük daşın nəmişliyi
çəkilərmiş.
Ağsaqqallar, ağbirçəklər belə hesab edərmişlər
ki, bu balaca daşlar böyük daşın balalarıdır. Ona görə də
guya balaca daşların hər hansı birini böyük daşdan uzaq
salmaq onu incidir və ağladırmış. Bu səbəbdən balaca
daşlardan hər hansı biri böyük daşdan aralı düşsə, böyük
daş yaş, nəm olurmuş. Belə bir hadisəni nəzərimdən
keçirməklə aşağıdakı misraları yazmalı oldum.
Gördünmü daş ağladı?
Ah çəkdi daş ağladı.
Təkcə insanlar deyil,
Dərd çəkib daş ağladı.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
237
Əziziyəm o daşı
Daşlar gördü o daşı.
Daşın dərdi olarmı?!
Dərd yandırdı o daşı.
Gördünmü böyük daşı?
Balalı böyük daşı.
İnsan kimi dərd çəkir,
Anlasan böyük daşı.
Daş, özü də iri daş (və daşlar) tarixin elə mərhələ-
rində və təbiət hadisələrinin elə dövrlərində yaranmışdır
ki, onları incəliklərinə qədər təhlil etməyə elmin gücü
çatmır. Ancaq daş yarandığı vaxtdan insanın karına gəlib.
Ən azı insan yorulanda onun üzərində oturub. Yaxud
özünə ev tikərkən ondan istifadə edib. Başqa birini
qorxutmaq üçün, vurmaq üçün ona daş atıb və s. Ta
qədim dövrdən başlayaraq indiyə qədər insanlar şeytana
daş atmış, pis əməl sahiblərini daşa basmışlar. Bunların
hamısı onu göstərir ki, şər
qüvvələrə, bədxah qüvvələrə
qarşı daşdan ilk silah kimi istifadə olunmuşdur.
Sonralar iri daşları və onların olduğu yeri pirlərə,
ziyarətgahlara çeviriblər. Görünür ki, qədim insanlar bə-
şəriyyətin qədim çağlarında daşlıq, qayalıq yerləri
sığınacaq yeri kimi seçiblər. Daşa sığınmaq,
daşdan
istifadə etmək sonralar insanların düşüncəsində daş
pirlərin, ziyarətgahların yaranması ilə nəticələnibdir.
18.11.2015
B u l u d x a n X ə l i l o v
238
Tarixi yaşadan daşlar – II yazı
Daş insanların, o cümlədən türklərin məişətində, hə-
yatında, inam və inancında böyük rol oynadığı üçün yer-
yurd adlarında
daş komponenti izini qoruyub saxlayıbdır.
Məsələn, Amasiyada
Daşkörpü (kənd adı), Şəki-
də
Daşbulaq,
Daşüz (kənd adı),
Daşağıl(kənd adı),
Aşağı
Daşağıl (kənd adı),
Yuxarı Daşağıl (kənd adı),
Daşqaya
(Şəkinin girəcəyində yer adı), Naxçıvanda Biçənək
adlanan ərazidə
Sandıq daş,
Miz daş,
Saat daşı (yer-yurd
adlarıdır), Oğuzda
Daşüz (yer-yurd adı),
Daşağıl (yer-
yurd adı), Göyçənin Ağbulaq
kəndində Daşdıqlı dərə
(dərə adı),
Daşçıxan (örüş və yurd adı),
Daşdı gəzdək
(örüş və yurd adı) və s. Həm də
qaya sözü
daş sözü kimi
öz izini yer-yurd adlarında mühafizə edibdir. Məsələn,
Amasiyada
Qayabaşı (biçənək yeri), Naxçıvanda Biçə-
nək adlanan ərazidə
Ağ qaya (yer-yurd adı),
Qara
qaya (yer-yurd adı),
Ballı qaya (yer-yurd adı),
Sarı qaya
(yer-yurd adı),
Gəlin qayası (yer-yurd adı), Göyçənin
Ağbulaq kəndində
Kəmənd qaya (qaya adı),
Danaçı
qayası (qaya adı),
Qatar qaya (qaya adı),
Muqoyun
qayası (qaya adı),
Məkə qayası (qaya adı),
Aralıq dərənin
qayası (qaya adı),
Ağıllı qaya (qaya adı),
Qaçaq qayası
(qaya adı),
Kazım düşən qaya (qaya adı),
Ovux
qaya (qaya adı),
Sarı qaya (qaya adı),
Şişqaya (qaya adı)
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
239
və s. Burada
daş və
qaya sözlərinin bütün yer-yurd adla-
rında qorunub saxlanılmasını vermək məqsəd deyildir.
Məqsəd odur ki,
daş və
qaya komponentinin yer-
yurd adlarında işlənməsi səbəbinin bu komponentlərə
olan inamla bağlı olmasını diqqətə çatdırmaqdır.
Daş, qa-
ya qədim türkün düşüncəsində mifonimləşmiş bir obraz-
dır. Yaddaş kodumuz bu mifonimə arxalanır, güvənir. Bu
mənada M.Arazın aşağıdakı şeiri təsadüfi sayılmamalı-
dır:
Bir qayaya söykənmişəm, deyirəm kaş:
Bax beləcə daşa dönəm yavaş-yavaş
Taleyimi qayaların taleyinə bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini qayalara xatırladam,
Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar.
İnsanların nərəsindən doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi, dayaq olub, yumruq olub, ox olublar.
Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar,
Bu torpağın taleyində o da elə bir gün idi.
İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə