34
Ölkəmizdə əmanət işinin ənənəvi sahə olmasına baxmayaraq, son illər ərzində
sürətli artımı müşahidə olunsa da, lakin əmanət işinin inkişafında hələ də görüləcək
bir çox işlər var.Bu isə iqtisadi subyektlər tərəfindən bank sisteminə olan inamın
artmasının davam etdiyini göstərir. Manatla fiziki şəxslərin depozitləri manatla
hüquqi şəxslərin depozitlərinə nisbətən daha yüksək templə artmışdır. Məcmu
öhdəliklərin strukturunda cəmi depozitlərin payı 01.01.11 tarixinə 49% (01.01.10-
48,2%) təşkil etmişdir. 2010-cu ildə fiziki şəxslərin əmanətləri 29,8% artaraq ilin
sonuna 3029,8 mln. manata çatmış (2009-cu ildə artım tempi 22,5% olmuşdur),
hüquqi şəxslərin depozitləri (dövlət idarəetmə orqanları daxil olmaqla) isə 4,3%
artaraq 2419 mln.manat təşkil etmişdir. 2011-ci ilin 1 yanvar tarixinə əhalinin
ə
manətlərinin bankların öhdəliklərində payı 27,2% təşkil etmişdir (2010-cu ilin 1
yanvar tarixinə 24,2%). 2013-cü ildə əhalinin əmanətləri 25,1% artaraq 6395,8 mln.
manata çatmış, onların bankların öhdəliklərində xüsusi çəkisi isə 37,6% təşkil
etmişdir. Korporativ sektorun (qeyri-maliyyə təşkilatları) depozitləri 1 yanvar 2014-
cü il tarixinə 2818 mln. manat təşkil etmişdir. Hüquqi şəxslərin depozitlərində xüsusi
dəyişiklik baş verməmişdir. Əhalinin əmanətlərində müddətli depozitlərin ötən ilin
müvafiq dövrünə nəzərən əhəmiyyətli artımı bankların resurs bazasının keyfiyyətinə
müsbət təsir göstərmişdir. Belə ki, əhalinin cari hesablarında 45 mln. manat artım
olduğu halda müddətli depozitlərində 1237 mln. manat artım qeydə alınmışdır.Bunu
aşağıdakı Qrafik-sxem 3 də aydın müşahidə edə bilərik.
Qrafik-sxem 3.
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
35
Beləliklə, Cədvəldən də görüldüyü kimi son 5 il ərzində depozit hesablarının
sayı 384 737 ədəd, əmanətlərin həcmi isə 4 554 235 min manat artıb. Bu da əhalinin
indi banklara daha çox etibar etməsindən irəli gəlir. Həmçinin bildiyimiz kimi
banklara qoyulan əmanətlərin 100 faizi həcmində, lakin 30 min manatdan çox
olmamaq şərtilə kompensasiyası ödənilir. Depozit bazasının mütləq artımı ilə yanaşı
onun keyfiyyətində də müsbət dəyişikliklər baş vermişdir. Əhalinin əmanətlərinin
strukturunda müddətli əmanətlərin payının artması müşahidə olunmuşdur. Cari
hesablarda əhalinin əmanətləri 10,4% artdığı halda, müddətli əmanətlər 35,3%
artmışdır.Depozitlərin müddət strukturunun yaxşılaşması ilə yanaşı onun valyuta
strukturunda da müsbət meyllər müşahidə olunmuşdur. Manatın məzənnəsinin
sabitliyi şəraitində il ərzində dollarlaşma səviyyəsi azalmışdır.
Ölkəmizdə bu gün bank əməliyyatları bazarının inkişafı istənilən səviyyəyə
çatmamış, bank xidmətinin keyfiyyət və kəmiyyət göstəriciləri hələ ki beynəlxalq
standartların tələblərinə cavab vermir və bankların əksəriyyəti öz işlərini ssuda,
depozit, kassa-hesablaşma əməliyyatları üzərində qurmaqla kifayətlənirlər. Müqayisə
üçün qeyd edək ki, bu gün inkişaf etmiş ölkələrin bankları öz müştərilərinə 300-ə
yaxın bank xidməti, əməliyyatı və məhsulu təklif edirlər.
Kredit təşkilatları, həmçinin banklar əmanətlər üzrə faiz dərəcəsini və
ə
məliyyatlar üzrə komisyon haqqlarının miqdarını özləri müstəqil olaraq müəyyən
edirlər. Lakin buna baxmayaraq, kommersiya banklarının əmanət əməliyyatları üzrə
faiz dərəcəsinə müəyyən amillər təsir göstərir. Belə amillərdən biri pul-kredit
siyasətinin klassik alətləridir (xüsusilə də məcburi ehtiyat normalarının müəyyən
edilməsi). Bu baxımdan da fiziki şəxslərin müddətli vəsaitlərini daha geniş cəlb
etmək məqsədilə, Mərkəzi Bank tərəfindən əmanətlər diferensiallaşdırılmalı və
müddətli əmanətlər üzrə ehtiyat normalarına ayırmalar ləğv edilməlidir. Belə
tədbirlərin reallaşması nəticəsində müddətli vəsaitləri cəlb etməkdə kommersiya
banklarının manevr imkanları artmış olar.
Qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində yerli bank təcrübəsində
öhdəliklərin belə diferensiallaşdırılması həyata keçirilirdi. Yəni, banklar müddətli
öhdəliklər üzrə ehtiyat normalarına ayırmalardan azad idilər. Lakin o zaman
36
kommersiya banklarında müəyyən qanunsuzluqlara (cəlb olunmuş öhdəliklərin əksər
hissəsi müddətli öhdəliklər adı altında ehtiyat normalarına ayırmalardan
yayındırılırdı) yol verilmiş və Mərkəzi Bankın buna nəzarəti kifayət qədər
olmamışdır. Əmanətlərin diferensiallaşması nəzarəti kifayət qədər olmamışdır.
Ə
manətlərin diferensiallaşması həyata keçirilərkən əmanət hesablarının bankın
balansının ayrı-ayrı hesablarında uçota alınması bu problemin aradan qaldırılmasını
təmin etmişdir.
Müasir şəraitdə yerli kommersiya bankları üçün əhalinin vəsaitlərinin cəlb
edilməsi əməliyyatı bir tərəfdən onlara heç də asan başa gəlmirsə, digər tərəfdən bu
gün Azərbaycanda fiziki şəxslərin bank əməliyyatlarına olan tələbi və bu tələbin
ödənilməsi imkanları arasında müəyyən fərqliliklər mövcuddur. Bunu ilk növbədə
hələ də əhalinin bütün banklara, bankların isə müştərilərə olan inamının yüksək
səviyyədə olmaması ilə izah etmək olar. Qarşılıqlı inamın qənaətbəxş olmaması bank
və müştəri arasında dezinteqrasiya meylini gücləndirir. Son nəticədə bu bankların
fiziki şəxslərə olan maraqlarının azalmasında, digər tərəfdən isə əhalinin əksər
hissəsinin hələ də öz yığımlarını xarici valyuta və dəfinə formasında həyata
keçirməsində özünü biruzə verir.
Son illərə nəzər saldıqda 2012-ci ildə bankların məcmu aktivləri 26.5%
artmaqla, ilin sonuna 17.6 mlrd. manat təşkil etmişdir. qtisadiyyata kredit qoyuluşları
2011-ci illə müqayisədə 27.8% artmış və 2012-ci ilin sonuna 12.7 mlrd. manat təşkil
etmişdir. Banklar tərəfindən kredit qoyuluşları iqtisadiyyata kreditin 97.5%-ni təşkil
etmiş və 2013-ci il 1 yanvar tarixində 12.4 mlrd. manata bərabər olmuşdur. Kredit
qoyuluşunun artması ev təsərrüfatlarına, sənaye və istehsal, inşaat və əmlak,
nəqliyyat və rabitə, energetika, kimya və təbii ehtiyatlar sektorlarına verilən
kreditlərin artması sayəsində mümkün olmuşdur. Real sektorun sahələr üzrə kredit
qoyuluşları aşağıda qrafik 4 də faiz nisbəti ilə verilmişdir.
Kredit qoyuluşlarının sahələr üzrə strukturu, 01.01.2013 tarixinə(%-lə)
Dostları ilə paylaş: |