Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

34 

Ölkəmizdə əmanət işinin ənənəvi sahə olmasına baxmayaraq, son illər ərzində 

sürətli artımı müşahidə olunsa da, lakin əmanət işinin inkişafında hələ də görüləcək 

bir  çox  işlər  var.Bu  isə  iqtisadi  subyektlər  tərəfindən  bank  sisteminə  olan  inamın 

artmasının  davam  etdiyini  göstərir.  Manatla  fiziki  şəxslərin  depozitləri  manatla 

hüquqi  şəxslərin  depozitlərinə  nisbətən  daha  yüksək  templə  artmışdır.  Məcmu 

öhdəliklərin  strukturunda  cəmi  depozitlərin  payı  01.01.11  tarixinə  49%  (01.01.10-

48,2%)  təşkil  etmişdir.  2010-cu  ildə  fiziki  şəxslərin  əmanətləri  29,8%  artaraq  ilin 

sonuna  3029,8  mln.  manata  çatmış  (2009-cu  ildə  artım  tempi  22,5%  olmuşdur), 

hüquqi  şəxslərin  depozitləri  (dövlət  idarəetmə  orqanları  daxil  olmaqla)  isə  4,3% 

artaraq  2419  mln.manat  təşkil  etmişdir.  2011-ci  ilin  1  yanvar  tarixinə  əhalinin 

ə

manətlərinin  bankların  öhdəliklərində  payı  27,2%  təşkil  etmişdir  (2010-cu  ilin  1 



yanvar tarixinə 24,2%). 2013-cü ildə əhalinin əmanətləri 25,1% artaraq 6395,8 mln. 

manata  çatmış,  onların  bankların  öhdəliklərində  xüsusi  çəkisi  isə  37,6%  təşkil 

etmişdir. Korporativ sektorun (qeyri-maliyyə təşkilatları) depozitləri 1 yanvar 2014-

cü il tarixinə 2818 mln. manat təşkil etmişdir. Hüquqi şəxslərin depozitlərində xüsusi 

dəyişiklik  baş  verməmişdir.  Əhalinin  əmanətlərində  müddətli  depozitlərin  ötən  ilin 

müvafiq dövrünə nəzərən əhəmiyyətli artımı bankların resurs bazasının keyfiyyətinə 

müsbət  təsir  göstərmişdir.  Belə  ki,  əhalinin  cari  hesablarında  45  mln.  manat  artım 

olduğu halda müddətli depozitlərində 1237 mln. manat artım qeydə alınmışdır.Bunu 

aşağıdakı Qrafik-sxem 3 də aydın müşahidə edə bilərik. 

                                                                                                                       Qrafik-sxem 3. 

 

   Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı 



35 

         Beləliklə,  Cədvəldən  də  görüldüyü  kimi  son  5  il  ərzində  depozit  hesablarının 

sayı 384 737 ədəd, əmanətlərin həcmi isə 4 554 235 min manat artıb. Bu da əhalinin 

indi  banklara  daha  çox  etibar  etməsindən  irəli  gəlir.  Həmçinin  bildiyimiz  kimi 

banklara  qoyulan  əmanətlərin  100  faizi  həcmində,  lakin  30  min  manatdan  çox 

olmamaq şərtilə kompensasiyası ödənilir. Depozit bazasının mütləq artımı ilə yanaşı 

onun  keyfiyyətində  də  müsbət  dəyişikliklər  baş  vermişdir.  Əhalinin  əmanətlərinin 

strukturunda  müddətli  əmanətlərin  payının  artması  müşahidə  olunmuşdur.  Cari 

hesablarda  əhalinin  əmanətləri  10,4%  artdığı  halda,  müddətli  əmanətlər  35,3% 

artmışdır.Depozitlərin  müddət  strukturunun  yaxşılaşması  ilə  yanaşı  onun  valyuta 

strukturunda  da  müsbət  meyllər  müşahidə  olunmuşdur.  Manatın  məzənnəsinin 

sabitliyi şəraitində il ərzində dollarlaşma səviyyəsi azalmışdır. 

        Ölkəmizdə  bu  gün  bank  əməliyyatları  bazarının  inkişafı  istənilən  səviyyəyə 

çatmamış,  bank  xidmətinin  keyfiyyət  və  kəmiyyət  göstəriciləri  hələ  ki  beynəlxalq 

standartların  tələblərinə  cavab  vermir  və  bankların  əksəriyyəti  öz  işlərini  ssuda, 

depozit, kassa-hesablaşma əməliyyatları üzərində qurmaqla kifayətlənirlər. Müqayisə 

üçün  qeyd  edək  ki,  bu  gün  inkişaf  etmiş  ölkələrin  bankları  öz  müştərilərinə  300-ə 

yaxın bank xidməti, əməliyyatı və məhsulu təklif edirlər. 

   Kredit  təşkilatları,  həmçinin  banklar  əmanətlər  üzrə  faiz  dərəcəsini  və 

ə

məliyyatlar  üzrə  komisyon  haqqlarının  miqdarını  özləri  müstəqil  olaraq  müəyyən 



edirlər. Lakin buna baxmayaraq, kommersiya banklarının əmanət əməliyyatları üzrə 

faiz  dərəcəsinə  müəyyən  amillər  təsir  göstərir.  Belə  amillərdən  biri  pul-kredit 

siyasətinin  klassik  alətləridir  (xüsusilə  də  məcburi  ehtiyat  normalarının  müəyyən 

edilməsi).  Bu  baxımdan  da  fiziki  şəxslərin  müddətli  vəsaitlərini  daha  geniş  cəlb 

etmək  məqsədilə,  Mərkəzi  Bank  tərəfindən  əmanətlər  diferensiallaşdırılmalı  və 

müddətli  əmanətlər  üzrə  ehtiyat  normalarına  ayırmalar  ləğv  edilməlidir.  Belə 

tədbirlərin  reallaşması  nəticəsində  müddətli  vəsaitləri  cəlb  etməkdə  kommersiya 

banklarının manevr imkanları artmış olar. 

  Qeyd  etmək  lazımdır  ki,  90-cı  illərin  əvvəllərində  yerli  bank  təcrübəsində 

öhdəliklərin  belə  diferensiallaşdırılması  həyata  keçirilirdi.  Yəni,  banklar  müddətli 

öhdəliklər  üzrə  ehtiyat  normalarına  ayırmalardan  azad  idilər.  Lakin  o  zaman 



36 

kommersiya banklarında müəyyən qanunsuzluqlara (cəlb olunmuş öhdəliklərin əksər 

hissəsi  müddətli  öhdəliklər  adı  altında  ehtiyat  normalarına  ayırmalardan 

yayındırılırdı)  yol  verilmiş  və  Mərkəzi  Bankın  buna  nəzarəti  kifayət  qədər 

olmamışdır.  Əmanətlərin  diferensiallaşması  nəzarəti  kifayət  qədər  olmamışdır. 

Ə

manətlərin  diferensiallaşması  həyata  keçirilərkən  əmanət  hesablarının  bankın 



balansının  ayrı-ayrı  hesablarında  uçota  alınması  bu  problemin  aradan  qaldırılmasını 

təmin etmişdir. 

     Müasir  şəraitdə  yerli  kommersiya  bankları  üçün  əhalinin  vəsaitlərinin  cəlb 

edilməsi əməliyyatı bir tərəfdən onlara heç də asan başa gəlmirsə, digər tərəfdən bu 

gün  Azərbaycanda  fiziki  şəxslərin  bank  əməliyyatlarına  olan  tələbi  və  bu  tələbin 

ödənilməsi  imkanları  arasında  müəyyən  fərqliliklər  mövcuddur.  Bunu  ilk  növbədə 

hələ  də  əhalinin  bütün  banklara,  bankların  isə  müştərilərə  olan  inamının  yüksək 

səviyyədə olmaması ilə izah etmək olar. Qarşılıqlı inamın qənaətbəxş olmaması bank 

və  müştəri  arasında  dezinteqrasiya  meylini  gücləndirir.  Son  nəticədə  bu  bankların 

fiziki  şəxslərə  olan  maraqlarının  azalmasında,  digər  tərəfdən  isə  əhalinin  əksər 

hissəsinin  hələ  də  öz  yığımlarını  xarici  valyuta  və  dəfinə  formasında  həyata 

keçirməsində özünü biruzə verir. 

Son  illərə  nəzər  saldıqda  2012-ci  ildə  bankların  məcmu  aktivləri  26.5% 

artmaqla, ilin sonuna 17.6 mlrd. manat təşkil etmişdir. qtisadiyyata kredit qoyuluşları 

2011-ci illə müqayisədə 27.8% artmış və 2012-ci ilin sonuna 12.7 mlrd. manat təşkil 

etmişdir. Banklar tərəfindən kredit qoyuluşları iqtisadiyyata kreditin 97.5%-ni təşkil 

etmiş  və  2013-ci  il  1  yanvar  tarixində  12.4  mlrd.  manata  bərabər  olmuşdur.  Kredit 

qoyuluşunun  artması  ev  təsərrüfatlarına,  sənaye  və  istehsal,  inşaat  və  əmlak, 

nəqliyyat  və  rabitə,  energetika,  kimya  və  təbii  ehtiyatlar  sektorlarına  verilən 

kreditlərin  artması  sayəsində  mümkün  olmuşdur.  Real  sektorun  sahələr  üzrə  kredit 

qoyuluşları aşağıda qrafik 4 də faiz nisbəti ilə verilmişdir. 

 

         Kredit qoyuluşlarının sahələr üzrə strukturu, 01.01.2013 tarixinə(%-lə

 

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə