Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

31 

Respublikasının  qanunlarının  tələblərinə  əsasən  kommersiya  bankları  hüquqi  şəxs 

statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Sənədlər 

toplusu Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında  qanuna uyğun olaraq Ədliyyə 

Nazirliyinə  təqdim  edilir.  Bank  dövlət  qeydiyyatından  keçərək  hüquqi  şəxs  statusu 

aldıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  MB-a  yazılı  surətdə  vəsatət  verir. 

Banklar  və  bank  fəaliyyəti  haqqında  qanununa  əsasən  bank  lisenziyası  almaq  üçün 

banklar  MB-a aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir. 

1. 

Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti 



2. 

Təsis  sənədləri  (təsis  müqaviləsi,nizamnamənin  qəbul  olunması,nəzarət  və 

idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol və s.) 

3. 


Hüquqi  şəxs  olan  təsisçilərin  son  il  üçün  maliyyə  vəziyyətini  əks  etdirən 

mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və buna dair auditor rəyi 

4. 

Rəhbərlərin və baş mühasibin peşə yararlılğı və məhkum olunub-olunmadıqları 



haqqında məlumaq, həmin şəxslər tərəfindən doldurulmuş anket. 

Sənədlər  tələblərə  uyğun  olduqda,  Mərkəzi  bank  yeni  kredit  təşkilatı  üçün 

müxbir hesabı açır və minimal  nizamnamə kapitalının ödənilməsini tələb edir. Bank 

yalnız  lisenziya  aldıqdan  sonra  hüquqi  şəxs  kimi  fəaliyyətə  başlayır  və  bank 

sisteminə  daxil  olur.  MB  tərəfindən  yeni  kredit  təşkilatına  bank  lisenziyası  qeyri-

müəyyən  müddətə  verilir.  Lisenziya  verilərkən,  onun  verilməsi  haqqında  qərarında 

MB kredit təşkilatına əsaslandırılmış şərtlər, məhdudiyyətlər qoya bilər.  

        Lisenziya  geri  alınarkən,  bu  MB H-nin  qərarı  ilə  rəsmiləşdirilir  və  bütün 

səbəblər göstərilməklə  kredit  təşkilatına  yazılı surətdə bildirilir.  Bu  haqqda  Ədliyyə 

Nazirliyinə  5  gün  ərzində  məlumat  verir  və  bu  barədə  rəsmi  məlumat  dərc 

etdirir.Bank  lisenziyasının  geri  götürülməsi  haqda  qərar  qüvvəyə  mindiyi  gündən 

bütün əməliyyatları dayandırır.  

         Kommersiya  banklarının  təşkilati  və  idarəetmə  strukturu  öz  əksini  onların 

Nizamnamənsində tapmışdir.  Bankların təşkili aşağıdakı formada həyata keçrilir: 

1.      Bank  ən  azı  üç  hüquqi  və  ya  fiziki  şəxs  tərəfindən  açıq  səhmdar  cəmiyyəti 

formasında yaradılır.  




32 

2.    Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları 

bankın səhmdarı ola bilməzlər.  

3.    Bank  yalnız  adlı  səhmlər  buraxa  bilər.  Bankın  imtiyazlı  səhm  sahibləri  səs 

hüququna malik ola bilməzlər.  

4.   Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı 

ə

lavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. 



        Eyni  zamanda  “Azərbaycan  Respublikasının  banklar  və  bank  fəaliyyəti 

haqqında”  qanunun  20,  21,  22,  23,  24,  25,  26,  27    maddələri  kredit  təşkilatının 

nizamnaməsi,  idarəetmənin  strukturu,  payçıların  ümumi  yığıncağı,  müşahidə  şurası, 

maliyyə-təftiş komissiyası və idarə heyətinin vəzifələri öz əksini tapmışdır. Bankların 

ali  idarəetmə  orqanı  səhmdarların  ümumi  yığıncağıdır.  Səhmdarların  ümumi 

yığıncağı iş planına uyğun olaraq növbəli və növbədənkənar ola bilər. 

         Hər  bir  bank  normal  fəaliyyət  göstərmək,  özünün  fəaliyyət  strategiyasını 

hazırlamaq  və  fəaliyyətə  nəzarəti  həyata  keçirmək  üçün  daxili  strukturlarını  yaradır 

və onlara aşağıdakılar daxildir:  

          1.Müşahidə  Şurası.  Müşahidə  şurası  kredit  təşkilatının  fəaliyyəti  üzərində 

nəzarəti həyata keçirir.  Lakin o, icra səlahiyyətinə malik olan qurum deylildir. Kredit 

təşkilatının  fəaliyyətində  bəzi  məsələlərin  həlli  üçün,  əgər  həmin  məsələlərin  icra 

səlahiyyyətlərini  ümumi  yığıncaq  öz  üzərinə  götürməmişsə,  mütləq  Müşahidə 

Ş

urasının  ya  razılğı,  ya  da  qərarı  olmalıdır.  Müşahidə  şurasının  tərkibi  yığıncaq 



tərəfindən  4  ildən  çox  olmayan  müddətə,  səhmdarlar  sırasından,  3  nəfərdən  az 

olmayaraq tək sayda (5, 7, 9) seçilir. 



2.Maliyyə-təftiş komissiyası

. Bu komissiya bankın ümumi yığıncağı tərəfindən 

4  il  müddətinə  seçilir.  Onun  tərkibi  ən  azı  3  nəfər  olmaqla  tək  sayda  seçilir. 

Komissiyanın  sədrini  ümumi  yığıncaq  seçir.Maliyyə-təftiş  komissiyası  kredit 

təşkilatnın fəaliyyətində mühüm əhəmiyyətə malik olan bank qanunvericiliyinə riayət 

olunmasına,  MB-ın  normativ  aktlarının  icra  edilməsinə  və  kredit  təşkliatnın 

nizamnaməsinin  icrasına  nəzarət  edir,  həmçinin  paralel  olaraq  mühasibat  nəzarətini 

həyata keçirir. 




33 

3. darə  Heyəti

.  O  səlahiyyət  müddəti  ərzində  kredit  təşkilatını  idarə  edir  və 

bütövlükdə onun fəaliyyəti üçün tam məsuliyyət daşıyır.  darə Heyəti 3 nəfərdən az 

olmamaq  şərti  ilə  dördillik  müddətə  seçilir.  Onun  tərkibinə  həm  kredit  təşkilatının 

səhmdarları  həm  də  kənar  adamlar  seçilə  bilər.  H-nin  qərarları  adi  səs  çoxluğu  ilə 

qəbul  olunur.  Üzvlərin  sayı  3-dən  çox  olduğu  hallarda  qərar  onların  60%-i  iştirak 

etdiyi halda qəbul olunur.  H-nin əsas məqsədi bankın qarşısına qoyduğu funksiyaları 

yüksək  səviyyədə  yerinə  yetirməkdir.  Bunun  üçün  səmərəli  kredit  və  investisiya 

siyasəti aparılmalı,sabit iqtisadi- maliyyə fəaliyyəti təşkil olunmalıdır. 

15  dekabr  1992-ci  ildə  qüvvəyə  minmiş  “Sahibkarlıq  fəaliyyəti  haqqında”, 

həmin  ilin  15  yanvarında  qəbul  olunmuş  “Xarici  investisiyaların  qorunması 

haqqında”  və  eləcədə  12  dekabr  2003-cü  ildə  qüvvəyə  minmiş  “Hüquqi  şəxslərin 

dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında”  qanunları  ölkə  iqtisadiyyatında  bank 

sektorunun  dahada  təkminləşməsinə  və  eləcədə  real  sektora  xarici  investorların 

marağının cəlb edilməsinə nail olmuşdur .Bundan əlavə 13 yanvar 1995-ci ildə qəbul 

olunmuş  “ nvestisiya  fəaliyyəti  haqqında”  və  14  iyul  1998-ci  ildə  qəbul  olunan 

“Qiymatli  kağızlar  haqqında”  qanunlar  bankların  real  sektorda  fəaliyyətinin  hüquqi 

ə

saslarını təmin edir. 



 

 

2.2. Bankların real sektordakı fəaliyyətinin təhlil. 

 

        qtisadiyyatın  real  sektoru  ilə  bank  sisteminin  daha  fəal  işləməsindən  ötrü, 

uzunmüddətli  resurs  bazasının  yaradılması  tələb  olunur.  Bununla  əlaqədar  bank 

sisteminin  strateji  vəzifələrindən  biri  əhalinin  əmanətlərinin  cəlb  olunması  üzrə  işin 

fəallaşmasıdır.Çünki  əhalinin  əmanətlərinin  banklara  cəlb  olunmasını  aşağıdakılar 

şə

rtləndirir: 



– maliyyə vasitəçilərinə həm əhalinin, həm də iqtisadi subyektlərin inamının artımı; 

– real faiz dərəcəsinin dəyişməsi; 

– əhalinin real gəlirlərinin getdikcə artması. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə