Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə10/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   6   7   8   9   10   11   12   13   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

30

 

yayılıb ümumtürk dillərinin zonasında işlənən bir söz olduğunu 



göstərir.  

S.Y.Malov Gültəkin abidəsinin böyük mətnində  və Tonyu-

kuk abidəsində bu felin qozğan variantını göstərərək, onun əldə 

etmək (приобработать, добывать), əldə etmək üçün hərislik gös-

tər, qibtə et və qısqanclıq göstərmək (ревновать) mənalarında iş-

ləndiyini və oradaca Radlova əsaslanaraq qazğan felinin yeni 

dövrlərdə qazan şəklinə düşdüyünü qeyd edir. ...çox güman ki, 

qazan feli möhtəkirlik anlayışı ilə bağlı olan bir  prosesdən əmələ 

gəlmişdir”

1

.  



Bu izahlardakı hərislik göstərən, qısqanclıq göstərən, möhtə-

kirlik edən  anlamlı “qazan” (qazğan) sözü “Kitab”dakı “qazanı” 

(yeni təqdim etdiyimiz transkripsiya) sözünün semantikası ilə 

səsləşir; “...Yemək-içmək etdilər. Səgrək məst oldu. Tışra ayaq 

yoluna çıqdı. Gördi kim, öksüz oğlan bir qazanı  çəkişür. “Mərə 

noldıŋız?” deyü bir şillə birinə, bir şillə birinə urdı... Biri aydır: 

“Mərə, mizim öksüzligimiz yetməzmi, bizi niyə urarsan?..” (D-

256). Bu parçanı belə səciyyələndirmək olar: hər iki oğlan yetim-

dir; hər ikisi şadlıq məclisini kənardan seyr edir; hər  ikisi şadlıq 

məclisi qurtardıqdan sonra əldə edəcəkləri ərzağı (yeməyi) səbir-

sizliklə gözləyir; Çox güman ki, onların çəkişməsi də bu motivlə - 

süfrədə qalan yeməyə kimin sahib çıxa bilməsi ilə bağlıdır. Bu 

mənada həmin yazılış şəklinin “qızanı” (qız) formasında transkrip-

siyası, eyni zamanda qab-qacaq anlamlı “qazan” kimi başa düşül-

məsi mətnin semantikasına ziddir. O ki qaldı “kızanı” (qızanı) 

şəklində transkripsiya və onun “dəliqanlı” mənasında yozulması-

na... Bu da mətnin semantik yükünə yapışıqlı görünmür: ona görə 

ki ikinci yetim “dəliqanlı” olsa idi, Səyrəyin  şilləsini cavabsız 

qoymazdı. Ən azı şillə ilə cavab verərdi. Çünki “dəli nərə dəliqan-

lılığın  ən qabarıq,  ən nümayişkaranə  və  ən parlaq ifadə forması-

                                                            

1

 Q.Bağırov.Azərbaycan dilində fellərin leksik-semantik inkişafı.Bakı, 1971, s.103. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

31

 

dır”



1

. Bu da o deməkdir ki, həmin ac-yalavac yetimlər Səyrəkdən 

ən azı üç-dörd yaş kiçik uşaqlardır. 

Nəyisə  əldə etməyə  həris, paxıl, qısqanc anlamlı “qazanı” 

sözünün sonundakı “-ı” isə -la morfemi funksiyasında çıxış edir. 

Diqqətçəkən məqamlardan biri də budur ki, həmin yazılış şəklini 

müxtəlif cür  yozanlar da “-ı”  şəkilçi morfemini (birgəlik – alət 

halın arxaikləşmiş forması) məhz “-la” kimi sadələşdirib: qızla 

(F.Zeynalov və S.Əlizadə); dəliqanlıyla (A.Hacıyev). 

 

 



                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.108. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

32

 

QORQUDŞÜNASLAR, DİLÇİLƏR YAZIR,                             



“DƏDƏ QORQUD KİTABI” TƏKZİB EDİR 

 

Son  əlli ildə araşdırma obyekti olan abidələrimiz sırasında, 

heç şübhəsiz ki, “Kitab”ın  yeri birincidir. Nə qədər qəribə görün-

sə  də, biz “Kitab”ı öyrəndiyimiz, araşdırdığımız kimi, “Kitab”da 

bizi öyrədir, bizə borclu qalmır, mənəvi dünyamızın qaranlıq 

səhifələrinə  işıq salır. Bu məqamda Kamal Abdullanın bir fikri 

yada düşür: “Bu gün də  hətta bir çox mənəvi bəşəri dəyərləri o 

uzaq Qorqud dövrünə aparmaq necə də cəlbedici görünür... Oğuz 

cəmiyyətində  hər hansı  bir keyfiyyəti və ya dəyəri mütləq tam 

şəkildə, bütün mənfi-müsbəti ilə, hərtərəfli götürməliyik. Çünki 

yalnız belə olarsa, obyektiv həqiqət  ortaya çıxa bilər”

1

. Bu 



baxımdan “Kitab”ın ən mötəbər mənbə olduğu unudulmamalı, ona 

zərgər dəqiqliyi ilə yanaşılmalı, onun nəinki mikro və makromətn-

ləri, hətta hər sözü, səsi belə diqqətdən yayınmamalıdır. Təəssüf 

ki, bəzən bunun əksini görürük. Konkret desək, düzgün olmayan 

transkripsiyaların, “Kitab”da öz çəksini real olaraq tapmayan bir 

sıra məsələlərin “Kitab”a zorla aid edilməsinin, “Kitab”a istinad 

olunmadığı üçün çıxarılmış  nəticələrin qeyri-dəqiqliyinin  şahidi 

oluruq. Açığını deyim ki, bir sıra yazılarımda həmin məsələlərə az 

da olsa münasibət bildirmişdim... Amma “Kitab”la bağlı qeyri-

dəqiq fikirlərin  əhatə dairəsinin genişlənməsi problemə yenidən 

qayıtmaq zərurəti yaradır. İlk olaraq qeyd edim ki, bu vaxta qədər 

müəyyənləşdirdiyim  nöqsanların, daha doğrusu, yanlış izahların 

bir hissəsi aşağıdakılardır: 

–  “Kitab”ın nə Drezden, nə də ki Vatikan nüsxəsində “Gəli-

nə ayran demədim mən Dədə Qorqud” misrası ilə başlanan  şeir 

parçası yoxdur. Alimlərimizin bəziləri isə  həmin  şeir parçasının 

“Kitab”da olduğunu göstərir; 

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, s.302. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

33

 

–  bir sıra qorqudşünasların fikrincə, “Kitab”da dağ qayınata 



statusunda çıxış edir, Oğuz qadını dağı görəndə yaşmaqlanır. 

Halbuki “Kitab”da bu cür hadisələrin təsvirinə rast gəlinmir; 

–  təkcə sadə vətəndaşlarımız yox, hətta bəzi elm adamları-

mız “Dədə Qorqud” filminə  əsaslanaraq deyirlər ki, “Kitab”da 

Günel və Tural obrazları var. Bu səhvi etməmək üçün “Kitab”a 

müraciət etmək, onu oxumaq lazımdır; 

–  “Uruz xub söylədi, şəkər yedi” cümləsindəki gözəl danış-

maq, xoş danışmaq anlamlı “şəkər yemək”  ifadəsinin şirni, şəkər, 

şirin  şey mənasında, yaxud “Bədəvi atlar issin görüb oğradıqda” 

cümləsindəki kişnəmək anlamlı “oğramaq” sözünün oğru (başqa-

sına məxsus  əşyanı gizlincə götürüb mənimsəmək) mənasında 

təqdiminə  təsadüf olunur. Heç şübhəsiz ki, bu, birbaşa “Kitab”ı 

linqvopoetik baxımdan normal mənimsəməməklə  bağlıdır; 

– qön (gön) sözünün “qum” (D-176), atam sözünün “anam” 

(D-232)  şəklində  təqdimi “Kitab”ın bütün nəşrlərində müşahidə 

olunur ki, bu da həmin tip cümlələrin semantikasını olduğu kimi 

qavramağa imkan vermir; 

–  Buğac adının izahı “Kitab”da tam aydın şəkildə verilsə də 

(Bir buğa öldürmüş  səniŋ  oğlıŋ, adı Buğac olsun), bəzi alimləri-

miz heç bir əsas olmadan onu “buğaya qalib gələn xaç – od” kon-

tekstində izah edir... 

–  Drezden nüsxəsinin 121-ci səhifəsindəki “məlikin” sözü 

“Kitab”ın 1988-ci il Bakı  nəşrində “bəgin” sözü ilə  əvəz edilib

daha dəqiqi, “Baybican məlikin” birləşməsi “Baybican bəgin” 

birləşməsi  şəklində verilib: “Baybörə  bəgiŋ  oğlancuğı Beyrək 

Baybican bəgin qızın aldı” (bax: Kafirlərin qohumluğu); 

Banıçiçəyin dilindən verilmiş “...bir yasduqda baş qoduğım!” 

ifadəsindəki “qodığım” feli sifəti “Kitab”ın 1988-ci il Bakı nəşrin-

də “qoyduğum” deyil, “qoyacağım” şəklində sadələşdirilib ki, bu 

da mətni olduğu kimi başa düşməyə imkan vermir (bax: Banıçi-

çəyin qohumluğu);  

– “Kitab”dakı “kişi” sözünün həm də qadının əri, həyat yol-

daşı  mənasında işlənməsinə, demək olar ki, münasibət bildiril-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə