“Dədə Qorqud”un möcüzələr dünyası
337
-ur, -ür. “Bilürmisən nələr oldı?”
-ar, -ər. “Köpək Qazanıη atınıη ayağına
çap-çap düşər”
feli xəbərlərdə indiki zamanın ikinci dərəcəli morfoloji
göstəriciləri:
-a
2
(felin arzu şəklinin qrammatik forması). “Haqluya
həqqi
dəgə, haqsuza
yüzi qaraluğı dəgə”.
feli xəbərlərdə gələcək zamanın əsas morfoloji göstərici-
ləri:
-ur, -ür. “Getdikdə yeriη otlaqların keyik bilür”;
-ar, -ər. Anlar bizə yetsə, öldürər”.
feli xəbərlərdə gələcək zamanın ikinci dərəcəli morfoloji
göstəriciləri:
−felin əmr şəklində işlənmiş sözlər (əvvəlki səhifələrə bax);
−a
2
forması (arzu şəklinin morfoloji göstəricisi) “...qırq
yerdən
avaz verəsiz” ;
−sa
2
forması (şərt şəklinin morfoloji göstəricisi). “...şülən
yeməgiη yanına varsam”;
−maq
2
+gərək forması (vacib şəklinin forması). “Oğul, ya
səni evarmaxmı gərək?”
−ası, -əsi (lazım şəklinin forması). “Bəli, xanım, bulası-
yam”.
Yuxarıdakı zaman formalarının əksəriyyəti müasir Azərbay-
can dili üçün də səciyyəvidir. Yeri gəlmişkən, bu cür faktlar “Ki-
tab”ın məhz Azərbaycan dilində yazıldığını təsdiqləyir (əvvəlki
səhifələrə bax: “Kitab”ın dilindəki -ur, -ür (indiki zaman forma-
sı), -ub, üb (nəqli keçmiş zaman şəkilçiləri müasir Azərbaycan
dilində eynilə işlənir. Müasir Türkiyə türkcəsində isə -ub, -üb for-
ması yoxdur, -ur, -ür forması isə “yor” şəklindədir).
“Dədə Qorqud”un möcüzələr dünyası
338
ZAMAN ANLAYIŞININ
ZAMAN ZƏRFLİYİNDƏ İFADƏSİ
Hərəkət və ya əlamətin zamanını bildirən, xəbərdə ifadə
olunan fikri zaman baxımından tamamlayan zaman zərfliyi “Ki-
tab”ın dilində üstün mövqedə çıxış edir. Bu tip zaman zərfliklərini
ifadə vasitələrinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
− zaman zərfləri ilə ifadə olunanlar: “Görəlim imdi yaradan
neylər”; “Baya mırladı”; “Dün yoq, ötəki gün eviη bundan keç-
di”;
“Həm şimdi nə yersən, nə içərsən və nəyə binərsən?”; “An-
dan öldürərsəη, mərə kafər,öldür məni...”
− zaman məzmunlu isimlərlə ifadə olunanlar: “Yapa-yapa
qarlar yağsa, yaza qalmaz”; “Yapağlu gökçə çəmən güzə qal-
maz”...;
− sual əvəzlikləri ilə ifadə olunanlar: “Qaçan sən məni alub
kafər sərhəddinə çıqardıη...”
− zaman məzmunlu söz və birləşmələrə bərü, soηra, əvvəl,
dəkin -dən, -cə... qoşmalarının qoşulması ilə: “ərə varaludan bə-
rü dəxi qarnım toymadı”; “
Öylədən soηra evinə gəldi”; “Oğuzuη
ögincə bundan əvvəl kimsə köçməzdi”; “Şimdiyə dəkin Qazanıη
evin bilə yağma edərdik”; “Öyləyədəncə gəzdi”...
I növ təyini söz birləşmələri ilə: “Ol gün baqa-baqa Qazan
oğlı Uruzıη eşqi gəldi”; “Ol zəmanda oğul ata sözin iki eləməz-
di”; “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı”;
Oğul, dan-dansux bu gün Oğuzda nə gördüη?..”
II növ təyini söz birləşmələri ilə: “Mərə qocalar, ekindü
vəqti munı maηa çevirəsiz, yiyəm”; “...
dün burcığında Qazan
bəgiη ordısına gəldi”; “Oğuz zəmanında bir yigit ki, evlənsə, ox
atardı”...
− feli sifət tərkibləri ilə: “Bu halları gördügində Qazanın
qara qıyma gözləri qan-yaş toldı”; “Beyrək yayı gördügində
yoldaşların andı, ağladı”...
“Dədə Qorqud”un möcüzələr dünyası
339
feli bağlama tərkibləri ilə: “Ağam Beyrək gedəli yayladım
yoq”; “
Ox atanda mən səniη oxıηı yarmadımmı?”; “...
hər kişi
sözin söylədikdə sən orada turasan, ögyəsən”; “
Köpəkləri göri-
cək qasqas güldi”...
Müşahidələr göstərir ki, “Kitab”ın dilində zaman zərfləri, I
növ təyini söz birləşmələri və feli bağlama tərkibləri ilə ifadə
olunan zaman zərflikləri üstün mövqedə çıxış edir.
TƏKTƏRKİBLİ CÜMLƏLƏRDƏ
ZAMAN ANLAYIŞININ İFADƏSİ
Bəllidir ki, baş üzvlərdən yalnız biri əsasında formalaşan tək-
tərkibli cümlələr iki yerə bölünür: xəbər qütbü əsasında forma-
laşan qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxssiz cümlələr;
mübtəda qütbü əsasında formalaşan adlıq cümlə. Bu tip cümlələr-
də zaman anlayışının ifadəsini “Kitab”ın dili kontekstində nəzər-
dən keçirək.
Qeyri-müəyyən şəxsli cümlələrdə
zaman anlayışının ifadəsi
Müasir dilimizdə tam formalaşmış vəziyyətdə olan bu tip
cümlələrdən kifayət qədər bəhs olunub. Hətta belə cümlələrin xə-
bərlərinin hansı zamanda olması da dəqiqləşdirilib: “Qeyri-müəy-
yən şəxsli cümlələrin xəbəri xəbər formasının III şəxs cəmində,
əksərən indiki və qeyri-qəti gələcək zamanlarda, bəzən də şühudi
keçmişdə, qəti gələcək zamanda olur...”
1
. “Kitab”ın dilindəki
qeyri-müəyyən şəxsli cümlələrin xəbərləri daha çox şühudi keç-
miş zamandadır. Bu da, heç şübhəsiz ki, “Dastan” poetikası, təhki-
yəçi dili ilə bağlıdır: “Qazanıη ayağına düşdilər, suçların dilədilər,
əlin öpdilər; “Beyrəgiη ölüsin-dirisin bilmədilər”; “Bir yazın, bir
güzin buğayla buğrayı savaşdırarlardı”... “Kitab”ın dilində xəbəri
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.178.