“Dədə Qorqud”un möcüzələr dünyası
377
“uz” şəklində transkripsiya olunmalıdır. Bu da “uzun” mənasına
uyğun gəlir. Amma bir sıra tədqiqatlarda “iti” anlamlı söz kimi
izah olunur;
O.Ş.Gökyayın tədqiqatlarından bəlli olur ki, o, türk alimi
Arslan Erküçün “Dede Korkut Kitabında silah” adlı məqaləsini də
(Türk Kültürü. Ankara, 1966, sayı 46, s.884-8897) saf-çürük edib.
O.Ş.Gökyayın qəbul etmədiyi fikirləri belə ümumiləşdirmək olar:
1) O.Ş.Gökyay yazır: “Bir silahın, bir aletin ucu, keskin yanı” an-
lamına gələn yalman kelimesi “yalmak” diye alınmıştır (s.887).
Onu bu yanlışa sürükleyen, şüphesiz, Muharrem Erginin yayınla-
dığı metne dayanmış olmasıdır”. O.Ş.Gökyayın mövqeyini düzgün
hesab etmək olmaz. Çünki həmin söz “yalman” deyil, “yılmaq”
(yılmağı düşmək – tiyəsi korşalmaq) şəklində oxuna bilir; 2)
O.Ş.Gökyay göstərir: “okla nemlenmek deye bir deyim yoktur. Bu
yazmada ... bir okla neylerdüm kelmesinin noktasız yazılmasından
gelen bir yanlış okumadır”. Burada nə O.Ş.Gökyaya, nə də Arslan
Erküçə haqq qazandırmaq olmur. Belə ki, bu izahlardan heç biri
mətnin semantik yükünə uyğun gəlmir (sonrakı səhifələrə bax); 3)
“Çatmakaş deyimine verilen anlam da yanlıştır (s.891). Burada
çatma kaş, deyimi kurulmuş yay gibi kavisleri fazla ve bir birine
yaklaşık kaş degil, “hıdad” denilen boya ile ayrık olan kaşları
birleştirmek yoluyla yapılan çatık kaştır”. Arslan Erküç haqlıdır:
“çatma qaş” məhz ucları bir-birinə çatan, bitişik, çatıq qaş məna-
sındadır. Başqa bir yozuma ehtiyac yoxdur; 4) O.Ş.Gökyay qeyd
edir: “...boğramak deye bir kelime bilmiyoruz, fakat metne ba-
kınca bunun yoğurtmak kelimesinden yapılmış yoğurdayım ol-
duğunu görürüz...”. O.Ş.Gökyay haqlıdır: mətnin semantik yükünə
“yoğradayım” (yoğradım) sözü daha çox uyğun gəlir; 5) O.Ş.Gök-
yayın fikrincə, “süglük ise bir silah degil, bir kebab şişidir”.
Müəllifin mövqeyi düzgündür.
Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının dili”
(Bakı, 1959) kitabında silah adlarını “yaraq-əsləhə və alət adları”
başlığı altında təqdim edir: “dəyənək, çomaq, çökən, köndər, sa-
pan, gürz, yay, ox... üzəngi, cilov, duşaq... yorğan, döşək, yasdıq
“Dədə Qorqud”un möcüzələr dünyası
378
və s.” Bu təqdimatda hansı sözün məhz silah adı kimi işlənməsi
konkret olaraq göstərilməyib. Burada onu da qeyd edək ki, Ə.Də-
mirçizadə “Kitab”dakı silah adlarından geniş şəkildə bəhs etmir,
daha doğrusu, “yaraq” sözünü “Kitab” və müasir Azərbaycan dili
müstəvisində izah etməklə kifayətlənir: “Yaraq – “Kitabi-Dədə
Qorqud”da ümumən hər cür “əhtac-gərək-alət” mənasında işlən-
diyi halda, müasir Azərbaycan dilində bu məna daralmış, yəni
müasir dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlə-
nir” (səh.145).
F.Zeynalov və S.Əlizadə “Kitab”dakı silah adlarından
ümumi şəkildə, həm də cəmi bir neçə detala münasibət bildirmək-
lə kifayətlənib: “Öküz dərisindən beşik örtüyü və bəzi silahların
(sapand, yay) hissələri kimi istifadə olunur. Basatın yayı təkə buy-
nuzundandır. Silahlar içində ox-yay, nizə və qılınc xüsusi yer tu-
tur; lakin nizələrin ən tipiki yoğun qamış gövdəsindəndir; dəmir
ucluqlu ox, polad qılınc o dövr üçün ən kəsərli, seçmə silah növ-
ləri kimi təqdim olunur” (Tükənməz xəzinə. “Kitabi-Dədə Qor-
qud”. Bakı, 1988, səh.16). Araşdırmalar göstərir ki, bir sıra təd-
qiqatçılar F.Zeynalov və S.Əlizadənin bu fikirlərinə, eyni zaman-
da mətnin müasir şəklinə (Bakı, 1988) istinad edərək “Kitab”da
“nizə” sözünün işlənməsindən bəhs edib. Məsələn, Y.Məmmədli
yazır: “KDQ-dəki hərbi terminləri əski türk yazılı abidələrinin
dilindəki hərbi terminlərlə və M.Kaşğari “Divan”ındakı hərbi
leksika ilə müqayisə etdikdə məlum olur ki, burada fərq yalnız
KDQ-dəki hərbi leksikanın “casus”, “cəng”, “nişan”, “mizraq”,
“sadak”, “nizə”, “ləşkər”, “çəvşən”, “ələm” və s. kimi ərəb və fars
mənşəli hərbi terminlərlə genişlənməsidir” (Azərbaycan dilində
hərbi terminlərin tarixi-müqayisəli təhlili. NDA, Bakı, 1996,
səh.12). Yaxud M.N.Çobanov və M.M.Çobanlı göstərir: “Kitabi-
Dədə Qorqud” dastanının ayrı-ayrı boylarında qəhrəmanlar döyüş
meydanlarında həmçinin “qılınc, nizə, gürz və s. silahlardan da
istifadə etmişlər” (Dədə Qorqud dünyasına səyahətdən parçalar.
Bakı, 1998, səh.8). Halbuki “Kitab”da “nizə” yox, məhz “cida”,
“sügü” kimi sözlər işlənmişdir;
“Dədə Qorqud”un möcüzələr dünyası
379
N.Cəfərov “Dədə Qorqud” eposunda təsvir olunan Oğuz
igidlərinin silaha (qılınc, cida, yay-ox) sevgisindən bəhs edərkən
Beyrəyin dilindən verilmiş “...Ayğır verib aldığım tozlu qatı
yayım//Buğa verib aldığım boğma kirişim!” misralarını (müraciə-
ti) təqdim edir. Eyni zamanda bu cür müraciətləri dünya eposları
kontekstində səciyyələndirir: “Silaha sevginin bu cür ifadəsi
yalnız “Dədə Qorqud”a aid deyil, orta əsrlər dünya eposlarının,
demək olar ki, hamısı üçün xarakterikdir” (Xanım, hey! “Dədə
Qorqud” eposunda müraciətlər. Bakı, 1999, səh.53);
Ə.Əsgər və M.Qıpçağın birlikdə yazdığı “Türk savaş
sənəti” (Bakı, 1996) kitabının X bölməsi belə adlanır: “Silah”.
Burada yay-ox, sivri qılınc kimi silahların ilk dəfə qədim türklər
tərəfindən istehsal edilməsi bir sıra sanballı mənbələr kontekstində
araşdırılır. “Yay-ox”un istər hunların, istərsə də qədim türklərin
ən çox işlətdikləri silah növü olması tutarlı faktlarla arqumentləş-
dirilir. Məsələn, bizim eradan əvvəl II əsrə aid Çin qaynağına
istinadən göstərilir: “Yay və ox işlətməkdə təcrübə və hünərləri
çoxdur. Hər atdıqlarının hədəfə dəyəcəyinə əmindirlər... Hunlar at
üstündə dördnala çaparkən belə,ox ata və yay çəkə bilirlər”
(səh.103). Elə buradaca qeyd edək ki, bu fikirlər “Kitab”dakı “Ağ
yeləklü ötkün oxıη maηa vergil//Ərdən ərə keçirəyim səniη içün!”
misralarının, eyni zamanda “Sağına-soluna eki qoşa yay çəkərdi”
cümləsinin ümumi semantik yükü ilə səsləşir.
Ə.Əsgər zirehli paltarla bağlı maraqlı bir açıqlama verir:
“Altay qayaüstü təsvirlərində ağır silahlarla silahlanmış türk süva-
riləri (bozqurdlar) verilmişdir. Burada süvarilərin özləri və atları
bütövlükdə zirehlidir. Zirehli paltarı göytürklərdən öncə hunların
da geyməsi tarixə məlumdur...” (səh.102). Burada assosiativ ola-
raq “Kitab”dakı dəmir don, dəmir tonlu, yaqa (dəmir yaxa) kimi
ifadələr, Oğuz igidlərinin dəmir donu, zirehli paltarı yada düşür.
Ə.Əsgər yeri gəldikcə “Kitab”a da müraciət edib. Məsələn,
qədim türklərin and içmələrindən bəhs edərkən göstərir: “Türklər
and içərkən qılınclarına and içirdilər. Bu zaman əyilib qılıncların-
dan öpürdülər. İnanırdılar ki, and pozulsa, qılınc sahibini kəsəcək.
Dostları ilə paylaş: |