“Dədə Qorqud”un möcüzələr dünyası
401
olduğu göstərilir”
2
; üçüncüsü, “qədim german dillərində də işlən-
miş bell, belti ingilis dilinin etimoloji sözlüyündə etrusk mənşəli
sayılır və bu zaman romalı müəllif Varronun məlumatına istinad
edilir. Belt qədim türk dilində işlənmiş bel (toqqa, kəmər) ilə eyni
kökdəndir. Qırğız dilindəki beldik (< bel-lik) “toqqa” german
dillərindəki belti//belt üçün ilkin forma sayıla bilər”
1
. Deməli,
“paltarın qoluna (bilək hissəsinə) taxılmış ox” ifadəsi bu müstəvi-
də də öz təsdiqini tapmır; dördüncüsü, kürək, dal, bel anlamlı
“arxa” sözü ilə dal, arxa tərəf anlamlı “bel” sözü eyni semantik
yuvaya daxil ola bilir. Bu da “arxa” və “bel” sözlərinə -lıq
4
şəkilçi
morfeminin qoşulması ilə yaranmış geyim anlamlı “arxalıq” və
“bellik” (belik) sözlərini eyni xətdə birləşdirir;
− Drezden nüsxəsinin 41-ci səhifəsindəki parçada bir neçə
misra ilk səsi “b” olan sözlə başlanır ki, bu da ahəngdarlıq yaradan
alliterativ qafiyələnmədir (Başındağı tuğulğaηı nə ögərsən, mərə
kafir? Başımdağı börkümlə gəlməz maηa!): başındağı, başımdağı,
börkümlə..., yaxud Drezden nüsxəsinin 225-ci səhifəsindəki ya-
zılış şəklinin “beligindən” formasında transkripsiyası mətndəki
ahəngdarlığı, obrazlılığı qüvvətləndirir: “...beligindən bir tutam
ox çıqardı, belinə soqdı” (belig – bir – bel). Burada onu da vurğu-
layaq ki, bu cür deyim tərzi şifahi ədəbiyyatımızdakı “altdan
geyinib, üstdən qıfıllandı, üstdən geyinib, altdan qıfıllandı” kimi
ifadələrlə səsləşir. Bu cür faktlar haqqında geniş şəkildə bəhs etdi-
yimiz yazılış şəkillərinin “beligində” (belliyində), beligindən”
(belliyindən) şəklində transkripsiyasının daha düzgün olduğunu
sübut edir.
Qınlu qılıc, qınsuz qılıc
İkinci komponenti qılıc (qılınc) şəklində işlənmiş bu ifadə-
lərdən birincisi “Kitab”da bir dəfə, ikincisi isə üç dəfə işlənib. Ma-
raqlıdır ki, bu ifadələrə yalnız “Basatın Təpəgözü öldürdüyü boy”-
2
Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.138.
1
Ç.Qaraşarlı. Aralıq dənizi hövzəsinin ilkin sakinləri – Türklər. Bakı,2009,səh.96.
“Dədə Qorqud”un möcüzələr dünyası
402
da rast gəlinir. Dəqiq desək, belədir: “qınlu” yalnız Təpəgözün
dilində: “Anda eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230);
qınsuz qılıc” iki dəfə Təpəgözün, bir dəfə təhkiyəçinin dilində:
Təpəgözün dilində: “...biri qınlu, biri qınsuz” (D-230); “Ol qınsuz
kəsər mənim başımı” (D-230); təhkiyəçinin dilində: “Gördü bir
qınsuz qılıc turmaz, enər, çıqar” (D-230). Fikrimizcə, Təpəgözün
dilindən verilmiş “Ol qınsuz kəsər mənim başımı” cümləsini
qeyri-reallığın real, həqiqi olan kimi təqdimi kontekstində araşdır-
maq lazımdır. Bəri başdan qeyd edək ki, “qınsız qılıncla” bağlı
qeyri-reallığın ilkin kodu Təpəgözün pəri anasının dilində açıq-
aydın şəkildə ifadə olunub: “Dəpəgöziη pəri anası gəlüb oğlanıη
parmağına bir yüzik keçürdi. “Oğul, saηa ox batmasun, tənüηi
qılıc kəsməsün!” (D-217). Bu cümlənin mətndəki yerini, poetik
çəkisini semantik dinamika prizmasından nəzərdən keçirək: “...tə-
nüηi qılıc kəsməsün!” (Təpəgözün pəri anasının dilindən verilmiş
bu cümlə ilə semantik dinamika başlanır) → “Qılıc urdılar, kəs-
mədi” (semantik dinamika təhkiyəçi dili ilə inkişaf etdirilir) →
“Qara polad uz qılıclar kəsən qılını kəsdirəmədi” (semantika dina-
mika qarıcığın dilindən verilmiş cümlədəki mübaliğə ilə qüvvət-
ləndirilir) → “Ol qınsuz kəsər mənim başımı” (semantik dinamika
başa çatır. Təpəgöz yalnız qınsız qılıncla öldürülə bilər). Mətnin
tamamlanması da birbaşa həmin semantik dinamikanın başa
çatması ilə bağlanır. Təsadüfi deyil ki, Basat da Təpəgözü məhz
“xüsusi qılıncla” (K.Abdulla), qınsız qılıncla öldürür: “Balçağın-
dan ol qılıcı bərk tutdı... Dəpəgöziη kəndü qılıcilə boynını urdı”
(D-234). K.Əliyev bu hadisəni belə səciyyələndirir: “...Təpəgöz
Basatı onun xəzinəsinə sahib olmaq üçün günbəzə göndərir və
oranı darmadağın edir, lakin Basat yenə qurtulur. Bu üç döyüşdən
sonra Təpəgöz könüllü şəkildə ölmək istəyir, yəni həqiqi ölüm
arzulayır və mağaranı göstərərək Basata deyir: “Anda iki qılıc var:
biri qınlu, biri qınsuz. Ol qınsuz kəsər mənim başımı. Var, götür,
mənim başımı kəs!” Basat həmin qılıncı gətirir və Təpəgözün
“Dədə Qorqud”un möcüzələr dünyası
403
boynunu vurur”
1
. Burada “Təpəgöz həqiqi ölüm arzulayır” fikri
yerinə düşmür. Çünki Təpəgöz ölüm arzulamır, əksinə, hiylə ilə
Basatı öldürmək istəyir. Bu, mətnin sonrakı hissələrində Təpəgö-
zün dilindən verilmiş cümlələrdə aydın şəkildə verilib: “Mərə,
oğlan, dəxi ölmədiηmi?” (D-230). Digər tərəfdən, Basatı öldürə
bilməyən Təpəgözdə sağ qalmaq, yaşamaq istəyi olmasa idi, o,
Basata “Əmdi qardaşlar, qıyma maηa!” – deyərək yalvarmazdı.
Burada Basat və Odissey obrazlarını mifoloji nəzəriyyələr müs-
təvisində təhlil süzgəcindən keçirmiş K.Abdullanın fikirlərini xa-
tırlatmaq lazım gəlir: “Odisseydən fərqli olaraq Basat isə Təpəgö-
zü həm də öldürür. Başını kəsir. Təkgözü məhv etməklə anormal,
xaotik bir sahmansızlığa qarşı mübarizə aparılırsa (bunu hər iki
qəhrəman edir), başın bədəndən ayrılması, özü də xüsusi qılıncla
ayrılması daha qədim mifoloji təsəvvürlərə aparıb çıxarır. Başın
bədəndən ayrılması kainatdakı sahmansızlığı sahmana gətirmənin
işarəsi ola bilər – bu şəkildə Səma Torpaqdan ayrıla bilər, nəticə-
də Oğuzda sahman yaranar...”
1
.
Qınsız qılıncın sirlərini isə belə səciyyələndirmək olar:
mətndəki “qınsuz qılıc” ifadəsi “döyüşə tam hazır vəziyyətdə ol-
maq” mənasındadır. “Kitab”dakı “qılıc qınını doğramaq” (Qara
polad uz qılıcum qının toğrar. D-248) ifadəsi də savaş, döyüş istə-
mək mənasını ifadə edir. Bu isə belə bir fikri reallaşdırır: “qınsız
qılıc” ifadəsi “qılıc qınını doğramaq” tipli ifadələrin məntiqi dava-
mıdır; boyda təsvir olunur ki, zəncirdən asılmış qınsız qılınc dur-
madan enir-qalxır. Bu, o deməkdir ki, həmin qınsız qılınc nəinki
ona toxunanı, hətta onun yanından keçərkən ehtiyatlı olmayan hər
kəsi yaralaya, öldürə bilər. Deməli, bədənini qılınc kəsməyən
Təpəgöz elə bir qılınc düzəltdirib və onu zəncirdən elə yerdə as-
dırıb ki, düşmənini (rəqibini) özünün iştirakı olmadan da məhv
edə bilər. Burada silahın döyüşçünü (insanı) əvəz etməsi açıq-ay-
dın şəkildə ifadə olunub; M.Kaşğarinin “Divan”ındakı bir sıra de-
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.42.
1
K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, səh.256.
Dostları ilə paylaş: |