“Dədə Qorqud”un möcüzələr dünyası
407
ğulamağa əsas verir ki, həmin mətndəki “gəz” sözü “ox” yox, “qu-
maş” (parça) mənasındadır. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın
dilində “ox” anlamlı “gəz” sözünə də təsadüf edilir: “...birin gezlə-
di, birin əlinə aldı” (D-199). Bu cümlədəki “gezləmək” felini
tarixi-linqvistik müstəvidə təhlil edərək “...qədim silah növlə-
rindən sayılan gəz//kez sözünə “gezlə” felinin tərkibində rast
gəlinir”
1
, - deyən A.Hacıyev haqlıdır.
Sur cida
“Kitab”da dörd dəfə işlənmiş bu birləşmənin birinci kom-
ponenti Drezden nüsxəsinin 129-cu səhifəsində belə yazılıb:
“روس”. Bəri başdan qeyd edək ki, qorqudşünaslıqda bu yazılış şək-
linin transkripsiyası, eyni zamanda yozumu mübahisəlidir. Elə
buna görə də ilk olaraq həmin fikirləri saf-çürük etmək, sonra isə
problemi “Kitab”ın semantik yükü və tarixi-linqvistik müstəvidə
araşdırmaq lazım gəlir. Təqdim etdiyimiz yazılış şəkli ilə bağlı
qorqudşünasların fikirlərini, əsasən, aşağıdakı kimi ümumiləş-
dirmək olar:
− O.Ş.Gökyayın nəşrində - oxunuşu: sivri, mənası: kəskin
uclu (İstanbul, 2000);
− H.Araslının nəşrində − oxunuşu: sur (Bakı, 1976);
− M.Erginin nəşrində − oxunuşu: süvri, mənası: kəskin
uclu (Ankara, 1958);
− Zeynalov-Əlizadə nəşrində: oxunuşu: sür; mənası: çoxil-
lik qamışın yoğun gövdəsindən hazırlanmış nizə (Bakı, 1988);
− Y.Məmmədlinin araşdırmalarında F.Zeynalov və S.Əli-
zadənin fikirləri müdafiə olunur: “sür” – çoxillik qamışdan cida,
nizə (Azərbaycan dilində hərbi terminlərin tarixi-müqayisəli təhli-
li. NDA, Bakı, 1996);
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.191.
“Dədə Qorqud”un möcüzələr dünyası
408
− Ə.Sadıqovun fikrincə, “sür” şəklində transkripsiya düz-
gündür və “sivri” mənasını ifadə edir (“Kitabi-Dədə Qorqud”un
izahlı lüğəti. Bakı, 1999, səh.163).
B.Abdulla “ala” rəngin simvolikasını şərh edərkən “Ala
uran sur cidamı saqlardım//Bu gün içün, güni gəldi...” misraların-
dakı “sur” şəklində transkripsiyanı düzgün hesab edərək yazır:
“...O.Şaiq və M.Erginin oxumasında “sivri (süvrü) cida”dır. “Sur
cida” oxunuşu mətnin məzmununa uyğundur... Bəklə ki (belə ki, -
Ə.T.), ərəb dilində “sur” sözünün öküz, buğa buynuzu anlamı da
vardır. Hətta dini etiqada görə, qiyamət günündə İsrafil adlı mələ-
yin çalağacı (çaldığı – Ə.T.) şeypur da elə öküzün, buğanın buy-
nuzundan düzəldilmişdir. Cida isə, bildiyimiz kimi, möhkəm, bərk
və nisbətən uzun ağacın uc hissəsinə poladdan, dəmirdən sivri
ucluq taxılmış əski silah növüdür... Biz bu fikirdəyik ki, dəmir,
polad hələ olmamışdan qabaq cida – mizraq nizə ucluğu üçün
“sur” adı daşıyan itilənmiş və ya elə öz-özlüyündə sivri olan öküz
buynuzundan istifadə olunmuşdur”
1
.
Göründüyü kimi, “روس” yazılış şəkli üç oxunuş formasında
təqdim olunub: sur (H.Araslı, B.Abdulla); sür (Zeynalov-Əlizadə,
Y.Məmmədli, Ə.Sadıqov); sivri//süvri (O.Ş.Gökyay, M.Ergin). Bu
yazılış şəklinin məna yükünə də müxtəlif bucaqlardan yanaşılıb:
kəskin uclu (O.Ş.Gökyay, M.Ergin; Ə.Sadıqov), qamış gövdəsin-
dən hazırlanmış nizə (Zeynalov-Əlizadə, Y.Məmmədli); öküz
buynuzu (B.Abdulla). Bütün bunlar problemə “Kitab”, M.Kaşğa-
rinin “Divan”ı və Azərbaycan dili şivələri müstəvisində yanaşmaq
zərurəti yaradır. Bu mənada aşağıdakılara diqqət yetirək:
− M.Kaşğarinin “Divan”ında çadır dirəyi, tir, sırıq anlamlı
“sıruk” sözü verilib: “sırıkluk yığac = sırıq (dirək) düzəltmək üçün
hazırlanmış ağac, dirəklik ağac” (I c., səh.383, 480). Bu söz
“Oğuznamə”də “uzun” mənasında işlənib: “Uzun olan sırıq kibi//
əkşi olur qoruq kibi”
2
. “Divan”da verilmiş, eləcə də “Oğuznamə”-
1
B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.88.
2
Oğuznamə. Bakı, 1987, səh.41.
“Dədə Qorqud”un möcüzələr dünyası
409
də işlənmiş “sırık” sözü formasına, həm də semantikasına görə
haqqında bəhs etdiyimiz yazılış şəkli ilə səsləşir. Burada onu da
vurğulayaq ki, Azərbaycan dili şivələrində, xüsusən də qərb şivə-
lərində mühafizə olunan “uzun ağac” anlamlı “sırıq//sırıx” sözü-
nün kök morfemi də fonetik tərkib və semantika baxımından
“Kitab”dakı “sur”la eyni xətdə birləşir;
− S.Əlizadə “Kitab”dakı “qarğu dalı sügü” (Qarğu dalı sü-
güηü maηa vergil) silah adında birinci tərəf kimi işlənmiş “qarğu”
sözünü “sur” (sür) sözünün sinonimi hesab etdiyi üçün müasir
ədəbi dilimizdəki “qarğı=qamış” paralelliyinə, sinonimliyinə əsas-
lanaraq göstərir: “Sür – çoxillik qamışın yoğun gövdəsindən ha-
zırlanmış nizə”
1
. Bu izah mətndəki sur (sür) sözünün semantik yü-
kü ilə səsləşir. Amma “sur” qamış, yaxud qarğu deyil. “Sur cida”-
nın ərəb mənşəli öküz, buğa buynuzu anlamlı “sur” sözü ilə əlaqə-
ləndirilməsi (B.Abdulla) isə, ümumiyyətlə, yerinə düşmür. Digər
tərəfdən, belə bir izah qədim türk etnoqrafiyasına, ən əsası isə türk
hərb sənətinə ziddir. Qeyd etdiyimiz kimi, “sur” sözü bütün para-
metrlərinə görə M.Kaşğarinin ”Divan”ında işlənmiş və müasir
şivələrimizdə mühafizə olunan uzun ağac anlamlı “sırıx” (sırıq)
sözünün kök morfemindən başqa bir şey deyil. Bu da o deməkdir
ki, “cida” bir silah növü kimi təkcə qarğıdan, poladdan, dəmirdən
yox, həm də “sırıq”dan (sırıq=sır) hazırlana bilərdi.
Fərqli oxunuşlar, oxşar yozumlar:
yayası//yiyəsi, babası
Drezden nüsxəsinin 176-cı səhifəsindəki “
ڊڊ
١
يس
” yazılış
şəklinin transkripsiyası və semantikası ilə bağlı söylənilmiş fikir-
lərin ümumi mənzərəsi, əsasən, bunları əhatə edir: V.V.Bartoldun
tərcüməsində: “у отца” (atası – “babası”) (əvvəlki səhifələrdə
göstərilən mənbə; səh.65); O.Ş.Gökyayın nəşrində - oxunuşu: ya-
1
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.168.
Dostları ilə paylaş: |