Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə92/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   88   89   90   91   92   93   94   95   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

281

 

nız müasir Azərbaycan  ədəbi dili üçün səciyyəvidir. Bu da “Ki-



tab”ın məhz Azərbaycan dilində yazıldığını arqumentləşdirən  ən 

tutarlı faktlardan hesab oluna bilər. Yeri gəlmişkən, türkologiyada 

-ıb

4

  nəqli keçmiş zaman şəkilçisinin daha çox Azərbaycan dili 



üçün xarakterik olması xüsusi olaraq qeyd olunur. Burada M.Er-

ginin “bugün artık Osmanlı sahasında bu şekil (-ıb

4

 nəzərdə tutu-



lur – Ə.T.) kullanılmamaktadır” fikrinə tarixi-linqvistik müstəvidə 

aydınlıq gətirmiş K.Bəşirovun bir fikrini eynilə xatırlatmaq lazım 

gəlir: “Nəqli keçmişin -ıb

4

 morfemi oğuz qrupu dillərindən daha 



çox Azərbaycan dilində keçmiş zaman anlayışı ifadə etmək üçün 

işlənir: Yaz gəlıib, qar əriyib, yollar  açılıb və s. -ıb morfeminə 

əski Anadolu türkcəsində  -ıp  şəklində aktiv rast gəlinsə  də

osmanlı türkcəsində artıq bu şəkilçi tək-tük sözlərdə istifadə 

edilmişdir”

1

.  



E.Əzizovun fikrincə, “Azərbaycan dilinin tarixində -ıb nəq-

li keçmiş zaman  forması  birinci şəxs tək və cəmdə də işlənmiş-

dir, lakin bu xüsusiyyət müasir Azərbaycan dili şivələri üçün xa-

rakterik deyil. Həmin keçmiş zamanın birinci şəxs tək və cəmində 

-ıb  şəkilçisinin işlənməsi XV-XVII əsrlər Azərbaycan yazılı 

abidələrinin dilində müşahidə edilir: Eylə sayru düşübəm ki, mana 

sihhət verməz (Kişvəri); Ey Füzuli, olubam ğərqeyi – girdabi – cü-

nun (Füzuli)...”

2

  -ıb


nəqli keçmiş zaman formasının birinci şəxs 

təkdə və cəmdə işlənməsinə “Kitab”ın dilində də rast gəlinmir. Bu 

da “Kitab”ın XV əsrdən əvvəlki dövrlərdə yazıya alındığını aydın 

şəkildə göstərir. 

“Kitab”ın dilində -ub, -üb nəqli keçmiş zaman forması da-

ha çox III şəxsin təkində müşahidə edilir: olubdur. “Çünki Qazan 

bəgdən buyruq olubdur, qoη otursun!”; baş kəsübdür, qan döküb-

dür”. Gördilər kim, ol yigit kim baş kəsübdür, qan dökübdür, Bay-

börə  bəgiη sağında oturar”... Buradakı “-ıb

4

+-dır


4

” nəqli keçmiş 

zaman formasının qrammatik semantikasını belə səciyyələndirmək 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu  türk dillərində qrammatik morfemlər.Bakı,2009,səh.138. 



2

 E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.190-191. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

282

 

olar: birinci cümlədə danışanın icra olunmuş iş və hərəkət barədə 



qeyri-şahid kimi çıxış etməsi, ikinci cümlədə isə danışanın icra 

edilmiş  iş  və  hərəkətin  nəticəsi barədə  xəbər verməsi məhz         

“-ıb

4

+-dır



4

” forması ilə reallaşdırılıb. 

“Kitab”ın dilində -ıb

4

 morfemi həm də feli bağlama şəkil-



çisi kimi çıxış edir: -ıb

4

 formasında. “Qara dəηiz kibi yayqanıb gə-



lən kafərin ləşkəridür”; -ıbanı

, -ıban



4

 morfemi daxilində: “Qalqu-



banı yerimdən turam, deirdim”; “Dədəm Qorqud gəlübən  şadlıq 

çaldı”... Türkoloji ədəbiyyatda -ub və -uban feli bağlama formala-

rının -ıb nəqli keçmiş zaman şəkilçisindən törədiyi göstərilir. İ.Və-

liyev bu cür fikirləri  saf-çürük etməklə yanaşı, -ıb  şəkilçili feli 

bağlama və zaman anlayışı  məsələlərinə  də aydınlıq gətirməyə 

çalışıb: “-ıb  şəkilçili feli bağlama konkret olaraq hərəkətin hansı 

zamanda icra olunmasını göstərə bilmir və feli bağlamanın zamanı 

özündən sonra gələn təsriflənən felin zamanı ilə müəy-yənləşir, 

ancaq -ıb  şəkilçili nəqli keçmiş zaman forması konkret olaraq 

hərəkətin icra olunduğu zamanı göstərə bilir”

1



“Kitab”dakı bir sıra sintaktik bütövlərdə “-ıb



4

 + -dır” 

formasının təkrarlanması özünü göstərir: 

             Məgər səniη ağaη yoq olubdır? 

             Yürəgiηə qaynar yağlar qoyulubdır? 

             Qara bağrıη sarsılubdır... 

Göründüyü kimi, mətndəki ahəngdarlıq və melodi-yalılıq 

həm də “-ub + -dır” formasının təkrarlanması ilə yaradılıb. Heç 

şübhəsiz ki, bu cür təkrarlanma poetik mənanı da qüvvətləndirir. 

 

Keçmiş zamanın ikinci dərəcəli 



morfoloji göstəriciləri

 

 

-ar, -ır indiki zaman şəkilçisi keçmiş zaman mənasını  ifa-

də edir: “Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm. 

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.155. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

283

 

Gögdən ildırım ağ-ban evim üzərinə  şaqır gördüm... Quduz 



qurtlar evimi dəlir gördüm. Qara dəvə əηsəmdən qarvar gördüm. 

Qarğu kibi qara saçım uzanır gördüm, uzanıban gözümi örtür gör-

düm...” Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə modelin-

də olan bu cümlələrdə budaq cümlə  əvvəl, baş cümlə sonra işlə-

nib. Bu cümlələrin tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm-

lə modelində olması mətnin  müasir şəklində daha aydın görünür: 

“Gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu  əlimdən 

alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. 

Quduz qurdların evimi  dəldiyini gördüm. Qara dəvənin ənsəmdən 

qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır

uzandıqca gözümü örtür...”

1

. Burada iki cəhət diqqəti cəlb edir: 



tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə modelinə uy-

ğunlaşdırılmış cümlələrdə indiki zaman forması eynilə saxlanılıb; 

sadə cümlə modelinə uyğunlaşdırılmış cümlələrdə isə indiki 

zaman forması keçmiş zaman məzmunlu feli sifət şəkilçisi ilə əvəz 

edilib:  şaqır-çaxdığını, dəlir-dəldiyini qarvar-qapdığını. Bu cür 

sadələşdirmə (sonuncu nümunələr nəzərdə tutulur) -ar, -ır indiki 

zaman formasının məhz keçmiş zaman mənasında işləndiyini qa-

barıq şəkildə göstərir. Qeyd edək ki, -ar, -ır indiki zaman forması-

nın keçmiş zaman mənasında işlənməsi “Dastan” poetikası, ümu-

mən bədii üslub üçün səciyyəvidir. Burada İ.Tahirovun türkoloji 

ədəbiyyata, xüsusən də A.Axundovun “Dilin estetikası” (1985) ki-

tabına istinadən söylədiyi fikirləri eynilə təqdim etməklə kifayət-

lənmək olar: “...bədii üslubda, canlı danışıq dilində, şifahi xalq ya-

radıcılığının müxtəlif janrlarında keçmiş zaman mənasında işlən-

miş indiki zaman forması keçmişdə icra edilmiş iş və ya hərəkəti

mövcud olmuş halı daha canlı  şəkildə verərək, oxucunu və ya 

dinləyəni həmin hərəkətlərin bilavasitə  iştirakçısına çevirmək 

məqsədini güdür, bu yolla onun təsir gücünü artırır...”

2

.  


                                                            

1

 Kitabi-Dədə Qorqud. 1988, səh.142. 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.168-169. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə