Ministry of education of azerbaijan republic sumgayit state university


QEYRİ-NYUTON NEFT YATAQLARINDA SKİN-ZONANIN TƏSİRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə10/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   6   7   8   9   10   11   12   13   ...   579
magistr2021 3 2

QEYRİ-NYUTON NEFT YATAQLARINDA SKİN-ZONANIN TƏSİRİ 
 
Alışov M.V. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
alisov1905@gmail.com 
 
Baxılan işdə qeyri-Nyuton neft yataqlarında skin-zonanın təsiri nəzərdən keçirilir. Praktika göstərir ki, 
dünya neft sənayesində istifadə olunan neft yataqlarının bəziləri qeyri-Nyuton xassəlidir. Belə yataqlarda 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 

olan neftlərin tərkibində müəyyən miqdarda parafin, asfalten, qətran vardır. Bu cür neftlərin süzülməsi Darsi 
qanununa tabe olmur. Bu məsələni həll etmək üçün ümumiləşdirilmiş Darsi qanunundan istifadə edilir. Bu 
qanun, əsasən, özlü-plastik mayelər üçün öz doğruluğunu ödəyir. Bu qanuna görə yeni bir parametrin 
süzülməyə təsiri öyrənilir. Bu parametr başlanğıc toxunma gərginliyidir.
Başlanğıc toxunma gərginliyinin fiziki təsiri nəticəsində quyudibinə süzülən neftin hasilatı azalır. Bu 
halda neftin süzülməsi üçün əlavə təzyiqdən istifadə olunması zərurəti yaranır. Lay temperaturu aşağı 
düşərkən başlanğıc toxunma gərginliyi artır, bu da öz növbəsində bir çox prosesə əks təsir göstərir. Ona görə 
də ümumiləşdirilmiş Darsi qanunu bir sıra süzülmə proseslərində istifadə oluna bilər. 
Son dövrlərdə quyudibi zonanın neftin süzülmə prosesinə təsiri dünya praktikasında geniş şəkildə 
öyrənilir. Süzülməyə təsir edən göstərici kimi skin zonanın öyrənilməsi aktual məsələdir. Skin zonanın təsiri 
həm müsbət, həm də mənfi ola bilər. Bu səbəbdən də bu zonanın təsirinin öyrənilməsi böyük əhəmiyyət 
daşıyır. Bu parametrin dəyişdirilməsi hasilata öz təsirini göstərir. Skin faktor ölçüsüz kəmiyyət olub, layın 
sonrakı keçiriciliyinin ilkin keçiriciliyə nəzərən necə dəyişdiyini göstərir. Əgər bu parametr mənfi qiymət 
alarsa, onun təsiri müsbət olacaqdır. Belə olduğu halda hasilatın artması müşahidə ediləcəkdir. Skin faktorun 
mənfi qiymət almasına səbəb kimi hidravliki yarılmanı, lay simulyasiyasını, yüksək mailliyə malik quyu 
lüləsini göstərmək olar. Əgər bu parametrin qiyməti müsbət olarsa, bu zaman o mənfi təsir göstərəcəkdir. Bu 
halda isə hasilat azalacaqdır. Skin faktorun mənfi qiymət almasına qismən tamamlama, perforasiya 
saylarının kifayət qədər olmaması, faza dəyişmələri, turbulentlik, yatağın ilkin keçiriciliyinin azalması səbəb 
olur. 
Bu faktorları nəzərə alaraq deyə bilərik ki, skin zonanın qiymətinə əsasən yataqlarda görüləcək işləri 
qabaqcadan müəyyən etmək mümkündür. Bu işlərin köməyi ilə quyularda gedən prosesləri tənzimləmək və 
layın neftvermə əmsalının artırılmasına nail olmaq olar.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə