Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə15/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   11   12   13   14   15   16   17   18   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
12 
Mineral suların şüşə butulkala qablaşdırılması prosesində onların yuyulmasına, keyfiyyətinə
şüşələrin doldurulmasına, ağzının bağlanmasına və markalanmasına nəzarət edilir. Bundan əlavə, mineral 
suların uzun məsafələrə daşınması dəmir yolu və ya avtomobil sisternalarının köməyi ilə də həyata keçirilir. 
TSİKLOPROPİL ƏVƏZLİ METİL AKRİLATLARIN 1,3-BUTADİENLƏ
BİRGƏ POLİMERLƏŞMƏSİ
Aslanova N.Q. 
Sumqayıt Dövlət Universiteti 
 
Yüksək termiki davamlılıqlarına, şəffaflıqlarına və işıqkeçiriciliyinə görə (met) akril turşusu və onların 
törəmələrinin birgə polimerləri müxtəlif linzaların, optiki liflərin, foto- və elektronorezistlərin və digər 
materialların hazırlanmasında geniş istifadə olunurlar.
Tsiklopropil əvəzli metil (met) akrilatlar əsasında alınan birgə polimerlər mikroelektronikada istifadə 
olunmaları ilə əlaqədar xüsusi maraq kəsb edirlər. Alınan birgə polimerlərin tərkibindən və funksional 
əvəzedicinin təbiətindən asılı olaraq onların təbəqə əmələgətirmək qabiliyyətləri, fotohəssaslıqları, ayırdetmə 
qabiliyyətləri və digər xassələri də təbii olaraq dəyişməlidir. Ona görə də yuxarıda göstərilən xassələrə malik 
polimerlərin alınmasında istifadə edilən monomerlər foto və termiki polimerləşmə qabiliyyətlərinə və geniş 
intervalda vinil monomerləri ilə birgə polimerləşməklə fotolitoqrafik proseslərdə istifadə olunan polimer 
materialların alınmasına görə xüsusi maraq kəsb edirlər.
(Met) akril monomerləri bütün məlum olan metodlarla polimerləşə və birgə polimerləşə bildiklərinə 
görə sənayedə istehsal olunan (met) akril polimerlərinin çeşidini artırmaq mümkün olur. (Met) akril 
polimerləri yüksək fiziki-mexaniki xassələri ilə yanaşı müxtəlif şüa mənbələrinə qarşı yüksək həssaslıq 
nümayiş etdirmələri onların əsasında mikroelektronikanın tələbatına uyğun yüksək effektliyə malik foto- və 
elektronorezistlərin yaradılmasına imkan verir.
Qeyd edilənlərlə əlaqədar olaraq yüksək həssaslığa malik fotorezistlərin alınması sahəsində 
tədqiqatlarımızı davam etdirərək tərəfimizdən sintez edilən tsiklopropil əvəzli metil akrilatların
1,3-butadienlə birgə polimerləşməsi reaksiyası aparılmışdır. 
Güman etmək olar ki, alınmış birgə polimerlərin makromolekullarında daxili ikiqat rabitələrin olması 
həmin birgə polimerlərə yüksək fotohəssaslıq xassələri verəcəkdir.
Tsiklopropilmetil akrilatların 1,3-butadienlə birgə polimerləşməsi emulsiyada inisiator olaraq kalium 
persulfat iştirakında 40
0
C-də 2 saat müddətində aparıldı. Birgə polimerləşmə prosesində emulqator kimi 
sulfanoldan və leykanoldan, stabilizator kimi isə dodesilmerkaptandan istifadə edildi. Reaksiya zamanı 
alınan lateksin koaqulyasiyası 25%-li CaCl
2
-nin suda məhlulundan istifadə etməklə aparıldı. Birgə 
polimerləşmədən sonra ayrılmış məhsullar yenidən çökdürülməklə təmizləndi, quruluş və tərkibləri spektral 
və analitik tədqiqat üsulları ilə araşdırıldı. Alınmış birgə polimerlərin İQ- və PMR spektrlərinin araşdırılması 
ilə onların aşağıdakı quruluşları müəyyən edildi: 
Müxtəlif parametrlərin, o cümlədən kabohidrogen və su fazalarının nisbətinin, emulqator və 
inisiatorun miqdarının birgə polimerləşmənin sürətinə təsiri öyrənilmişdir. Müəyyən olunmuşdur ki
emulqatorun sabit miqdarında su fazasının miqdarının artması birgə polimerləşmənin sürətinin
artmasına səbəb olur.
Yüksək molekul kütləsinə və çıxıma malik birgə polimerlərin alınması üçün birgə polimerləşmə 
prosesinin optimal şəraiti müəyyən edilmişdir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə