Mm-dən mühazirələrin kanspekti


Mühazirə 13 Sığınacaqlar və onların xüsusiyyətləri



Yüklə 1,17 Mb.
səhifə45/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   79
Mm-d n m hazir l rin kanspekti

Mühazirə 13 Sığınacaqlar və onların xüsusiyyətləri


Sığınacaqlar - insanların qəzalardan, sülh şəraitində baş verən təbii fəlakətlərdən, həmçinin müharibə dövrü üçün xarak­te­rik fövqəladə hadisələrin, kütləvi qırğın silahlarının və müasir adi qırğın vasitələrinin zədələyici amillərinin təsirindən qorunmsı üçün nəzərdə tutulub. Sığınacaqlar zəhərləyici maddələrdən və bak­terial vasitələrdən, yanğın zamanı alovun, yüksək hərarətin və zərərli qazların təsirindən, partlayışlar zamanı dağıntılardan mü­ha­fi­zə edir. Bir sözlə mühafizə qurğuları insanları FH bütün zə­də­lə­yici amillərindən qoruyur.
Sığınacaqlarda həyat fəaliyyətini təmin edən qəza-xilasetmə dəstələri və əhalini mühafizə edən məntəqələr yaradılır: ərzaq, il­kin tibbi yardım, zədələnmiş insanları toplayan, qızdırıcılar və s. Sığınacaqlar sülh dövründə yaradılır və lazım olan vasitələrlə təc­hiz olunur. Şəraitə uyğun olaraq sığınacaqlar binaların daxilində və kənarda quraşdırıla bilər. Daxili sığınacaqlara binaların tərki­bin­də olan zirzəmilər, xaricdə quraşdırılanlara isə binadan kənarda quraşdırılmış sığınacaqlar aiddir.
Sığınacaqların təsnifatı. Sığınacaqlar aşağıda sadalanan xüsusiyyətlərə görə təsnif olunur:
- mühafizə xüsusiyyətlərinə görə;
- yerləşdiyi əraziyə görə;
- həcminə görə;
- tikilmə müddətinə görə;
- konstruksiya materiallarına görə;
- elektrik enerjisi ilə təminatına görə;
- filtr-ventilyasiyaların quraşdırılmasına görə;
- sülh şəraitində istifadə məqsədinə görə.
Həcminə görə sığınacaqlar:
- kiçik həcmli – 150 insan yerləşən;
- orta həcmli – 150 – 600 insan yerləşən;
- böyük həcmli – 600-dən çox insan yerləşə bilər.
150 nəfərdən az tutumu olan sığınacaqlar o halda inşa edilir ki, həm yerli şərait, həm də iqtisadi nöqteyi-nəzərdən sərfəli ol­sun. 1000-2000 nəfərlik tutumu olan sığınacaqlar inşa edilərkən ti­kin­tinin adambaşına düşən maya dəyəri aşağı düşür.
Yerləşdiyi əraziyə görə:
- tikililərdə (binanın zirzəmi və baza hissələrində);
- metropolitendə və dağ-mədən faydalı qazıntılarının istis­ma­­rından sonar qalan boşluqlarda;
- binadan kənarda yaradılanlar (bina tərkibində olmayanlar).
Tikildiyi yerinə görə:

  • binanın zirzəmilərində;

  • binanın xaricində tikilənlər.

Tikilmə müddətinə görə:
- sülh dövründə əvvəlcədən tikilənlər;
- boş meydançalarda yaradılan tez tikilən sığınacaqlar.
Tikilmə materiallarına görə:
- meşə materiallarından tikilənlər;
- daş divarlılar;
- dəmir-betonlu (dəmir-betonlular tikiliş növünə görə bir ne­çə növə bölünür: dəmir-monolit, monolit və dəmir. Geniş yayılan dəmir-monolitlərdir);
- parçadan tikilənlər.
Enerji təminatına görə:
- şəhərin elektrik xətləri ilə təmin olunanlar;
- şəhərin elektrik xətləri ilə yanaşı, həm də qoruyucu mənbə ilə təmin olunanlar.
Filtr-ventilyasiyaların quruluşuna görə:
- sənaye istehsallı ventilyasiya qurğuları;
- sənaye istehsalına uyğunlaşdırılmış sadələşdirilmiş ventil­ya­siya qurğuları.
Sığınacaqların hava təminatı, adətən, 2 rejimdə həyata ke­çi­ri­lir:
- təmiz vertilyasiya (I-ci rejim);
- süzücü vertilyasiya (II-ci rejim);
- atom elektrik stansiyaları yerləşən rayonlarda, kimyəvi təh­­lükəli sahələrdə, mümkün subasma və yanğın zonalarındakı sı­ğı­nacaqlarda tam və ya hissəvi təcrid rejimi (III-cü rejim) tətbiq edi­lir.
Sülh dövründə sığınacaqlar bir neçə məqsədlə istifadə olu­nur:
- istehsalat müəssisəsi kimi;
- anbar kimi;
- təmir briqaların və növbətçi personalın istifadəsi üçün;
- müalicə müəssisələrinin yardımçı məntəqəsi kimi;
- idman, qarajlar, dayanacaqlar, nəqliyyat və piyada tunnel­lə­ri kimi.
Yerin altında quraşdırılmış (zirzəmi) sığınacaq­lar ona görə etibarlıdır ki, onlar yerin alt qatında davamlı materiallarla tikilir, gi­riş və qəza çıxışları ilə təmin olunur. Zəhərli havanın içəri daxil olmaması üçün sığınacaqlar hermetikləşdirilir, filtr-ventilyasiya qur­ğuları quraşdırılır və işlək hala gətirilir. Insanlar sığınacaq­la­r­da bir neçə müddət, hətta dağılmış sığınacaqlarda belə bir neçə sutka qala bilərlər. Yanğınlardan, kimyəvi maddələrdən etibarlı mühafi­zə sığınacaqları əhatə edən bölgədən, sanitar-gigiyena qaydalara əməl etməkdən və sığınacaqlarda təmin olunmuş şəraitdən asılıdır.
Ən geniş yayılmış sığınacaqlar istehsal, ictimai və yaşayış binalarının zirzəmi və yarımzirzəmilərində quraşdırılmış sığına­caq­lardır. Həmçinin binalardan kənarda da sığınacaqlar qu­raş­dı­rılır. Belə sığınacaqlar üstdən və yanlardan torpaqla örtülür. On­la­ra yeraltı keçidlər və qalereyalar, metropoliten və dağ oyuqları da­xil­dir.

Şəkil 3.1. Sadə sığınacaqlar

Sığınacaqlar əhalinin çox yerləşdiyi ərazilərdə quraşdırıl­ma­lıdır. Bütün sığınacaqların giriş və çıxış qapıları işarələrlə gös­tə­ril­məlidir. İnsanların daldalanmasının təşkili, planlaşdırılması və tə­mi­nati müvafiq mülki müdafiə xidmətlərinə həvalə edilir. Onlar əsas planlaşdırma sənədlərini hazırlayır, sığınacaq və dal­dala­na­caq­lara gedən yolları müəyyənləşdirir və yerləşdiriləcək insanlara bu barədə məlumat verirlər. Sənədləri tərtib etməzdən əvvəl qur­ğu­ların yerləşdirilməsi və müdafiə sistemləri dəqiqləşdirilir. Qu­r­ğu­ların çatışmazlığında isə digər zirzəmi və yeraltı əraziləri sığı­na­caq kimi istifadə edirlər. Tez salınan sığınacaqların yerini də­qiq­ləşdirirlər, əhalinin sayına uyğun sığınacaqlar hazırlanır və in­san­ların fəlakət və ya hər hansı bir silahdan qorunması üçün tez yer­ləşdirilməsi planlaşdırılır. Müdafiə qurğularına insanların qə­bul edilməsi, istismar qaydalarına düzgün əməl olunması, insane­la­rın oradan çıxarılması və digər bu kimi işlərin yerinə yetirilməsi üçün xüsusi dəstə yaradılır və bu dəstələrin şəxsi heyəti sı­ğı­na­caq­lara nəzarət edir.


Müasir dövrdə müasir kütləvi qırğın silahlarından insanların mühafizəsinin effektivliyi yalnız qoruyucu qurğuların birbaşa in­san­ları qəbul etməsinə hazır olması və texniki sazlığı, mürəkkəb avadanlıqlarla təmin edilməsi ilə deyil, eyni zamanda qoruyucu qu­rğularda xidmət göstərən heyətin hazırlığından da asılıdır. Qoruyucu qurğuların xidmət heyəti hökmən müxtəlif ekstremal hallarda düzgün qərar qəbul etməyi bacarmalı və yaranan prob­lem­ləri vaxtında, düzgun aradan qaldırmalıdır.
Sığınacaqlarda insan­ların yerləşdirilməsinin planlaş­dırılma­sı, təşkili və təminatı müvafiq xidmətlər tərəfindən həyata keç­i­ri­lir. Onlar planlaşdırıcı sənədləri işləyib hazırlamalı, qoruyucu qur­ğu­ları sexlər, şöbələr, iqtisadi obyekt xidmətləri arasında paylaş­dırmalı, sığınacaqlara giriş marşrutlarını qeyd etməli, sığınacaq­lar­da­kı qaydalarla istifadəçiləri tanış etməlidirlər.
Sənədlərin hazırlanmasından öncə sığınacağın tutumu və mühafizə qabiliyyəti dəqiqləşdirilməlidir. Onlar azlıq təşkil edən­də mühafizəedici xüsusiyyətə malik zirzəmilərdən və digər ti­ki­li­lər­dən istifadə nəzərdə tutulmalıdır. Tez qurula biləcək sığınacaq­la­rın tikintisi üçün yerlər müəyyən edilməlidir. Sığınacaqlar əha­li­nin sayına uyğun olaraq bölüşdürülür. Bu zaman onların ya­xın­lıq­dakı evlərdə yaşayan insanlarla dolması nəzərdə tutulur. Başlıca prinsip – sığınacaqlara daxil olmaq üçün az vaxt sərf etməkdir.
Sığınacaqlarda əsas və köməkçi otaqlar olur. Əsas otaqlarda insanlar yerləşdirilir. Köməkçi otaqlara süzücü-vertilyasiya qurğu­ları yerləşən otaq, sanitar qovşağı, dəhlizlər, ehtiyat elektrik sis­te­mi, dizel qurğusu otağı aiddir, böyük ölçülü sığınacaqlarda isə ər­zaq məhsulları və tibbi məntəqələri üçün otaqlar da olur.
Müasir sığınacaqlar – texniki cəhətdən mürəkkəb mühəndis qurğuları, ölçmə cihazları ilə komplektləşdirilmişdir. Sığınacaqlar sığınan insanları nüvə silahının zədələyici amillərinin təsirindən, müasir adi qırğın vasitələrinin, həmçinin, bakterial, zəhərləyici mad­dələrin təsirindən, güclü təsirli zəhərləyici maddələrin, nüvə enerjisi qurğularında qəzalar zamanı parçalanan radioaktiv mad­dələrin təsirindən və yanğınlar zamanı yanma məhsullarının və alo­vun təsirindən mühafizə edir.
Sığınacaqlar aşağıdakı tələblərə cavab verməlidir:
- insanları nüvə, kimyəvi və bakterial silahların zədələyici amil­lərindən, yanğının, təbii fəlakətlərin təhlükələrindən qoru­ma­lı­dır.
- subasmayan ərazilərdə tikilməlidir.
- giriş və çıxış qapılarının hər ikisi eyni dərəcədə mühafizə qabiliyyətinə malik olmalıdır, onların dağılması zamanı isə qəza çıxışı olmalıdır.
- çıxışlarda tezalışan və güclü tüstülənən materiallar olma­ma­lıdır.
- binanın hündürlüyü 2,2 metrdən az və döşəmənin yerdən hündürlüyü 20 sm-dən az olmamalıdır.
- filtr-ventilyasiya qurğuları havanı zərərli maddələrdən tə­miz­ləməli və sığınacaqdakı insanları normalara uyğun təmiz hava ilə təmin etməlidir.
Sülh dövründə sığınacaqları istehsal və təsərrüfat məqsədilə istifadə etdikdə onların mühafizə xüsusiyyətləri nəzərə alınma­lı­dır. Belə sığınacaqların fövqəladə hal rejiminə keçirilməsi üçün müm­kün qədər az vaxt sərf edilməlidir.
Sığınacaqda daldalananlar müvafiq sanitar-texniki şərtlərlə təmin olunmalıdır. Bu şərtlərin əsas göstəriciləri aşağıdakılardır:
- karbon qazının miqdarı (1 – 3%);
- tempratur (23 – 31C0) ;
- havanın nəmliyi (70 – 80%);
Sığınacağın daxili avadanlıqları əsas və köməkçi otaqlardır.
Əsas təyinatlı otaqlar:
- insanların yerləşməsi üçün otaqlar;
- idarəetmə heyəti üçün;
- tibbi yardım otaqlarından ibarətdir.
Yardımçı təyinatlı otaqlar:
- filtr-ventilyasiya otaqları;
- sanitariya qovşağı;
- giriş və çıxışlar;
- tibb otağı;
- ərzaq üçün anbardan ibarətdir. Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləş­di­rilməsi üçün bir, iki və üçmərtəbəli taxtlar (narlar) yerləşdirilən otaqlardır.Bir insan üçün sığınacaqda döşəmənin 0,5 m2 və 1,5 m3 da­xili həcmi nəzərdə tutulur. Sığınacaqlarda qorunanların rahatlığı üçün lazımi şərait yaradılmalı, yəni uzanmaq üçün ikimərtəbəli tax­tlar, aşağıda isə oturacaqlar düzəldilməlidir. Oturacaqların sayı qorunanların 80%-i, taxtların sayı isə – ikimərtəbəli variantda – 20%-i, üçmərtəbəli variantda – 30%-i əhatə etməlidir. Otura­caq­ların ölçüsü 45×45 sm, taxtların ölçüsü – 0,55×1,8 metr olur. Sığı­na­caqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ay­rı-ayrılıqda sahəsi 25 m2-dən, ümumi sahəsi 75 m2-dən az olmamalıdır. Adamların daldalanması üçün otaqların sahəsi iki­mər­təbəli taxtlar qoyularkən hər adam üçün 0,5 m2, üçmərtəbəli ta­xtlar qoyularkən isə 0,4 m2 hesablanmalıdır. Otaqlarda daxili ha­va­nın həcmi hər adam üçün ən azı 1,5 m3 olmalıdır.
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə is­tifadə ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük kon­struk­siyaların ən aşağı hissəsinədəki məsafə 3,5 m-dən çox ol­ma­malıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda iki­mərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar qo­yulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan binalardan da sığınacaq kimi istifadə etməyə icazə ve­rilir. Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qo­yul­- ma­lı­dır. Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 x 0,45m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55m x 1,8 m hesabı ilə müəyyən edilir. Taxtların döşəmədən hün­dürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə – 1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədən otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsinədək məsafə ən azı 0,75 m götürülür.
Daldalanan adamların oturması və uzanması üçün yerlər sta­si­onar ola bilər (sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onları sığınacağı mühafizəyə hazırlıq rejiminə keçirərkən düzəldirlər. Sığınacağın geniş sahəli otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə