Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə75/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

312

müəllimlərimizdən biri deyir:

“Kəlamın üç miladı var. Biri - ruhlanma vasitəsilə, ikincisi –

təcəssüm və xaçaçuran, bu da birlikdə bir miladdır və üçüncüsü –

canlanma vasitəsilədir”.

Nikeya kilsə qurultayında

27

 iştirak edən Qüds şəhərinin



yepiskopu Mark xaçaçuran haqqında ermənilərə belə vəsiyyət

etmişdi: “Biz Miladı və Xaçaçuranı bir gündə bayram edirik”.

Və necə ki, ölümlə dəfn canlanmasız natamam olur, elə də

Zəbur əvvəl çarmıxla dəfn haqqında bəhs edib, yalnız sonra

Canlamadan söhbət açır. Bu barədə ilahiyyatçı belə deyir: “İndi

Milad bayramıdır, çünki Allah miladıyla insan sifətində gəlib”

Kirillə qədər Qüdsdə qırx iki yepiskop var idi. Bunların

hamısı və bunlardan sonrakılar ta yepiskop Yuvenaladək

28

Canlanma və Zühur bayramını yanvarın altısına keçirirdilər.İsanın



Canlanmasından  Yuvenaladək dörd yüz il keçir.

Davud və Yaqubun haqqında bəhsdə deyilir ki, başqa

şəhərlərdə Milad günü dekabrın iyirmi beşində keçirilir. O,

şəhərlərdə bunu xaçpərəstliyin sünnət olunmuş yəhudilərindən yox,

bütpərəstlikdən dönmüş olması ilə izah edirlər. Bütpərəstlikdə onlar

adəti üzrə günəşin doğmasını bu gündə bayram edirlər və buna görə

də bu bayramdan imtina etmək istəmədilər. Buna görə də havarilər

onlarla razı olub İsanın Miladını həmin günə təyin etdilər. O adamlar

ki, xaçpərəstliyi sünnət olunandan sonra qəbul ediblər, onlar Miladı

hər yerdə yanvarın yanvarın altısında keçirirlər.Bunu bizim




313

cədlərimizə belə çatdırıblar. İndi biz də bu günədək belə edirik, çünki

İsaya bu haqda deyir: “ Sihyondan qanun çıxar, Qüdsdən isə Allah

kəlamı”.


1

ON ÜÇÜNCÜ FƏSİL

Ermənilərin üsyanı və Məhəmmədin Erməniyyəyə

gəlməsi, Göyçənin (Sevanın) alınması və Məhəmmədin

ölümü

 Erməni təqviminin 146-cı ilində Məhəmməd Erməniyyəyə

gəlir və sonra tələsik Albaniyanl keçib Çolaya daxil olur.

29

 Ermənilər



üsyan edib və Bizansdan köməklərinə gələn çoxlu qoşunla birlikdə

ərəbləri Dəbildə mühasirəyə salıb, onlardan altımış iki min nəfər

qırdılar.

30

 Həmin ildə müqəddəs Qriqorinin nəsli kəsildi.



31

Məhəmməd ibn Mərvan Çoladan qayıtdı və üç il ərzində su

ilə  əhatə olunmuş adada yerləşən Sevan qalasını mühasirə etdi və

nəhayət, onu aldı və orada kimə rast gəldisə, hamını qılıncdan

keçirtdi. Oradan Erməniyyəyə keçib o, Bizans və erməni qoşunlarını

məğlub etdi. Əsir edə bilmədiyi bütün erməni başçılarını ciddi

andlarla başdan çıxartdı, yalan və xəyanətlə onları bir yerə topladı.

Onları Naxçıvana gətirərək o, 800 nəfəri kilsədə bağlatdırdı və diri –

diri yandırdı. Bu yolla da o, 400 başqa nəfəri Baş kilsədə yandırdı,

qalanını isə qılıncdan keçirtdi.

32

 Bunların tələf olmasının səbəbi onda



1

Yenə orada, I, 36.




314

idi ki, onlar hamısı yollarını azmışlar, katolikosu təhqir edir, keşişləri

və rahibləri incidirdilər. Ermənilər məğlub olmalarına baxmayaraq,

Rəbbimiz Məhəmmədi cəzasız qoymadı. Suriyaya gəldikdə o, ağır və

xəstəliyə düçar oldu və yeddi ay əzab çəkərək öldü.

33

 Onu üç dəfə



dəfn etdilər, lakin hər dəfə torpaq onun nəşini qəbul etməyib bayıra

atırdı. Belə olduqda onlar bir it tutub onun cəsədinə bağladılar və

yalnız bundan sonra torpaq onu özünə qəbul etdi.

Bundan sonra ərəblər Albaniya knyazı  Şeronu və onun

əyanlarını əvvəlcə Tarona, oradan da Suriyaya apardılar. Bu əhvalat

erməni təqvimi ilə yüz əlli üçüncü ildə baş vermişdi.

34

 Bir il sonra



Şirakın hakimini də Suriyaya apardılar.

İki il sonra ərəblərin knyazı Mərvan

35

 Gilana hücum etdi,



lakin vilayətinə daxil ola bilmədi.

Xəzərlər xaqanı 80 min qoşunu ilə hücuma keçib Albaniyanı

zəbt etdi. Bu hadisə erməni təqviminin 158-ci ilində olub.

36

Bundan iki il sonra Albaniyaya Əbdüləziz gəldi və Bərdədə



dayandı.

37

 Orada onun yanına iki əyan – Manuk və Mirdəzad



qardaşlarını gətirdilər. Xaşpərəst olduqlarına görə onlara çoxlu

əziyyət verdilər. Manuk İsanın şəhidlik çələnginə layiq oldu və onun

qiymətli qaxımış cəsədi Bərdənin Böyük kilsəsi olan Müqəddəs

Qriqori adına kilsəyə qoyuldu. Lakin onun Mirdəzad adlı qardaşı

işgəncələrə tab gətirə bilməyib izdihamlı məclisin qabağında

Rəbbimiz İsadan üz döndərdi. Sonralar o, peşman oldu və

dönüklüyünü  acı  göz  yaşları  ilə  təmizlədi.  Qalan  ömrünü  o,  öz  göz



315

yaşlarını günahının yuyulmasına sərf edib törətdiyi günahını

təmizləməyə çalışırdı. Ürəyinin dərinliyindən çıxan ah – zarıyla o,

hər şeyi Bilənə üz döndərib inildəyirdi və ömrünün son anınadək

kədərin içində idi. Ona rəhmli Allahın yazığı gəldi. O, onu

şəhidlərinin arasına qəbul etdi və onun ölüm saatında adamlar əcaib

möcüzələrin şahidləri oldular.

 Həmin ildə  Əbdüləziz ibn Hatim Kür çayını keçmişdi. Üç

ildən sonra Məsləmə ibn Əbdülməlik gəlib Dərbəndi talan etdi və

sonra da xəzərlərin torpaqlarına hücuma keçdi. Lakin o, yardım

almadığına üçün silahlanmış ordusunu və hətta kənizlərini  orada

qoyub qayıtdı. Onun arxasını öz ordusu ilə cəsur və fəal knyaz, mahir

ox atan, Albaniyanın knyazı arranşah Vaçaqan qoruyurdu. Xəzərlər

onu təqib etdilər, lakin məğlub olub qaçdılar. Məsləmə, beləliklə,

xilas olub İberiyaya yola düşdü.

38

Erməni təqviminin 174-cü ilinin yayında



39

 iribuynuzlu

heyvanların arasında dabaq xəstəliyi baş verdi, qışında isə Xaris ibn

Əmr ət Tai adamları, mal –qaranı və torpaqları siyahıya alıb ölkəyə

ağır vergilər qoydurdu

40

 , Həmin vaxt Ametduk Albaniya knyazı



Cavanşiri öldürdü.

41

 Həmin ildə Erməniyyə knyazı Smbat vəfat etdi.



Erməni təqviminin 175-ci ilində

42

 böyük aclıq oldu.



Növbəti üç il keçəndən sonra Cərrah ikinci dəfə Axbaz

ölkəsindən keçib xəzərlərə hücum etdi.

43

 Növbəti ildə Xəzər



xaqanının oğlu Cərrahı öldürüb Dzaqiki əsir aldı.

44

Ermənilərin təqvimi ilə 180- ci ildə



45

 Məsləmə Dərbəndi




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə