Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə73/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

304

lazım gəlir: nə hərbçi , nə də nalayiq adam kilsəni özünə tabe etməyə

cəsarət etməsin. Əgər kimsə cəsarət etsə, qoy o lənətdirilsin”.

Buna müqabil olaraq bizim müqəddəs atalarımız qərara

gəldilər ki: “ Heç kəs Allah kilsəsini nalayiq adamların və ya

hərbçilərin əlinə verməyə cəsarət etməsin və ya mal kimi sata bilsin

və ya knyazlara və onları tərbiyə edənlərə bağışlasın. Məhz belə

keşişlər də nəzir olan şeyi və ya çörəyi öz nalayiq qardaş və

oğullarına verə bilməzlər, kilsə mirasını sata bilməzlər və  əgər

keşişlərin özləri, onların qardaşları və ya oğulları nalayiq olsalar, qoy

onlar da mirasdan məhrum olsunlar. Yox, əgər kimsə buna cəsarət

edərsə, onda qoy bu adam lənətə məruz qalsın”.

Allahdan və Onun vəsiyyətlərindən biz belə  əmr almışıq və

buna görə də Onun əleyhinə gedə bilmərik. Bu gün dünya əhli məhz

bu, kilsəyə and vəsiyyətlərinə uyğun dolanır və öz şəxsi mülklərini

(kəndlərini) satanda onlar qəbalərində göstərirlər ki, bu mülk

kilsədən və kilsə torpağından ayrıdır. Allah kilsələri azad olub heç

kimin hakimiyyətinə tabe deyil. Onlar yalnıpz yepiskoplara və

onlardan sonra pak mömin və müqəddəs keşişlərə tabedir,nalayiq

hərbçilərə yox. Gələcəkdə bu qanunu heç kəs poza bilməz, çünki

kilsənin azadlığını nalayiqlərin əlinə vermək Allah vəsiyyətlərinin

əleyhinə çəxmaq, canın və bədənin həlakı deməkdir.

Bu barədə mən çoxlu şikayətlər eşidirəm. Deyirlər ki, çox

yerlərdə öz günahlı işlərinə görə heç kilsəyə daxil olmağa belə layiq

olmayan hərbçilər nəinki kilsənin payını və çörəyini yeyirlər, hətta



305

Allah kilsələrini xadimlərilə birlikdə tamamilə özlərinə tabe ediblər.

Belə bir hal barəsində mənə Nersmehr vənginin keşişi Allahsevənin

ata Kşik yazır: Albaniya kntazı Varaz – Tiridatı öz canının xilası

üçün keçiriləcək ibadətlərə görə Müqəddəs Ruh vənginə kiçik bir

kənd bağışladı. İndi isə Pusan – Beh adlı bir hərbçi, pozğun bir adam

bir kağız təqdim edib ki, guya Albaniyanın knyazı bu kilsəni bütün

xadimlərilə birlikdə ona, özünün tərbiyəçisinə bağışlayıb.

Bu barədə, əziz qardaşlarım, deməliyəm ki, müqəddəs Ruhun

buyruğu ilə Pusan – Beh bu kilsəyə sahib ola bilməz. Kilsə üzərində

hakimiyyət yalnız təmiz və pak keşişlərin əlində olar bilər, Pusan –

Behin isə bunun üçün nə Allahdan, nə də bizdən icazəsi yoxdur.

Beləliklə, mən, Allahın izniylə Albaniyanın katolikosu

Semeon, Allahın vəsiyyətləri və qanunlarına uyğun əmr edirəm ki,

kilsələri yalnız Allahdan ədalətli və mömin keşişləri idarə etsin, o

keşişləri ki, murdar Nersesin küfrlərini qəbul etməyiblər. Hərbçilərə

və başqa adamlara kilsə üzərində ağalıq etməyə icazə verilmir və

bunların heç bir nəziri və payı güclə almağa ixtiyarları yoxdur. Kim

buna cəsarət etsə Allah tərəfindən və bizim tərəfdən cəzasını alacaq.

Və əgər kimsə Allah buyruğu və qanunlarına əsasən kilsə haqqında

tərtib edilmiş sənəd yox, mülki və dünyəvi qanunlar əsasında

yazılmış sənədləri təqdim edərsə, bu sənəd qeyri – qanuni olub

etibarsızdır və heç kəs də onu qanuni hesab etməməlidir, çünki Allah

– təala kilsənin qeydinə qalmağı hərbiçilərə və nalayiq adamlara yox,

yepiskop və keşişlərə tapşırmışdır.



306

İndi də siz, mənim sevimli və müqəddəs kürsülərə sahib olan

yepiskop qardaşlarım, bu Allahın qanunlarına hərəniz öz dairənizdə

riayət edib Allah kilsəsinə əziyyət verməyə heç kəsə icazə verməyin

və keşişlərin alçalmasına imkan verməyib və elə edin ki, Allah –təala

bizimlə barışıb Öz mərhəmətiylə bizi bütün iztirablardan uzaq etsin.

Zira Allah buyurub:”İncinizi donuzların qabağına atmayınvə

müqəddəs şeyinizi itlərə verməyin”.

1

Beləliklə, ən müqəddəs şeyə



xidməti Allah ən təmiz keşişlərə tapşırır, nalayiq adamlara yox.

İndi mən hamınıza vəsiyyət edirəm: Allah vəsiyyətlərinə

riayət edin və daim mərhəmətli Allaha şükür edin ki, diofizit və

murdar Nersesdən intiqam aldı, aramızdan onun şərli təliminin

köklərini yox etdi və kilsəmizdə dincliyin köklərini saldırdı. Buna

görə kilsə ehtiyaclarının qayğısına qalın, çünki biz hamımız qiyamət

günündə Onun hüzuruna gəlib, xalqın yerinə və özümüzün adından

cavab verməliyik.Müqəddəs Ruh sizə kömək etsin! Amin!”



ONUNCU FƏSİL

1

İncil. Matfeydən, VII, 6.




307

Albaniya knyazı Varaz – Tiridatdan vergilərin

tələbi. O, bizanslıların yanına gedib öz oğullarını girov

qoyub ölkəsinə qayıdır. Simeondan sonra Albaniya

katolikosluq kürsüsünü Mikayıl tutur.

  İran şahlığı tamamilə tənəzzülə uğradığından və Cənubi

taciklər (ərəblər) qəbiləsinin qüvvətlənməsindən sonra, onun

qoyduğu vergilər bütün dünya üçün

16

, xüsusən Şərq ölkələri üçün



çox ağır oldu. Knyaz Varaz – Tiridat vergini üç millətə verirdi –

xəzərlərə, taciklərə (ərəblərə) və romalılara (bizanslılara).

17.

 Lakin ən



ağır boyunduruq romalılar tərəfindən idi, çünki  Varaz – Tiridat üç

oğlu ilə birlikdə imperator tərəfindən çar paytaxtı Konstantinopolda

saxlanmışdı.

Knyaz oğullarını orada girov qoyub vətənə qayıtmaq

istəyəndə xəstələndi və orada qaldı. Deyilənə görə, oranın ab –

havası oraya yazda gələn xaricilər üçün zərəli olur. Xaricdən gələn

adam o saat xəstələnir, onun saçı və saqqalı tökülürdü.  Varaz –

Tiridatın orada qalması uzandı. Elə oldu ki, günlərin bir günündə

romalıların imperatoru öz daş – qaşlarını seçib ayıranda, yadına

Albaniyanın knyazı düşdü və bu onu çağırtdırıb daşları ona

göstərdi.O isə məqamdan istifadə edib dedi: “ Mənim evimdə bu

daşlardan daha qiymətliləri var. Mən onları sənə bağışlayardım,

çünki sən, ey Allahın seçkini, bunlara sahib olmağa daha layiqsən”.

Bu, Varaz – Tiridatın romalılar ölkəsində qaldığı beşinci ili

idi

18

 və həmin imperatora dediyi sözlərinə görə ondan xilas olub öz




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə