Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə69/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

286

meşəlikdə iki kilsə var. Bunlarda da ibadət mərasimi keçirilir.

Urdun çayı ki, onun sularında xilaskarımızın xaçı suya

salınıb, Qüds şəhərindən şərqdə olub ondan beş fərsəng aralıdır.

Orada qoşaçatılı damı olan xaçvari şəkildə kilsə tikilib. Onun içində

üç səcdəgah var ki, burada ibadət keçirilir.

Eleon dağı Qüdsdən şərqdədir.

QIRX DOQQUZUNCU FƏSİL

Albanlar tərəfindən Qüds şəhərində tikilən

monastırların ( vənglərin) adları. Bu məlumatı biz

Xoşbəxt Anastasiusun Bəhram Mamikonyana yazdığı

məktubundan öyrənmişik.

  Zeytun ( Eleon) dağının şərq tərəfində yerləşən Pand vəngini

Albaniyalı Panon adlı bir rahib tikmişdir.

241


  İndi oranı Albaniyalı

Petros adlı bir keşiş dolandırır.

Qırx şəhidə həsr edilmiş Mruv vəngi birincinin

yaxınlığındadır. İndi vəng ərəblərin əlindədir.

Həzrət Davudun bürcü yanında olan Müqəddəs İsa anasının

adına tikilmiş Bərdə vəngi. İndi vəngi Şamxordan olan Məryəm adlı

bir qadın saxlayır. Vəngin yarısı ərəblərin əlindədir.

Elə o tərəfdə Klankatuk  vəngi. İndi onun yarısı  Əbülkami

adlı birisinin, biri də - Zərişadlı İbrahim oğlu Teodoros adlı xaçpərəst



287

ərəbin əlindədir. Digər yarısı bir kinli ərəbdədir.

İsa anasının (Məryəmin) adına tikilmiş Arsax vəngi

Müqəddəs Stefanın vəngindən cənubdadır. İndi tamamilə  ərəblərin

əlindədir.

Müqəddəs Qriqorun adına tikilmiş Amaras vəngi. İndi onu

Qriqorik adlı bir qadın saxlayır, yarısı da bir ərəbin əlindədir.

Ərəblərin əlində olan üç başqa alban vənglərinin adları

məlum deyil. Bazar tərəfdə olan Araveank vəngin yanında bir vəng

də var. O da ərəblərin əlindədir.

Qüds şəhərinin baş keşişləri paxıllıqlarına görə albanlarla

ermənilərə öz vənglərinə yardım etməyi qadağan edirdilər,

baxmayaraq ki, onların sayı yüzdən yuxarı idi. Erməni knyazları

bunun üçün Bizans imperatoru Yustiana yeddi kendinar (talant), yəni

yetmiş min daheqan verib bütün vəngləri Qüds keşişlərinin

zorakılığından xilas etdilər. Lakin sonralar bizim qayğımızın

olmaması nəticəsində bütün vənglərimiz xaraba qaldı.

 Albanlar tarixinin İkinci kitabı burada bitdi.




288

Ü Ç Ü N C Ü  K İ T A B

BİRİNCİ FƏSİL

Albaniya katolikosu mənsəbinə qalxmış Bakur adlı

birisi haqqında

  Albaniya katolikosu müqəddəs Yeliazarın

1

 vəfatından sonra,



vaxtilə Girdıman yepiskopu olmuş, Xalkedon diofizit təriqətinə

mənsub olan Nerses adlanan Bakur Albaniya knyazı Varaz –

Tiridatın arvadı, həmin təriqətin tərəfdarı olan Albaniya çariçası

Sparama ilə gizli razılaşmaya gəlib hökmranlıq şöhrətpərəstliyi

naminə onunla belə qərara gəldi: “Əgər sən məni Albaniya

katolikosluğuna seçdirsən, mən bütün Albaniyaya Xalkedon

təriqətini qəbul etdirərəm”.

Ona qulaq asıb zərərli təriqətin tərəfdarı olan bu qadın

Albaniya yepiskopları və  əyanlarını dilə tutdu və onların hamısını

onun xahişində heç bir xəyanət görməyərək dediyinə razı oldular.

Yalniz Müqəddəs Ruhla təlqin edilmiş Böyük Arranın yepiskopu

İovel böyük məclisə toplanmış yepiskopların hüzurunda Nersesdən

tələb etdi ki, o, möhürü ilə təsdiq edilmiş Xalkedon qurultayını və

papaz Levi lənət edən fərmanını

2

 təqdim etsin. Şərq ölkəsinin




289

məclisi kilsə qanunu əsasında bu fərmanı alıb Nersesi bir səslə

Albaniya müqəddəs kürsüsünə layiq gördü.

3

 Yepiskop İovel isə bu



lənətlə dolu fərmanı götürüb özündə saxlayırdı. Bundan sonra o, on

dörd il yaşadı və sonra da öldü.

4

Bundan sonra Nerses vaxtı münasib sayaraq öz niyyətini



həyata keçirmək üçün Böyük Arran vilayətinə gedib, orada özünə

vəng keşişi Zəkəriyanın simasında həmfikir tapır.Ona yepiskopluğu

vəd edərək ondan öz fərmanını istədi.  Zəkəriya da Nersesin məclisə

verdiyi fərmanını ona qaytardı. Nerses də fərmanı yandırıb

Zəkəriyanı Böyük Arrana yepiskop təyin etdi.

Zəkəriyanın simasında özünə dosy taparaq , çoxdan bəri

gizlətdiyi məsləkinə qayıtdı. Onun tərəfdarı olan Məlikə Sparama

Nersesə yardım etdi, onun və onun tərəfini saxlayan əyanların

köməyilə o, kilsələrin çoxunun, səcdəgahlarının sökdürdü. O,

kilsənin Xalkedon qərarlarına zidd olan keşişləri təqib edib ölkədən

qovurdu. Hamıdan qabaq isə xəzərlərin və hunların çoxunu

xaçpərəstliyə döndərən Böyük Kolmankın ecazkar yepiskopu İsraili

və onunla birlikdə Girdımanın yepiskopu Yeliazarı qovdurdu.

 Lakin bəzi yepiskoplar onun əleyhinə oldu. Bunların arasında

Qəbələini yepiskopu Yovhannes, Amarasın yepiskopu Simeon və öz

əyanları ilə birlikdə Albaniyanın böyük knyazı Şero

5

 var idi. Onların



hamısı keşişlərin əksəriyyətilə kilsə qurultayını çağırıb orada Nersesi

və onun küfr saçan yoldaşlarını lənətlədilər.



İKİNCİ FƏSİL


290

Albaniya kilsə qurultayının erməni katolikosu

İlyaya

6

 məktubu

  “Erməni katolikosu İlyaya Albaniyanın  kilsə qurultayından

ehtiram!

Atalarımız sizin atalarla birlikdə öz canlarının xilası haqqında

düşünərək bir mənsəbə bağlı idilər. Bizim ölkəmiz son vaxtlaradək

bütün kainatı zay edən murdar Xalkedon küfründən kənar idi. Allah -

təalın dözümünə görə bu küfr hər tərəfə yayıldı.

İndi, bizim həmişə xeyirxah keşiş saydığımız Nerses canavara

dönüb İsanın şüurlu dindarlarını parçalamağa başladı. Buna görə biz

sən, zati – müqəddəsə xəbər göndəririk ki, sən buyurub bizə gələsən

və bizim yaramızı sağaldasan. Allah adı ilə salamat qal!”

ÜÇÜNCÜ FƏSİL

Erməni katolikosu İlyanın əmirəlmöminin

Əbdülməlikə söylənilən barədə məktubu



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə