Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə68/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

282

çünki onların bütün əməlləri saxtadır və buna görə də onlardan heç

nə - nə kitab, nə ikona nə də ki, qaxımış cəsəd qəbul edilməlidir.

Bu halda Teodoros da öz tərəfindən Ərzurumda,o tərəfdə olan

erməni yepiskoplarını yığıb onlara dedi: “ Biz gərək özümüzə

katolikos seçək!” Onlar da İohan adlı birisini dəvət edib, onu

katolikos seçib, Xalkedon qərarlarına tabe oldular.

238


 Xoşbəxt

Enosdan baçqa heç kəs qriqoryanlığa inam gətirmədi. Enos onlardan

ayrılıb katolikos Movsesin yanına gəlir və sevinclə qarşılanır.

Movsesin  katolikos kürsüsü isə Dəbil şəhərində idi. Bizans

erməniləri isə  İohanın katolikosluq kürsüsünü də Dəbilin

yaxınlığında Avanda yerləşdirdilər. Hər iki katolikosluq arasında

daim münaqişələr baş verirdi, çünki Movses İohanın təyinatlarını

tanımaq istəmirdi, İohan da Movsesin.

Bu əhvalatdan sonra İesu adlı keşiş və onunla birlikdə

Movsesin tərəfdarları olan Faddey və Qriqor Dəbildən çıxıb getdilər

və Sotk vilayətinə gəlib bir sovməəyə girib tərki – dünya oldular.

Burada onlar vaizliyə başladılar: “ Kilsələrdə olan ikonaları sındıran

və dünyəvi işlərlə məşğul olan keşişlərlə təmasda olmayın”, -

deyirdilər.

Bu vilayətdə toqquşmalar başlandı və bu haqda xəbərlər

Movsesə çatdı. O da onlara yazdı ki, ikisi də dərhal qayıtsın.Lakin

onlar bu əmrə tabe olmayıb qaldıqları yeri tərk edib sizin tərəfə

getdilər və indi qaldıqları yer Arsax vilayəti oldu.

Movses agah adamlardan bu iki nəfərin işlərindən soruşdu,



283

onlar da cavab verdilər ki, bunun səbəbi bizanslıların

yanılmalarındadır. Bundan sonra onlar bir məktub yazdılar və tələb

etdilər ki, kilsələrdə olan ikonaları heç kəs xarab etməsin.

239

Katolikos Movsesin ölümündən, Xosrov şahın Erməniyyənin



yenidən fəthindən və ölkənin birləşməsindən sonra onlar katolikos

kürsüsündə doğruçu və layiq adamı, Abrahamı oturtdular. O, bundan

əvvəl Xalkedon qurultayını lənətləndirdi və yalnız bundan sonra

katolikos seçildi. Lakin ikonalara sitayiş etməyə zidd olanlar

Albaniyada qalaraq sizin ölkənizə fitnə saldılar. Belə vəziyyətdə

Girdıman sahibi məktubda adı çəkilən bu üç nəfəri tutdurub

zəncirlədi və  əmr etdi ki, onları Erməniyyəyə qaytarsınlar. Onları

mənim qabağıma gətirəndə biz soruşduq: “ Hansı səbəbə görə siz əsl

Allahı saymırsınız?” Onlar cavab verdilər: “ O səbəbə görə ki, bu

haqda ehkamlarda heç bir şey deyilməyib, bu isə cürbəcür

törədilmişlərə ibadət edən bütpərəstlərə aid olan məsələlərdir. Biz

ikonalara ona görə ibadət etmirik ki, Müqəddəs Kitabda onlardan

söhbət getmir”.

Onda biz Musanın məbədinə olan divar naxışları və

Süleymanın kilsəsində olan heykəlləri onların yadına saldıq və dedik

ki, biz də öz kilsələrimizi onlar kimi bəzəyirik.

Bütün bunları və çoxlu başqa şeyləri onlara dedikdən sonra

biz onların səhvlərini düzəltdik.



QIRX SƏKKİZİNCİ FƏSİL


284

Qüds şəhərində tikilmiş kilsələrin və sayı barəsində

sən burada həqiqi məlumat taparsan

 Qayanın içində yonulmuş bir yarım qucaq ölçüdə bizim

Xilaskarımız İsanın

1

  



tabutu  həyatverici  qəbrin  üstündəki

günbəzlərdən ortadakının mərkəzindən bir qədər yanadır.

Hündürlüyü yüz dirsək və eni yüz dirsək olan kilsə sütunlar üstə olan

günbəzlə örtülür. Cəmisi on iki sütun yuxarıda və on iki sütun

aşağıdadır. Yuxarı təbəqədə İsanın nizəsi, süngəri və qızılla işlənmiş

camı yerləşir. “ Xaçın əldə edilməsi” sovməəsi adlanan əsas kilsə

“Dirilmə” kilsəsindən iyirmi dirsəklik məsafədə yerləşir və onun

yuxarısında və aşağısında altmış beş sütunu vardır.

Adəm məqbərəsi adlanan müqəddəs Cülcül kilsəsi Dirilmə

kilsəsindən on addımlıqdadır. Onun üstündəki səcdəgahdır ki, o da

üzərində İsanın çarmıxa çəkildiyi qayadır.

Müqəddəs Sihyon kilsəsi Dirilmə kilsəsindən iki yüz dirsək

məsafədədir. Onun uzunluğu yüz dirsək və enliyi yetmiş dirsəkdir.

Üstü səksən sütunlu tağla örtülüb. Onun üst təbəqəsi yoxdur və o

tirlərlə örtülüb. Tavanından həyarverənin ( İsanın) başına qoyulan

tikanlı çələng asılıb. Sağ tərəfdən kilsənin kiçik şam otağı və

Xilaskarın gizli şamını təsvir edən naxışlı taxta günbəzi var. Oradaca,

Sihyonun yuxarı təbəqəsində  şam masası durur ki, indi onun

üzərində ibadət keçirilir. Müqəddəs Sihyon İsanı mühakimə edən

“Qavvata” adlı Pilatın məhkəməsindən sağdadır və orada bu günə

1

Bax: İncil. Matfeydən, XXVII, 60.




285

kimi üstündə  İsanın ayaq izləri qalan daş var ki, onun üstündə  İsa

Pilatın qabağında durmuşdu. Bundan aşağıda ləyən var ki, onun

içində  İsa öz şagirdlərinin ayaqlarını yuyurdu. Sihyondan solda

Rəbbimiz İsa salındığı zindan var. Oradaca bir səcdəgah var ki,

üstündə ibadət keçirilir.

Şəhərin kənarında bir yer var ki, orada bir yəhudi müqəddəs

Bakirənin tabutundan tutub onu basdırmağa qoymurdu. Orada dörd

mərmər sütun üzərində günbəz tikilib və onların üstündə bürünc

xaçlar var. Oradan Hefsiman dərəsində olan Bakirənin müqəddəs

qəbrinə iki yüz əlli daş pilləkən qurulub. Yenə oradan İsanın

üstündən səmalara yüksələn Eleon dağının zirvəsinə səkkiz yüz daş

pilləkən aparır.

Səmalara yüksəldiyi yerdə də, Dirilmə kilsəsində olduğu kimi

uzunluöu yüz dirsək və eni yüz dirsək gözəl günbəzvari tikinti

qurulub. Oradan Urdun çay, Hor və bir çox vilayət görünür.

Beyt Lahm kilsəsi Dirilmə kilsəsindən iki yüz iyirmi

fərsənglik məsafədədir. Kilsənin ölçüləri belədir: uzunluğu iki yüz

dirsək, eni də yüz dirsəkdir. Onun doxsan mərmər sütunu və daş

qübbəsi var. Oradaca İbrahim dəfni üçün aldığı ikiqat mağara var.

Onun aşağısında müqəddəs mağara və axur var, orada da ibadət

keçirilir.

Kilsədən sağda sovməə var Onun içində çar İrod

240


 tərəfindən

öldürülmüş körpələrin sümükləri var.

Beyt Lahmdan altı yüz metrlikdə Urdun çayından şərqdə,



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə