Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə67/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

278

yepiskopluğa göndərilməsinə kömək edin. Biz bilirik ki, siz onun

həmkarısınız və xeyirxah xaçpərəst olduğunuz üçün sizdən xahiş

edirik ki, bizim mənəvi istəyimiz yerinə yetirilsin, çünki onun bizim

aramızda olması bizi həmdin edər və vəhşi qəbilələrin qoşunlarının

sizin tərəfə basqınları kəsilər. Əlvida!”

Elçilər Albaniyanı keçib ermənilərin yanına gələndə onlara

hunlar ölkəsində Allah-təala İsrailin əliylə nələr etdiyindən danışıb

hunların böyük knyazının məktubunu verdilər. Ermənilər elçiləri

sevinclə qəbul edib onlara aşağıdakı cavabı verdilər.



QIRX ALTINCI FƏSİL

Hunların məktubuna cavab

 “ Erməni katolikosu Sahaqdan, bütün dindarlardan, erməni

knyazı Qriqordan və bütün kilsəmizin xadimlərindən Allah adından

salamlar!

Bizə təsvir edilən sizin, Allah tərəfindən həyatverici

xilasınıza, Allahın bu sonsuz səxavətinə görə biz ona öz

təşəkkürlərimizi bəyan edirik. Siz Allahın dinini yenicə qəbul etmiş

bəndələrin məktubunu aldıq. Məktubdan başqa ölkələrdəki kimi,

sizin də ölkənizdə Allahı dərketmə işığının parıldamasına vadar edən

Xaliqin mərhəmətindən xəbərdar olduq. Buna görə biz insansevər

allaha yenidən şükür etdik ki, O, sizin atalarınız və cədlərinizi

əvvəlki fani dininizdən ayırıb Öz müqəddəs adıyla tanış etdi və siz də

Xaliqimizin həqiqi pərəstişkarları oldunuz. Məktubdan və elçilərdən



279

yepiskop İsrailin sizi xaçpərəstliyə necə döndərməsini öyrəndikdə biz

gördük ki, Allahın adı bütün kainatı doldurub. Biz cismən bir –

birimizdən uzaqda olsaq da, indi bizə elə gəlir ki, möhkəm dostluq

vasitəsilə siz elə bil ki, gözümüzün önündəsiniz.

O ki qaldı yepiskop İsrailin sizə göndərilməsi məsələsinə,

deməliyik ki, bu çox mürəkkəb məsələdir, çünki dindarlar öz dini

başçılarından ayrı ola bilməzlər. Amma iş ondadır ki, İsraili bizim

dini idarəmiz təyin etməyib. O, Albaniya katolikosluğunun

sərəncamındadır. Biz istəyirik ki, o, həmişə sizinlə olsun, lakin bu

barədə qərarı çıxarmaq üçün müstəsna hüquq yalnız Albaniya

patriarxı katolikos Yeliazarın ixtiyarındadır və bu məsələ onun şəxsi

işidir. Buna görə insanlara həyat verən Canlı Allaha inanın. Odur

yaradan, Odur ölümə məhkum edən və Odur dirildən!Qoy Müqəddəs

Ruhun bu bərəkəti sizi onun qorxusundan və Onun təliminin hifzində

saxlasın! Var olun!”

Erməniyyədən Albaniyaya qayıdan Xursanın il – tiqini və Çat

Xəzər ölkə paytaxtı Bərdə  şəhərinə gəldikdə katolikos Yeliazarvə

knyaz Varaz – Tiridatla görüşüb yenədə xahiş etdilər ki, yepiskop

İsraili buraxmaq istəməyib dedilər: “ İsrail ona Allah tərəfindən

tapşırılan dindarları qoyub sizə gedə bilməz. Lakin biz ona iki ölkə

arasında  gediş  –  gəlişə,  özü  də  mümkün  qədər  sizdə  tez  –tez

olmasına icazə veririk ki, sizi İsa dinində möhkəm edib, aramızdakı

bərqərar edilən sarsılmaz dostluğu saxlasın. Buna biz razıyıq, çünki

İsrail aramızda vasitəçi olub, ədavətlərə son qoyub ki, dostluqla əmin



280

– amanlıq çiçək açsın”.

Bu qərarı eşidən elçilər təəccüb edib narazı qaldılar, lakin

istəmədən ona razılıq verib, dedilər: “ Bu halda qoy İsrail bizə

getməyi təxirə salmasın ki, bizim imanımızın onun qoyduğu kökləri

qırılmasın, qoy bizi yetimlər kimi atmasın, çünki biz başqa müəllimə

nə qulaq asacağıq, nə də tabe olacağıq”.

Alicənab xasiyyətinə və təbiətinə görə yepiskop İsrail könüllü

olaraq hunların yanına gedərək hər iki ölkəyə xoşbəxtlik gətirir və

bağlanan müqaviləyə əsasən xaçpərəst dinini yeni qəbul etmiş xalqa

öz köməyini əsirgəmirdi.

QIRX YEDDİNCİ FƏSİL

Böyük Kolmank yepiskopu Davudun İovan

Mayraqomluya

236

 ikonalar və təsvirlər barəsində

verdiyi sualı

 Katolikos Uxtanes və ondan sonra Yeliazar Albaniya

patriarxlığının idarə etdikləri dövrdə çox yerlərdə həm alimlər, həm

nadanlar, bizanslılar və ermənilər arasında əmələ gələn nizamsızlıq,

təriqətçilik və mübahisələr Albaniya ölkəsinə heç toxunulmamışdı.

Amma albanlara da xəbər çatdı ki, bəziləri ikonalara əhəmiyyət

vermir, bəziləri xaçı suya salmır, başqaları ermənilərin

qriqoryanlıqda işlənən duzu rədd edir, başqaları isə toy zamanı




281

kilsəyə gedib başlarına tac qoymurdular və bütün bunların səbəbi

guya keşişlərin yer üzündən yox olmasındadır.

Bununla əlaqədar Böyük Kolmankın yepiskopu Davud

məktubla erməni bilikli rahibi olan İovana müraciət edib ondan bütün

bunların səbəbini soruşdu. O da Davuda təfsilatla aşağıdakılardan

xəbər verdi:” Bu ikonalara sitayiş etməyə zidd olan küfr havarilərdən

sonra dünyaya gəlib və birinci dəfə bizanslılar arasında olub.

Bununla əlaqədar olaraq Qeysəriyyədə böyük dini qurultay

çağırılmışdı və orada qəbul olan qərarla ikonaları Allah evində (

kilsədə) göstərməyə icazə verilmişdi. Bundan sonra ikona çəkən

rəssamlar lovğalanaraq bəyan etdilər ki, onların sənəti kilsənin başqa

sənətlərindən üstündür.Onlar deyirdilər: “ Bizim sənətimiz işıqdır,

çünki onu hamı; qoca da gənc də görür.Müqəddəs Kitabı isə oxuyan

çox azdır”.Elə bu andan iğtişaşlar başlandı və buna görə də ikinci

qurultay çağırıldı. Məsələni müzakirə edib kitab yazanlara,

oxuyanlara və təfsirçilərə bəraət qazandırıb, onların rütbələrini

rəssamlardan yuxarı qoydular. O vaxtdan erməni katolikosu Movsesə

qədər bu nifaq salan küfr başını qaldırmırdı. Movsessin vaxtında

erməni kilsəsi ikiyə parçalandı və Movseslə “ baş filosof” kimi

tanınan Ərzurum yepiskopu Teodoros arasında böyük bir mübarizə

başlandı.Biz, Movsesin tərəfdarları, bizanslıların bütün təriqətlərini

pisləyirdik.

Movses öz tərəfdarlarını toplayıb əmr etdi ki, Xalkedon

qurultayına tabe olan

237


 bizanslılarla heç bir əlaqə saxlamasınlar,


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə