Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə66/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

274

göndərdi ki, o, bizi həyata aparsın. O. öz sözləri və əməlləri ilə bizi

pozğunluğumuza görə danlayıb bizə bütün varlığın xaliqi olan Allahı

və Onun möcüzəli qüvvəsini dərk etməyi öyrətdi və mən özüm də öz

ağlımla buna həqiqətən inandım. Beləliklə, biz hamımız yerlə

göylərin Xaliqinə inam bağladıq. Gəlin bu dinə inana bütün ölkələri,

o cümlədən böyük Bizans imperiyasını misal kimi götürək. Deyirlər

onların Konstantinopol şəhərini bina edən Konstantin adlı çarları var

idi. Deyirlər ki, imperiyasında xaçpərəst olanlardan birincisi özü idi.

O, o qədər mömin idi ki,ona Allahın mələyi xidmət edirdi və özünün

bu inamıyla bütün düşmənlərinə qalib gələrdi. Deməli, əgər bu

xaçpərəst dininin vasitəsilə belə  şöhrət qazanmaq və qalib gəlmək

mümkünsə, onda biz nə üçün Canlı Allaha inanmağa gecikirik?

Budur, Allah ehkamlarını öyrədən yepiskop İsrail aramızdadır. Gəlin

ondan xahiş edək ki, o, bizim ölkəmizdə qalıb bizi maarifləndirsi”.

Onlar hamısı bu məsləhəti bəyəndilər və knyaz yepiskop

İsrailin yanına tarxan rütbəsi

232


 olan Ovçu adlı  əyanı və Çatkasar

adlı


233

 yataq  ağasını göndərdi.

Yepiskopun yanına gəldikdə onlar əyanların fikri barəsində

danışıb ona hunların böyük knyazının bu sözlərini çatdırdılar: “

Atamız! Biz Xilaskarımızı sənin vasitənlə dərk etdik və Ona inam

bağlayıb həmişə Müqəddəs Üç Uqnuma sitayiş edəcəyik. İndi səndən

acizanə rica edirik ki, sən bizim yepiskopumuz və müəllimimiz olub,

bu Vaçaqan şəhərində katolikos kürsüsünü bərqərar edəsəb. Və mən

İl – ituer, səninlə Allah adına sazişə girib, xaçpərəstliyi qəbul



275

etməyən bütün cadugərləri və sehrbazları yandırıb külə

döndərəcəyəm. Və kim mənim olkəmdə bütpərəst qalıb bütlərə

qurban gətirməkdən əl çəkməzsə, mən onu qılıncdan keçirib məhv

edəcəyəm”.

Yepiskop onlara belə cavab verdi:” Albaniyanın böyük

patriarxı Yeliazarın icazəsi olmadan mən heç bir şey edə bilmərəm.

Bu işdə ixtiyar yalnız onun əlindədir. Axı mənim öz dindarlar dairəm

var və mənə Allah tərəfindən tapşırılan dindarları necə atıb gedim?

Sizin qayğınıza isə həzrət İsanın özü qalıb, öz mərhəmətilə inamınıza

görə sizə bir dini başçı verər və o da İsa Zəburu ilə sizə xidmət edər”.

Lakin bu iki elçi yepiskopun yanına ikinci və üçüncü dəfə

gəlib xahişlərini təkrar etdilər. Belə vəziyyətə düşən yepiskop dedi: “

Onda Allahın izniylə öz ölkəmə mömin övladım Albaniya knyazı

Varaz – Tiridatın və müqədəs katolikosun yanına qayıdana qədər

məni gözləyin. Və əgər Allah – təala buyursa, o vaxt Onun Özü sizin

xahişinizi terinə yetirər. Sizi vəd olunan şərəfdən kim məhrum edə

bilər? Siz məni işgəncələrə və ölümcül hala salsanız belə mən bunu

özümə  şərəf və  şöhrət hesab edib Allah simasında sevinərəm. Öz

niyyətiniz haqqında isə siz yazılı surətdə bütün Albaniya xalqına və

xüsusən katolikos Yeliazara xəbər verin, çünki həzrət İsanın qardaşı

müqəddəs Yelisey vaxtından bu ana qədər Allah şəhəri Qüdsdən

gələn bu kürsü bizim Şimal – Şərq ölkəmizə bəxş olunub. Sizin ölkə

isə bizim ölkəylə həmsərhəddir və bütün mənim həmdinlərimin,

keşişlərin, qardaş və yoldaşlarımın razılığı olmadan mən bunu necə



276

edə bilərəm? Axı bu məsələ çox yeni olsa da, onun əhəmiyyəti çox

böyükdür!”

Bütün bunları yepiskopdan eşidəndən sonra onlar onun

xahişini yerinə yetirdilər və böyük hörmətlə öz ölkəsinə göndərdilər.

QIRX DÖRDÜNCÜ FƏSİL

Böyük Kolmankın yepiskopu İsrailin Hunlar

ölkəsindən qayıtması. Onun ardınca iki zadəgan gəlir

və xahiş edirlər ki, o, hunların rəhbəri olsun.

 Hunların böyük və mömin knyazı  İl –ituer ölkəsinin iki

zadəganını – Xursanın il – tiqinini

234


 və Çat Xəzəri hazırlayıb

Müqəddəs İsrailin ardınca göndərir ki, onlar Albaniyaya gəlib

dostluq təklifləri və xahişi ilə İsraili hunlar ölkəsinə başçı kimi təsdiq

etsinlər. Göndərdikləri risalənin mətni belədir: “Sizin göndərdiyiniz

Allah adamı yepiskop İsraili görüb qarşıladıq və onun vasitəsilə səni,

Albaniyanın böyük katolikosu müqəddəs Yeliazarı və səni,

Albaniyanın müstəqil knyazı, bizim istəkli qardaşımız Varaz –

Tiridatı salamlayırıq. Siz bizdən cismani xahiş edirdiniz, biz isə öz

mənəvi aləmimizdə onun simasında Allah surətini gördük və onun

müqəddəs həyatında və bizə Allah tərəfindən izhar edilən

möcüzələrdə öz Xaliqimizi dərk edib ruhumuza əmin – amanlıq

qidasını əldə etdik. İndi sizdən xahiş edirik ki, siz İsrailin özünə icazə




277

verəsiniz ki, o, bizim yepiskopumuz və dini başçımız olsun.Biz onun

vasitəçiliyi ilə  əbədi xilasa nail olarıq və bununla da aramızda

sarsılmaz dostluq möhkəmlənər. Allahla salamat qalınız!”



QIRX BEŞİNCİ FƏSİL

Hunlar knyazının ermənilərə yazdığı eyni

məzmunlu məktub

 “ Erməniyyənin yepiskopu müqəddəs Sahaqa

235

  və  erməni



sərkərdəsi knyaz Qriqorasalamlar!

Əzəldən nadanlıq zülmətinə və dumanlara qərq olmuş bizim

cədlərimiz sanki qəflət yuxusunda idilər. Lakin dünyaya Nicat gəldi:

Ulu Allah yer üzünə  İsa kimi gəldi. Biz bunu çox anlaşılmaz bir

surətdə, sizin torpağa və Albaniya ölkəsinə basqınlarımız zamanı öz

qulaqlarımızla eşitmişdik və bizim də qəlblərimizə səxavətli

rəqabətin ruhu daxil olmuşdu. İndi bizim Rəbbimiz İsanın kəlamı

yerinə yetirildi  və bizim şimal ölkəmizdə Onun Zəburu bəyan oldu

və biz hər bir şeyi təkcə gözəl bir ərdən, Böyük Kolmankın

yepiskopu İsraildən öyrəndik.

Artıq sizin yanınıza gələnlərdən və aramızda möcüzələr baş

verməkdən danışanlardan hər şeyi öyrəndikdən sonra siz də yaxşılıq

göstərib bizim xahişimiz yerə salınmasın deyə, bu ərin bizə



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə