Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə62/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

258

xəncərlə yanaqlarını, əl və ayaqlarını çərtib qan axıdırlar. Çox vaxt

kişilərin lüt – üryan halda bir – birilə  və ya dəstə - dəstəylə

qəbiristan yaxınlığındakı meydanda qılınclarla döyüşmələri kimi çox

eybəcər və murdar səhnələr olur. Böyük – böyük dəstələr bir – birilə

ötüşür və güləşir, sonra da pozğunluğa və ya at çapmağa girişirdilər.

Kimsə ağlayıb ulayırdı, kimsə də şeytan kimi özündən çıxırdı. Onlar

dilxoşluq edir, oynayır, rəqs edir və eybəcər işlərlə məşğul olub

murdarlığa qərq olurdular, çünki Xaliqin nurundan məhrum idilər.

Onlar oda və suya qurbanlar gətirir, naməlum yollar ilahəsinə, aya və

onların gözlərinə təəccüblü görünən bütün məxluqa sitayiş edirdilər.

Şəhvətli həvəslərinə uyaraq, öz vəhşi bütpərəst adətlərinə görə

atalarının arvadlarını, ya iki qardaş bir arvadı və ya bir neçə arvad

alırdılar. Müxtəlif eybəcər adətlərin və xurafatların çoxluğuna

baxmayaraq, onlar Ədalət Günəşini görməyi, dərk etməyi bilmirdilər.

İsrail hunların belə çirkin bütpərəst qanunlarına meylini

görəndə o, gecə - gündüz Allaha dua edib yalvardı ki, o, bu ölkəni

belə  şeylərdən xilas etsin və onun özünə bunları xaçpərəstliyə

çevirmək üçün yol göstərsin. Onun göstərişi ilə ibadət vaxtı təyin

olundu ki, hunların bütün əyan və başqa nümayəndələri kilsəyə

yığışıb ilahi vəsiyyətlərə qulaq assınlar. Allah evinə gələn hunların

knyazı və camaatı yepiskopun sözlərini eşitməyə hazır idilər. Onlar

bir – birinə deyirdi: “ Gəlin ondan təskinlik verən sözlər eşidək,

çünki o,Müqəddəs Ruhun vəsiyyətlərini dünyaya yayan müqəddəs

xaçpərəst dininin təliminin təbliğatçısıdır”.  Onların dinləməyə hazır



259

olduqlarını görən İsrail öz alimliyi və müdrikliyilə belə başladı:”

Övladlarım, xaçpərəstliyə dönün və Allaha inanın ki, O, mərhəmətə

gəlib sizə varlıq bağışlasın. Çünki O, Rəbbimiz və hər şeyin

Xaliqidir. Bu andan öz murdar inamlarınızı atın və xaliq olunana

daha ibadət etməyin, çünki bütün bunlar Şeytandan gəlir və insan

ruhunu korlayır. Heç kəs Allahın və Şeytanın badəsindən bir anda içə

bilməz və Allah – təalanın süfrəsindən dadan, eyni zamanda,

Şeytanın masasından yeyə bilməz. Qoy Allah sizin günahlarınızı,

istər şüurlusu olsun, istər şüursuzu, bağışlasın və qoy o sizi idrak

sobasına daxil etdirib sizi ədalətli cəzaya məhkum etsin. Bütün

kainatı Allahın aləmində nurlandıran, cahilliyə, nadanlığa qərq olmuş

bütpərəst xalqları zülmətdən çıxaran və onlara həqiqi dinin nurunu

gətirən Allah – təala sizi də Öz işıqsaçan mərhəmətilə aydınlığa

gətirər. Təki siz tərəddüd etmədən Allaha öz çevirəsiniz və möhkəm

iradənizlə Allah Oğlunun şərəfli adına müraciət edəsiniz. Müqəddəs

Üç Uqnuma inanın, etiqad edin! Çünki cisimsiz qoşunlar da tərifedici

səsləri ilə üçqat təkrar edirlər: “ Əziz, pak və müqəddəs Rəbb! Bütün

yer üzü Onun şərəfi ilə doludur!”

1

 Məgər  əvvəllər  müqəddəs



havarilərin və şəhid Qriqorinin bizə vəsiyyət etdikləri İlahinin üçlük

vəhdətini – Ata Özünüdən, Oğul Atasından və Müqəddəs Ruh

onların varlığından – görmürsünüzmü? Bütün yer üzü Onun şərəfi

ilədoludur, yəni Xilaskarın sözü ilə bu Çarlığın İncili bütün aləmdə

1

İncil. İsayyanın kitabı, VI, 3.




260

təbliğ olunacaq”.

1

 Və bütün bütpərəstlərə məlumdur ki, İncil bütün



dünyaya yayılmışdır. Zəburun ayəsində deyildiyi kimi O, dünyanı

əhatə etmişdir: “ Onun səsi bütün yer üzündə eşidilir və onların

sözləri də kainatın hüdudlarına qədər çatır”.

2

 Başqa  bir  havari  də



deyir: “ Çünki yer üzü sular dənizi dolduran kimi Allahın biliciliyi ilə

doldurulub”.

3

Və bu gün biz gördük ki, Allahın kəlamı üzərinizdə hakim



olur və yayılıb ürəklərimizin zəmilərində bar verir. Mahir

əkinçinlərin əməyi sayəsində toxum bol məhsul gətirib: dənin birisi –

yüzqat, birisi – altımışqat, birisi də - otuzqat.

4

Əgər sizin zəmiləriniz bu qədər məhsuldardırsa, onda nə üçün



siz ölümgətirən quşa icazə verirsiniz ki, o sizin ağlınızın pak və

çiçəklənən zəmisinə qonsun? Məgər siz bilmirsinizmi, bizim ulu

atamız Adəm məhz buna görə Cənnətdən qovulub, kollu və

dəvətikanlı torpağa varis olmuşdur? Bu barədə havari də deyir.

5

Qanunpozan knyaz Allah olmaq istəyəndə o, əlini uzadıb



bütün insanları bir – birinə günahla bağladı və Allahın xaliq olan

birinci insanına həsədindən onu itaətsizliklə qızışdırıb Adəmin

oğlunu xaincəsinə təhrik etdi ki, o, öz qardaşını öldürsün. Və bu

qətlin sayəsində o və onun bədbəxt nəsli bütün cismi günahların,

şübhələrin və lənətlər toxumlarının valideynlərinə çevrildilər və bu

1

 İncil. Matfeydən, XXIV, 14.



2

 İncil. Zəbur, XXVIII, 5.

3

İncil. İsayyanın kitabı, XI, 9.



4

 İncil. Markdan, IV, 8, 20.

5

 İncil. Pavelin romalılara risaləsi, I, 21və sonrakı, V, 1 və ardı.




261

barədə İncildə deyilib:

“  Və  Lameh  özünə  iki  arvad  aldı”

1

 Lamehin oğlu İuval isə



mahnılar yaradır, santur, boru, arfa, təbl və başqa səs doğuran musiqi

alətləri düzəldib,

2

 bunların vasitəsilə bütpərəstliyə dəvət və zina



ehtirasına təhrik edirdi.

Navuxodonosor da metal alətlərin azğın səsləri ilə camaatı

çağırıb, qızıldan tökülmüş nəhəng bütə bütün öz bayramlarında

sitayiş edib qurban kəsməyə məcbur edəndə məhz bununla məşğul

idi.

3

 Məgər Şeytana sitayiş edən Adəm oğlunun hədsiz şərhini



görmürsünüz? Qətl Şeytandan əmələ gələn kimi, ikiarvadlılıq və

musiqi alətlərinin icadı da həmin azdıran Şeytanın təhrikindən doğur.

Beləliklə də, Adəm oğlunun nəsilləri zinaya və pozğun işlərə qərq

olub lənətə gəlmiş Sifin qəbiləsinin qızları ilə qarışdılar. Və xoş

vədlərin yerinə Allah – təala onları cəzalandırmaq üçün üzərlərinə

Tufanı və ümumdünya qırğını göndərdi. Yalnız təkcə Nuh bütün

qəbiləsindən mömin və müqəddəs olduğu üçün Allahın buyruğu ilə

öz ailəsiylə birlikdə bu cəzadan  - Tufandan xilas olundu. Beləliklə,

hörmətə və mükafata yalnız inam və qüdsiyyət layiq görüldü.

Kənan da deyilənə görə

4

, Nuhu lağa qoyan Xamın



həyasızlığına görə

5

  lənətləmişdi: “ Kənan lənətlənib; o, qardaşlarının



1

İncil. Kövn, IV, 19

.

2

 Yenə orada. IV, 21.



3

 Bax: İncil. Daniyalın kitabı, III, 1-7.

4

Bax: İncil. Kövn, IX, 18.



5

 Yenə orada. IX, 25.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə