Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə59/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

245

Ağzı qanlı yırtıcılar didim – didim didsin onu.

Açsın Cəhənnəmin ağzını, İrod odu udsun onu

1

Doğulsunlar ürəyində yarasalar, soxulcanlar.



Yandıraraq, söndürərək, öldürərək, dirildərək

Bu qatili dönə –dönə, xıncım – xıncım etsin onlar.

Sınsın çürük budaq kimi sərkərdəyə qöyan o əl,

İflic olsun o mərd üzü tapdalayan murdar ayaq.

Onun zərdab qanını qoy ağ güvələr zəhərləsin,

Gəbərsin qoy, vəbalara, cüzamlara tuş olaraq.

Tikanlı ağacların kölgəsində dincələrsə,.

Gəlsin ilan balaları, bürüsün dörd çevrəsini.

Üz – gözünə qurbağalar zigil atsın, acı töksün,

Şiş bürüsün əndamını, xərçəng kəssin nəfəsini.

Bizim üçün o, dünyanın yeganə, tək çırağıydı,

Sükançıydı, cilovlardı şahə qalxan dağları.

İgid, cəsur Cavanşirin poladlaşan şəxsiyyəti

Əsarətçi zalımların yatırdadı qiyamını.

O, yatmazdı, mürgülərdi... gözü ayıq, qəlbi qaynar.

1

 İudeya çarı I İrod e. ə. 37-4 illərdə hökmranlıq etmişdir. Bax: Əhdi – Cədid.



Matfeydən, II fəsil.


246

Marsın cəng arabasın ulduzlara surərdi o.

Qollarına toplasa da min igidin qüvvətini,

Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.

Danışarkən dodağından mirvarilər saçılardı,

Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.

Yuxusundan ayrılarkən, aslan kimi sıçrayardı,

Bölüb isti çörəkləri, paylayırdı süfrə üstə.

Həzrət İsa peyğəmbərin qabırğası arasından

Axan qanlar süzülmüşdü onun dərya ürəyinə.

Ən müqəddəs dualarla tanrısına tanışdı o,

Öz qəlbinin qüdrətilə ölümsüzlük tapmışdı o!

Mənim ağım qu quşunun, pərilərin ağısı yox,

Dəstəsindən ayrı düşən bir quşcuğun naləsidir.

Yetim qalıb bizim şəhər, kövrəkləşib polad qala.

Uzun illər görməmişdik bu cür məqam, bu cür bəla.

Haçan gəlib tapdı bizi o qanlı əl, canlı bıçaq?

Kaş bataqlıq qurdu kimi yerindəcə qurusun o.

Ağzı yansın, qan qussun o.

Sən ki, saçardın nurunu günəş kimi üstümüzdə,




247

Batıb getdin... qərq olmuşuq gecələrin zülmətinə.

Bulud girdi aramıza, ayrı saldı səni bizdən,

Gözlərimiz həsrət qaldı yaraşıqlı qamətinə.

İllər boyu ağlayacağam, öz bağrımı didəcəyəm,

Sənsiz qalan o boş taxtı hiddətlə seyr edəcəyəm,

Sən gedəli, dörd tərəfdən bağlanıbdı sevinc yolu,

Gözlərimdən bulaq kimi yaşlar axır qanlı – qanlı.

Əzizlərin, doğmaların sevgin ilə alovlanır,

Yaddan çıxmaz bu məhəbbət bizim eldə heç bir zaman.

Kaş ki, bizim sözlərimiz ətir saçan buxur kimi,

Alışaydı məzarında, yanaydı son damlayacan.

Başımın tacı düşdü,

Taxtımız da, bəxtimiz də viran qaldı.

Gücümüzün şan – şöhrəti səninlə bir basdırıldı.

Səninlə edərdi fəxrTəbər gölü

209

, Lubnan dağı,



Azğın şimal küləkləri

210


 dayanardı səni görcək.

İndi yurdu sənsiz görüb hunlar qapır baltasını,

Viran qalır nar bağları, tapdalanır çəmən – çiçək.

Səltənətlər qara geyib, tac qoyan da sevinməyir,.




248

Gəlinlərin yatağını toz bürüyüb, qəm tozları.

Balasını itirmiş tək yaxa yırtır, yaş tökürlər,

Dərddən solmuş bənizlərin nə yamandır bu qubarı.

Üzərindən atmaq istər ləkələnmiş şöhrətini,

Tac qoyan da anlayır ki, tac əbədi bəzək deyil.

Bu ölümlə biz bir daha dərk elədik, başa düşdük:

Heçdi, puçdu fani dünya. Bizə dünya gərək deyil.

Xoşdur mənə bu sözləri deyib yanmaq, alovlanmaq,

Ancaq daha xoş olardı səninlə bir dəfn olunmaq.



OTUZ YEDDİNCİ FƏSİL

Varaz – Tiridatın Cavaşirin hökmranlıq taxtına

oturması. Hunlar Cavaşirin ölümünə görə qisas almaq

istəyirlər. Varaz – Tiridat onlarla sülh bağlayır


249

  Qəm – qüssə keçəndən, dərd sovuşandan və əzablı fəlakət bir

qədər yaddan çıxandan sonra ölkənin bütün knyazları, baş nəsillərin

ağsaqqalları, valıləri, hakimləri və  əyanları katolikos Yeliazarın

yanına gəlib Albaniya ölkəsinin taleyi və səadəti barəsində

düşündülər. Ölkədəki hakimiyyətin qayğısına qalaraq onlar bir səslə

Bizans imperatoru tərəfindən konsul və patrik rütbələrinə layiq

görülən Cavanşirin Varaz – Peroj adlı qardaşı oğlu knyaz Varaz –

tiridatı seşdilər.

211


 Katolikos və ölkənin bütün knyazları hamılıqla bu

seçkini tələsik keçirməyə can atırdılar. Elə buradaca bütün əyanlar

müxtəlif heyvan şəkilləri olan bayraqlarını açdılar, şeypurlar çalındı

və Varaz – Tiridatı qızıl – qalxana otuzdurub onu tərifləyə - tərifləyə

üç dəfə göyə atdılar. Belə bir böyük təmtəraqla onlar yüksək

hakimiyyətin şərəfini – vətən hökmranının taxtını ona verib həmən

gün bu münasibətlə çoxlu hədiyyələr və bəxşişlər payladılar.

Bu vaxta qədər də igid  Varaz – Tiridat öz müdrikliyilə

fərqlənir, hamıya məhəbbət və qayğı ilə yanaşırdı. Knyaz taxtına

oturduqdan sonra onun bəzi paxıl qohumları onun yüksəlməsini

soyuq qarşıladılar, lakin o, öz mehriban davranışı ilə onları

sakitləşdirib qəlblərinə hakim oldu. Öz hövsələsi və mülayimliyi ilə

o, ölkəni sərhədləri daxilində özünə tabe etdi və tezliklə  şanlı

paytaxtını – Bərdəni əlinə keçirdi.

Elə bu vaxt

212


 hunların sərkərdəsi və böyük knyazı Alp

İlituer


213

 saysız – hesabsız ordusunu, Yacuc ölkəsinin

1

 müxtəlif



1

 Müqayisə et: İncil. İyezekiilin kitabı, 38 və 39-cu fəsillər.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə