Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə56/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

232

Sandıqçaların üstündə suriyanı və erməni dillərində yazısı olan bir

qalın qızıl lövhə var idi.

 Bu ilahi möcüzə hamının gözü qabağında peyda olduğu üçün

bu əhvalat hamını mat qoydu. Camaat irəliyə getdi və hamı bu

müqəddəslərə sevgisini izhar etmək üçün sandıqçaları çıxarmağa səy

göstərdi. Ürəklərdən gələn və gözlərə zövq verən bu səmimi sevinci

görmək lazım idi. Hər tərəfi şadlıq bürüdü. Allahın möcüzəsi

müqəddəs ərlərin çoxunu təəccübləndirdi və onlar da Allahın tərifə

gəlməyən hədiyyələrinə görə ona min – min şükür etdilər. Bütün

bunlara görə Allah adamı İsrail, yepiskoplar və xalq arasında böyük

hörmətlərə malik oldu və hamı ona ehtiramla baxırdı.

Sonra İsraillə birlikdə yepiskoplar xəlvətə çəkildilər və

sandıqçaların möhürünü qıraraq içində xilasedici İsa Xaçının

hissəciyini gördülər. Yepiskopların böyüyü qızıl lövhənin üstündəki

yazını oxudu: “ Bu, Qüds müqəddəslərinin qaxımış cəsədlərinin

hissəciyidir”.

 Böyük Arranın yepiskopu İovel özü bu ilahi əlamətini

görəndən sonra, onun müdrikliyi daha da artdı və o, səmimi –

qəlbdən Allaha şükür etdi. Zahid İsrailin röyasının düzgün çıxmasını

təsdiq edərək hamıya bu möcüzədən danışır, zahidi tərifləyirdi və

beləliklə, əvvəlcə sökdüyünü indi özü bərpa edirdi. O, cəsədlərin

axtarışına mane olduğu üçün özünü müqəssir bilib töhmətə layiq

görüldü. Həyatverici Nur olan yer onun vilayətində olduğu üçün

İovel razı olmadı ki, bu qaxımış cəsədləri ona, bir yolçu və ya gəlmə



233

kimi kimsə bəxş etsin. O, bu xəzinənin qeydinə öz malı kimi qalırdı.

Sandıqçanın birini öz heysiyyətinə görə götürüb xidmət etdiyi yerə

apardı.  Allah  bəndəsi  İsrail  isə  bundan  çox  narazı  qaldı,  çünki  o

hesab edirdi ki, Allah – təala bu tutyanı ona bəxş edib və bu yeri o,

özü tapıb. Buna görə də bu müqəddəs sandıqçaları o, özü paylamalı

idi, lakin mülayim olduğu üçün o, bunu etmədi və heç kəsə də

şikayətlənmədi. Yepiskop Davudun icazəsilə  İsrail özünə ikinci

sandıqçanı götürdü. Xalq bütün yepiskop və keşişlərin müşayiətilə

əllərində məşəl və şamlar, Zəbur surələrini oxuya – oxuya müqəddəs

xəzinəni Qlxoy Vəng kilsəsinə aparıb aramgaha qoydu. Bundan

sonra hamı vidalaşıb öz yerinə qayıtdı.



OTUZ İKİNCİ FƏSİL

Allahın bu böyük möcüzələri necə izhar etməsi

haqqında yepiskoplar Davud və İovelin böyük kilsə

məclisi adından yazdıqları məktubun surəti

  “ Sənə, ey Şərqin

196

 səmavi və ruhani məhəbbətilə dolğun və



müqəddəs Ruhun bərəkətilə mükafatlanmış müqəddəs katolikosu

Uxtanesa, sənə, alicənab, qayğıçəkən, həmişə şöhrətli olan Cavanşirə

və sizinlə həmişə həmfikir olan əyanlarınıza, biz, ləyaqətsiz

yepiskoplar Davud və İovel, sizi Allah adı ilə salamlayırıq!”

Sizə bu məktubda gizlənmiş hissəciklərin möcüzəli

zühurundan, Müqəddəs xaçın əldə edilməsindən xəbər vermək




234

istəyirik, çünki bu əhvalat bizim təəccübümüzü artırıb, bizə imkan

verib ki, biz indi əvvəl ona inanmadığımız üçün heç danışmaq

istəmədiyimizin şahidi olduq. Biz indi öz gözümüzlə Müqəddəs

Xaçın zühurunu gördük və bunun həqiqi və doğru olduğunu şəhadət

veririk, çünki bu şöhrətin şöhrətidir. Bu barədə necə susmaq olar və

günəş kimi işıq saçan çırağı necə gizlətmək olar?  Və aydındır ki, bu

çırağı parıldayan çıraqdana qoymaq lazımdır. İndi bizim üçün, bizi

xilas etmək üçün üzərində birinci dəfə Xilaskarımızı daşıyan, həmişə

gözəl dördqanadlı Xaçın, yəni bizim xilaskarımızın zühur etməsini

elan etmək vacibdir. Həqiqətən, bu Xaç xaçpərəstlərin ümidi

ölənlərin dirilməsi və korların bələdçisidir. Və  əgər qabaqlar Xaç

məzəmməti izah edirsə, indi o, möminləri xilas edən əlamətdir. Axı

biz məhz onun vasitəsilə müqəddəs kilsəsinə daxil olmuşuq və öz

üzərimizdə Səmalar hakiminin nişanəsini gəzdiririk. Buna görə

sözlərimizə diqqət verin!

Biz bu işə könüllsüz girişdik, çünki öz şübhələnən ağlımızla

fikirləşdik ki, bu yalandır. Lakin biz sizin əmrlərinizin ziddinə çıxa

bilməzdik. Və biz bu işi hərtərəfli və düzünə öyrənərək, allahın

mərhəmətiylə həqiqətə nail olduq. Biz, Arsaxın bir düzənliyində olan

çayın sahilinə, sovməə olan Çlax adlı yerə gələndə, bizim

gəlməyimiz barədə xəbər çox tez yayıldı və  ətraf yerlərin sakinləri

yığışıb böyük dəstələrlə keşişlər və  əyanlarla birlikdə buraya

toplaşdılar. Onların arasında bu məsələyə zidd baxanlar da var idi.Bu

halda biz əmr etdik ki, hamı üçgünlük pəhriz saxlasın və bu



235

müddətdən sonra, hamımızın dualarıyla ibadətgahın altını qazdıq.

Birdən – birə oradan bizi valeh edən ətir saçdı. Bir qədər sonra

Tanrının bərəkətilə və müqəddəs ata İovelin duasıyla biz istədiyimizə

nail olduq: iki gümüş sandıqça çıxdı, üstündə qurşun möhür və yunan

qıfılı. Sandıqçanın birinin üstündə suryani və erməni dilində yazısı

olan qalın qızıl lövhə var idi. Yazılana görə biz sandıqçaları

keşişlərin yanında açıb, orada həyatverici Xaçın və çoxlu başqa

tutyaların hissəciklərini tapdıq. Yazıda deyilirdi ki, bu, Qüds

şəhərində olan Allah tutyalarının hissəcikləridir. Bütün orada

olanlarla birlikdə mən, nifrətə layiq olan İovel də, həm şeyi bəxş

edəndə  şükür etdi, ağlımdan bütün şəkki – şübhəmi çıxardım və

zahidin röyasını inamla qəbul etdi. Həmin hissəciklər mənim xidmət

etdiyim yerdə tapıldığı üçün mən böyük həvəslə sandıqçanın birini

götürüb öz kilsəmə apardım. Başqa tutyaları isüə biz, yepiskoplar

Davud və İovel, başqayepiskop, keşiş və xadimlər vasitəsilə Allahın

köməyilə böyük sevinc və dini mahnılarla yepiskopun kilsəsinə

apardıq.


Qoy Allah – təala Allah Oğlunu qəbul edən Xaçın

mərhəmətiylə sizi şöhrətdə və qüvvədə saxlasın və imkan versin ki,

sən, dini çiçəkləri görən Uxtanes və sən, taxt – taclı knyazımız

Cavanşir və sənin vəliəhdlərin uzun ömür və əmin – amanlıq içində

yaşayıb, ölkəmizin Səmavi şehlə bərəkətləşən torpağından həmişə

nemət görərsiniz. Allahın adı ilə salamat qalınız!”




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə