Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə54/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

223


224

               OTUZUNCU FƏSİL

Cavanşirin Cənub hökmdarının yanına ikinci

səfəri. Onun bizanslılara məntiqə uyğun köməyi. Onun

vergilərin azaldılmasına nail olması

 Cənubun hökmdarı ikinci dəfə  şərqin şan- şöhrətli knyazı

Cavanşiri yanına dəvət edib, ona mükafatlar vəd etdi ki, onun birinci

səfərində aldığı şərəf və şöhrətə yeniləri əlavə edilsin.

Həmin vaxt Cavanşirin yanına Konstantinopoldan əyanlar

gəlib xəbər verdilər ki, onlar Həcərin oğullarına ( ərəblərə) bac

verməyə razı olublar. Hərəmağalar Konstansı onun imperatorluğunun

otuzuncu ilində öldürmək qərarına gəldikdən sonra

193

, xəlifə onlara



əmr etdi ki, onlar şərqin hökmdarı (Cavanşir) gələnə qədər həmişəki

yerlərində qalsınlar.

Şöhrətli hökmdar Cavanşir özü, birinci dəfəki kimi, Diməşqə

bütün öz müşayiətçiləri ilə gəldi və birinci səfərində olduğu kimi, bu

dəfə onu daha da böyük şan – şöhrətlə və şərəflə qarşıladılar. Xəlifə

əmr etdi ki, Cavanşir üçün öz doğma qardaşının iqamətgahını

hazırlasınlar, axşam yeməklərində isə xəlifə onu həmişə öz yanında

oturmağa dəvət edirdi. Sonra xəlifə Cavanşirə imperiyanın

paytaxtından gəlmiş hörmətli adamlarla sülh barədə danışıq aparmağı

təklif etdi. Xəlifə Cavanşirin ağıl – fərasətinə və dərin düşüncələrinə

heyrət edirdi. Bizans elçiləri də ona minnətdar idilər, çünki o, Cənub

hökmranını onların tərəfinə çəkə bilmişdi.

Bundan sonra Cənubun hökmdarı Şərqin hakimini, başına tac



225

qoyulmuş padşah kimi, daha yüksək təriflərə layiq gördü və əmr etrdi

ki, ona Hindistandan gətirilmiş və yaxşı öyrədilmiş nəhəng fili

bağışlasınlar. Adətən, qorxuducu və vahiməli fillər padşah saraylarını

bəzəyirlər. Bu günə qədər heç kəs eşitməyib ki, xəlifə rütbədə ondan

aşağı olan Cavanşirə quşların ən gözəli – tutuquşu bağışladı. Keçmiş

zamanlarda belə quşlardan yalnız bizanslılar ölkəsində görmək

olardı. Bundan əlavə xəlifə ona başqa hədiyyələr də bəxş etdi: qızıl

qınlı polad qılınc , mirvari ilə süslənmiş kaftan, qızıl xaçlar, ipək

parçalar, əba və cürbəcür qiymətli geyimlər. Bundan başqa, ona öz

mindiyi atlardan əlli ikisini bağışladı. Xəlifə böyük xanımına əmr

etdi ki, o da Şərqin böyük xanımına heyrətamiz hədiyyələr, ona layiq

bəzəklər və zərli və ipək parçalar bağışlasın. Xəlifə  əmr etdi ki.

Cavanşirlə gələn əlli nəfərin haməısına ipək parçalar və bəzəklər

verilsin. O, Sünik vilayətini Cavanşirin ixtiyarına verib təkid etdi ki,

o, Araz  çayının o biri sahilində yaşayan Atropatenanın əhalisini də

idarə etsin. Lakin  Cavanşir dünyanın dörd tərəfinə hakim olub özünü

hakimi – mütləqə çevirmək istəmədi. O, bu əlavə  şöhrətdən imtina

edib, öz təbii səxavətinə görə daha çox abadlıq və tikinti işlərilə

məşğul olmağı və öz ölkəsinin qayğısına qalmağı daha  üstün tutdu.

Buna görə o, xəlifədən xahiş etdi ki, onun ölkəsinə təyin olunmuş

bacın miqdarını azaltsın. Cənubun hökmranı buna razı olub əmr etdi

ki. vergi onun üçdə biri qədər yüngülləşdirilsin. Başqa knyazlardan

fərqli olaraq xəlifə Cavanşirə daha böyük hörmət göstərərək onun

əlini sıxdı və  şərəflə yola saldı. Cavanşir öz ölkəsinə qayıdıb ilk



226

növbədə tikdiyi Allah evinə tələsdi, orada diz çöküb Allah – təalaya

böyük mükafatlara görə  şükür etdi və dedi: “ Allahdandır, mənim

qüvvətim və şöhrətim !”

O, buradan öz qış iqamətgahı olan ölkə paytaxtına getdi və

burada ümumxalq məclisi çağırdı. Məclisdə Cavanşiri həmişəki

halında yox, çox gözəl geyimli və yüksək çarlıq məqamında gördük.

Orada biz çox nadir cinsdən olan heyrətamiz bir çar quşunu gördük.

Onun sarı lələkləri yaşıla çalırdı və başını tərpədəndə döşündəki

qırmızı tükləri boynu ətrafında doğralanıb yenə də  əvvəlki hala

gəlirdi, sanki sübh çağında şehin damlaları idi. Gözləri parıldayır və

dimdiyi donqar kimi əyri idi və insanın səsinə bənzər nazik səslə

danışıb, sözlər quraşdırırdı. Qədim zamanlarda Roma imperatoru

Neronu tərifləyən quş kimi, bu quş da bizim həddindən artıq bəxtəvər

knyazımızı tərifləyirdi. Lakin bu quş nə qədər böyük təəccübə səbəb

olurdusa, indi haqqında söhbət edəcəyim daha da təəccüblüdür.

Cavanşir ova və ya gəzməyə çıxanda hamı onu və onu

müşaiyət edənləri şəhər darvazalarından çıxanda görürdü. Elə bu

vaxt, sanki çara salam vermək üçün, onun qabağına yöndəmsiz,

nəhəng, divar boyda, ayaqları şalban kimi, özü də dağ boyda olan fil

çıxırdı. Onun alnından zəhərli ilana bənzər xortum sallanırdı. Fil

xortumunu sağa – sola yelləyir, gah yuxarıya qaldırır, gah da ağzına

soxurdu və hava alıb burnunun deşiklərindən qorxunc səslər

çıxarırdı. Mən yalan demirəm, şünki ona baxanda adamı dəhşətli

titrətmə tuturdu.



227

Cavanşirin gətirdiyi  gözəl,  məğrur, külək kimi itiayaq və

yorğa atları da gördük və deməliyəm ki, onların çox gözəl qızıl

yəhərləri və yüyənləri var idi. Görəsən sizlərə  burada daha nədən

danışım, nədən söyləyim ? Hikməti – ilahiyyə belə imiş ki, Cavanşir

dünyaya gələn gündən şan – şöhrət üçün yaranmışdı və bu günə kimi

Allah – təala onu bütün işlərində əzəmətli olmağa layiq görürdü. Elə

bunlara görə biz onu heç bir çardan əskik görmürdük. Onun

artıqlaması ilə hər şeyi var idi: saysöz – hesabsız qızıl vı gümüşü,

dəbdəbəli və gözəl paltar və  əlbisəsi və müxtəlif qiymətli daş –

qaşları. Mirvarisi. Nəyi desən – onda var idi.

Otuz üç ildir ki, Allah – təala Albaniyanın knyazını hər şeydə

qalib edirdi, xalqlar hökmdarları dörd çar ona böyük hörmət və

ehtiram göstərirdi. Cavanşirin şöhrəti və  əzəməti heç o

çarlarınkından az deyildi. Qoy heç kəs uşaq kimi sadəlövh olub onun

hökmranlığını o çarlarınkından aşağı görməsin. Heçk vacib də deyil

ki, onun başında çar tacı yox idi.

Buna görə də bizim, onun aciz bəndələrinin, onu nəinki

imperatorlar Avqust və ya Tiberi ilə müqayisə etməyə haqqımız var,

biz onu böyük əməllərinə görə Allahdan çələng almış müqəddəs

Konstantin ilə müqayisə edirik. Və həqiqətən, ey Şərqin çox

hörmətli knyazı, biz hamımız səni tərənnüm edirik, çünki səni, ey

mənim ağam Teodoros

194


, xaliq edən rəbbimiz İsa peyğəmbər,

səndən yalnız günahlarından üz döndərməyi, Allahı sevməyi, Ondan

qorxmağı və Onun müstəqim yolu ilə getməyi tələb edir ki,



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə