Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə55/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

228

nəsilbənəsil sən və sənin oğlanların səadətli və xoşbəxt yaşayasınız.

Amin!

OTUZ BİRİNCİ FƏSİL

Allah bəndəsi zahid İsrailin röyası və Qüds

müqəddəslərinin cəsədlərinin əldə edilməsi

  İsrailin başlanğıcı məlum olmayan zahidliyi haqda doğru

hekayəti mən tapa bilmədim və burada yalnız bildiyimdən

danışacağam. O, tamam bir il dağda yaşayıb dizləri üstə yerdə

yatırdı. Bir dəfə, gecə saat dörd radələrində yuxusuna bir əcaib, saf,

aydın və işıqsaçan röya girdi və həmin vaxt onun burnuna çox

ləzzətli bir ətir qoxusu dəydi. Onun müdrikliyi artdı və o, birdən –

birə haçansa böyük sirlər barəsində deyilənləri, onların mənalarını,

bəxş olunan Zəburun yayılmasını, nə vaxt, necə və kimlər tərəfindən

qəbul edilməsini, qanlı döyüşlərə girişib şəhidin adına layiq

olanlarını, haradan olmalarını və ilahi sərvətlərin məhz harada

gizlədilməsini və ona bu barədə nə etməsini yadına saldı.

Bütün bunların hamısı barəsində ona yuxusunda bir və iki

dəfə deyildi və oyanarkən o, uzun müddət dəhşət içində qaldı.

Sonra yerindən qalxıb əllərini Allaha uzatdı və ona şükür edib

səhər ibadətini etdi.

Və birdən o, Allahın: “Lənət olsun ona ki, o, Allahın işini



229

saymazyana görür

1

”  - sözlərini yadına saldı. İsrail öz şagirdini



götürüb tələsik dağdan enib yepiskopa  danışdı və dedi: “ Mənim

ağam! Gəl tənbəllik etməyib Allahın hökmünü yerinə yetirək, əks

təqdirdə qayğısız olmağımıza görə cəzamızı çəkəcəyik.Sən bu işlə

təxirə salmadan məşğul ol ki, Allahın sirri açıla bilsin”.

Bunu eşidən böyük Kolmankın yepiskopu Davud bir anlığa

fikrə getdi. O qərara gəldi ki, özüylə bir neçə keşiş götürüb onlarla

Albaniya katolikosu Uxtanesin

195


 yanına getsin. Onun yanına gəlib

bütün əhvalatı danışdı. Uxtanes bunları eşıdib Allaha şükür etdi və

yepiskop İsrailin gördüyü röyaya təəccüb edib öz – özünə dedi: “

Necə oldu ki, bu zahid belə sirrə layiq oldu?”, O, əmr etdi ki, bu

münasibətlə böyük kilsə məclisi çağrılsın və bu məclisə Arsax

vilayətinin və Böyük Arranın yepiskopu mömin İoveli də dəvət

etsinlər. İovel gəlib katolikosu və yepiskop Davudu acı sözlərlə

danladı: “ Nə üçün siz belə boşboğazlığa qulaq asıb, uydurma

röyalara fikir verirsiniz? Axı müqəddəs kitablar bizi öyrədir ki, belə

şeylərə inanmayaq! Bəllidir ki, havarilərin, Zəbur oxuyanların

vaizliyindən sonra heç bir röya təkrar olunmayıb və buna görə də

bizim vaxtımızda röya görünə bilməz”. İovelin özü isə Müqəddəs

kitabların məzmununa hamıdan çox bələd idi.

Onda müqəddəs katolikos ona belə cavabverdi: “ Sən dediyin

kitablardan bizə də məlumdur. Lakin bu röyanın hekayəti yeni və

möcüzəlidir. Bəlkə də bu röya Allahdandır və biz onu rədd edərək

1

 İncil. Havari İyeremiyanın kitabı, 48,10.




230

başı soyuq adamlar kimi cəzasını çəkə bilərik. Bu röyaya mənfi

yanaşmaq olmaz, çünki onda biz Allahla mübarizəyə çıxarıq. Bu

röyanı uydurma da hesab etmək olmaz, çünki havarilərdən sonra son

zamanlarda insanların röyaları nəticəsində Müqəddəs Xaçdan

başlayaraq, müxtəlif yerlərdə, müqəddəs Qüds şəhərində və çoxlu

başqa şəhərlərdə insanlardan gizli olan və indi bütün yer üzünü

dolduran və kilsələri parıldadan bütün müqəddəs xəzinələr əldə

edilib. Axı burada da, Albaniya ölkəsində, çox yerlərdə

müqəddəslərin qaxımış cəsədləri tapılıb. Və bu röya da heç təəccüblü

deyil, çünki heç bir İlahi xəzinə torpağın altında gizli qala bilməz.

Uydurma və yalanın vasitəsilə həqiqəti danmaq olmaz və Allahın

işini İblisin masqarası yerinə qoymaq olmaz. Hər şeyi dəqiq yoxlayıb

həqiqəti bilmək vacibdir bə müqəddəs havari bu barədə deyir: “ Hər

şeyi sınaqdan keçirin və yaxşıdan yapışın”.

1

 Bundan başqa kilsə



risaləsində də deyilir: “ Hər bir ruha inanmayın, lakin ruhları

sınaqdan keçirin, görün onlar Allahdandırmı?”

2

Indi siz, o diyarın yepiskopları, hər ikiniz gediniz və biriniz



bu məsələ haqqında hər şeyi öyrəniniz. Allaha yalvarın ki, qoy o, özü

açsın – “Bu röya İlahidəndir, yoxsa uydurmadır, çünki insanları

aldadan İblisin imrəndirmələri də bizə bəllidir, lakin Allahın bərəkəti

bizim üçün daha aydındır. Bizi hər gün bu barədə xəbərdar edin ki,

Allah – təala öz sirrini sizə açıb göstərdiyini bilək”.

 

Hər iki yepiskop - Davud və  İovel məmnuniyyətlə



1

 İncil. Havari Pavelin Fessaloniklilərə Birinci risaləsi, X, 21.

2

 İncil. Havari İoannın Birinci risaləsi, IV, I.




231

katolikosun əmrini qəbul edib, onunla vidalaşdılar və Müqəddəs

Ruhun himayəsi altında böyük Arran keşişliyinin ərazisində, Tərtər

çayı sahilinə, cıdır meydanına oxşar bir yerə gəldilər. Bu da Böyük

Kolmank vilayətinin Rustak mahalında idi. Onlar oraya gəlib bir

təpədə yerləşən meşəlikdə ayaq saxladılar. Burada taxtadan tikilmiş,

üstündə xaçı olan sovməə var idi. Onun üstü kirəmitli, divarları isə

çox bəzəkli idi. Yepiskopların bu yerə gəlməsindən xəbər yayılan

kimi oraya Allahın möcüzəsini görmək üçün tələsik əyanlar,

yepiskoplar, keşişlər, yüzbaşılar, valilər, kəndxudalar, məmurlar və

çoxlu kişi və qadınlar gəldi.

Bundan sonra yepiskoplar bu təntənəli yığıncağa müraciət

etdilər ki, hamı üç gün pəhriz saxlasın və ibadət etsin, çünki camaatın

bir qismi bu əhvalata inanmırdı. Elə baş yepiskop İovelin özü də

bunu uydurma hesab edirdi. Üç gündən sonra keşiş  İsrail əlinə bel

götürdü və hamı diz çöküb gözlərini bir yerə dikdi. O, əmr etdi ki, bu

yeri qazsınlar və camaat çıxarılan torpağı öz ətəklərində kənara

aparırdı. Onlar xeyli qazıb yoruldular, lakin istədikləri xəzinəni tapa

bilmədilər. Onda onlar altında günahlardan təmizləyən Allah

səcdəgahı olan sovməənin şərq divarını sökdülər və istədiklərini

orada axtardılar. Elə səcdəgahın altında üç dirsək dərinliyində bir

çala açdılar oradan çox nəşəli. Hər tərəfə yayılan və hamıya ləzzət

verən ətir saçdı. Bu ətir saçan min müxtəlif gülün və müşk - ənbərin

ətri idi və hamı buna təəccüb etdi. On qarış dərinliyə gedəndən sonra

onlar qurşun möhürlü iki gümüş sandıqçaya rast gəldilər.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə