Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə63/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

262

qardaşlarının yanında qulların qulu olacaq”.

1

 Biz görürük ki, Nimrud



onun nəslindəndir

2

 və o, öz cinli cadugərliyi ilə mərəkə yaratmaq



üçün bütün xalqları daş yığmağa şirnikləndirmişdir.Özü isə öz

nəhəng boyu və  əzəmətli qüvvəsi ilə öyünüb o birilərin üzərində

ağalıq etməyə başladı. Necə ki, deyilib: “ Onun çarlığına əvvəl Babil,

Ereh, Akkad və Sennaar torpağında olan Xalia daxil oldu.

3

İnsan əliylə qurulmuş Babil qülləsinin dağılmasından



və dillərin qarışmasından sonra Nimrud, məşhur tarixi salnamələrdən

bildiyimiz kimi, həddindən artıq lovğalaraq özünü ilahiyə bənzətdi

və öz mahir ustalarına əmr etdi ki, onlar gümüşdən və misdən onun

heykəllərini düzəltsinlər  və bu heykəllərə də o, öz adını verdi.

Həmin azmış xalqların çoxu onun heykəllərinə qurban kəsirdilər. Sizi

də mən indi bu vəziyyətdə görürəm, görürəm ki, xurafata vəfalı olan,

tərəddüd edən qəlbinizlə ayaq dəyməmiş cığırlarla oraya – buraya

dolaşırsınız və cadugər və ovsunçularla, falabaxanlarla və vəhşi

nəhəng Aspandiat adlı birisinə aldanaraq onlar üçün atları qurban

kəsirsiniz. Heç də başa düşmək istəmirsiniz ki, murdar qüvvələrə

pərəstiş edənlərin özləri də murdardırlar. Və necə ki, bütxanalar

murdar və natəmizdir, eləcə də allahın qabağında Aspandiata qurban

gətirənlərin hamısı murdar və çirkindir və  Əhdi – Ətiqdə deyilir: “

Çünki pozğun Allah qabağında iyrəncdir, möminlə isə onun

1

 Bax: İncil. Kövn, IX, 25



.

2

 Yenə orada. X, 6-8.



3

 Yenə orada. X, 10.




263

ünsiyyəti var”.

1

Bundan başqa, siz səmada çıxan ildırımı Allah hesab edib



xilaskar adlandırırsınız. Heç fikirləşirsiniz ki, ey nadan insanlar, nə

üçün buludlar arasında çaxan ildırımlar və göy gurultusu sərt qış

şaxtası olan altı ayda hara da yox olurlar? Məgər bu ildırımlar

xaliqimiz Allahın izniylə çaxmırlarmı və yenə də Onun əmriylə qış

fəslində heç bir ildırım çaxa bilməz? Buna görə də aydındır ki,

ildırımlar Allah ola bilməz və yalnız  Xaliq Allahın xilqətidir və siz:

“ Göyü və yeri yaratmayan allahlar yer üzündən yox olacaqlar”

2

sözlərinə əhəmiyyət verməməkdə çox səhv edirsiniz. Bilin və baxın –



Allah öz hökmündə Birdir və Onun üstündə heç kəs yoxdur. O, bütün

görünən və görünməyənin Xaliqidir. Allah Atadan doğulmuş bircə

Oğuldur ki, Özü də Atadan və Müqəddəs Ruhdandır, Onların

varlığındandır və kainatı da Onlar xəlq ediblər.

Bundan sonra, bütün köhnə yanlış fikirlərinizi kənara atın,

ürəklərinizi təzələyin və  ən yaxşı nə varsa onu seçin, çünki İsa

peyğəmbər dünyaya günahkarları xilas etmək üçün gəlmişdir. Gəlin

və Ona tövbə ilə müraciət edin. Günəşə və Aya sitayiş etməyin,

Günəşi və Ayı, dənizləri və yeri və onlarda nə varsa xaliq edən

Allaha sitayiş edin. Çünki Günəşə və Aya sitayiş edənlərin payına

yalnız sönməyən atəş düşür. Sulara qurban gətirənlər daş kimi suyun

dibində boğulacaqlar. Yarpaqlı ağaclara sitayiş edənlər və onlara

nəzir verənlər haqqında İncildə belə sözlər deyilib: “ Çöldə olan hər

1

 İncil. Süleymanın ibrətli sözləri kitabı, III, 32.



2

 İncil. İyeremiyanın kitabı, X, 11.




264

ağac od tutub yanacaq, qanunpozanları udacaq və sönməyəcək”.

1

O ki qaldı o kəslərə ki, onlar sinələrində ilan təsvirli qızıl və



gümüş bəzəklər gəzdirir, onların barəsində  İncildə deyilir:” Onlar

Allahın qəzəbli günündə nə onların qızılı, nə də gümüşləri xilas edə

biləcəkdir”.

2

Və günahkarlar üstündən əzabların ağır yükünü və əbədi odun



atəşini yalnız Allah Özü götürə bilər, çünki bunlar bütpərəstlər kimi

mürtəddirlər.

Bütün bunları və bəlkə də bundan artığını böyük yepiskop

İsrail söyləyirdi.



QIRX İKİNCİ FƏSİL

Yepiskop İsrailin vasitəçiliyi ilə Hunlar İsaya inam

gətirirlər. Bütxanalar dağılıb İsa xaçı ucaldılır

 Allah adamının sözləriylə ruhlanmış xeyirxah və yüksək

taxtsahibi olan  knyaz Alp İlutuer, onun əyanları və saysəz – hesabsız

döyüşçüləri yepiskopun fəsahətli nəsihətini və təmtəraqlı sözlərini

dinləyib, Allaha şükür edib dedilər: “İndi biz həqiqətən inanırıq ki,

İsrailin vasitəsiylə Allah – təala bizə öz xeyirli təskinliyini göndərib

ki, bizi düşünülməmiş işlərdən və müxtəlif şeytan əməllərindən xilas

1

 Yenə orada. İyeremiyanın kitabı, VIII, 20.



2

İncil. Xuruc, XX, 23.




265

etsin”.


Bundan sonra onlar İsa əsarətinə itaətkarlıqla tabe olaraq,

qırxgünlük pəhriz vaxtında təvazökarlıqla pəhriz saxlayıb gecə -

gündüz səylə ibadət etdilər. Onlardan hər biri yepiskopun

məsləhətiylə öz qonşusu ilə müqəddəs kilsəyə ibadətə getməkdə və

əvvəlki acgözlüyü unutmaqda yarışırdı. Xeyirxah knyaz öz yaxın

məsləhətçiləri ilə birlikdə boyunlarını götürdülər ki, hər il həftəlik

pəhriz saxlasınlar. O,özü dindar olduğu üçün bir anda Allah

vəsiyyətinə  əməl edərək zülmət övladlarını təqib etdi. İsanın nurlu

elminə inanaraq o, gündən – günə Onun məhəbbətilə bəzənir,

müqəddəs Dinin istəkli sığınacağına çevrilirdi. Əsli ölənlərdən olan

bu adam Allah mərhəmətinin övladı oldu və həyat bəxş edənə

yaxınlaşdı. Qüvvə və hünəriylə fərqlənən bu adam yarışlarda şöhrət

qazanır və Yunan olimpiadalarının qalibi kimi öz qüvvəsiylə

başqalarından fərqlənib, Türküstanda xəzərlər xaqanının yanında

şücaətlər göstərib özünə parlaq ad qazanmışdı. O, xaqanın

məhəbbətini qazandı və o da öz qızını ona verir. Bundan başqa o, il –

ituer mənsəbinə

230


 layiq olur və yepiskopun nurlu təlimini şöhrət

çələngi kimi qəbul etdiyinə görə üç ölkədə məşhurlaşdı. O, ölənlərin

üstündə ağılsız ah – zarları və bıçaqlaşmanı tədricən aradan

götürməyə çalışır və öz ata – baba dinini murdar və natəmiz hesab

edərək and içdi ki, Aspandiatın və başqa saxta ilahilərə həsr olunmuş

bütxanaları dağıdacaq. O, əmr etdi ki, yalnız yer və göylərin Xaliqi

olan canlı Allaha ibadət etsinlər. O, beynindən şərin rəzalərini kənara



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə