254
buna görə də ona kömək etdi. Xanım öz əsabələri ilə katolikosun
yanına gedib ondan cəsədin bağışlanmasını xahiş etdi. Bu barədə o,
öz əri, erməni sərkərdəsinə də möraciət edib dedi: “ Mənim ölkəmə
və atalarımın evinə də böyük Qriqorun cəsədinin bir hissəsini verin
və vətənimdən gəlmiş yepiskopun xahişini yerinə yetirin ki, onların
diləklərinə əməl olunsun və yepiskop da buradan bəxtəvər getsin”.
Və insansevən Allah hər ikisinin ürəyinə razılıq salıb şəhid
Qriqorun çənəsini İsrailə verdirdi. O da istəkli xəzinəni onlardan alıb
ermənilərlə vidalaşdı və özünü Allaha tapşırıb evinə qayıtdı.
İsrail və yanındakılar bir neçə günlük yolu gedərək öz
vətənlərinə gəlib gətirdiyi əmanəti Baş vəngdə rahatlandırdı
220
QIRXINCI FƏSİL
Knyaz Varaz – Tiridatın yepiskop İsrailin Hunlar
ölkəsinə sülh bağlamaq üçün göndərilməsi haqda öz
əyanları ilə müşavirəsi
Məğrur Məhəmmədin Cənub padşahlığının 62-ci ilində
221
Albaniyanın knyazı Varaz – Tiridat öz qohumları olan əyanlar və
katolikos Yelizarla məsləhətləşib dedi: “Rəhmsiz Ərəbistan xalqının
üzərimizə qoyduğu vergilər bizi sıxır və ağır vəziyyətə salır. Eyni
zamanda, hunların hər il ölkəmizə etdiyi basqınlar da bizim üçün
dəhşətli fəlakətdir. Buna görə də ölkəmiz ikitərəfli düşmən
basqınlarından talan olub taqətdən düşür. Ey mənim qohum və
sevgilərim, gəlin ölkəmizin yepiskoplarından birini seçib hər iki
255
hökmdarın yanına göndərək ki, bizim sakitliyimiz üçün o. Allahın
köməyi ilə onların hər ikisini sülhə və dostluğa dəvət stsin və biz də
onlar tərəfə qorxu və düşmənçıliıklə baxmayaq”.
Bütün knyazlar və əyanlar onunla razılaşıb elə orada müdrik
və təvazökar Böyük Kolmank vilayətinin yepiskopu İsrailin üstündə
durub, ondan xahiş etdilər ki, hunlar ölkəsinə elçi getsin. İsrail öz
ləyaqətli davranışı və müdrikliyi ilə başqalarından fərqlənib təmasda
olduğu adamların əqlini özünə cəlb etməyi bacarır və Allaha itaət
etməkdə heç bir vəsiyyəti pozmurdu. O dərhal uzaq hunlar ölkəsinə
yola düşmək razılığını verdi. Hunlar üçün hədiyyələr hazırladılar və
onun özünü və onu uzaq səfərdə müşaiyət edənləri ərzaqla təmin
edərək Mehekan ayının on səkkizində yola saldılar. Onlar Firuz –
Qubad şəhərindən çıxaraq Kür çayını keçib Albaniyanın sərhədini
aşdılar və səfərin on ikinci günündə Lpink şəhərinə çatdılar. Şəhərin
bütün əhalisi onları qarşılamağa çıxdı. İsrailə isə yepiskopluq
mənsəbinə və xüsusən, Allahın Xaşaçuran bayramının
yaxınlaşmasına görə böyük hörmət və məhəbbət ərz etdilər.
222
Onlar
şəhərdə istirahət edib bayramı keçirdilər və sonra yola düşüb
möhtəşəm dağların ətəklərində olan Çilblər ölkəsinə gəkldilər.
223
Burada, Qafqaz dağlarının ətəklərində, şimaldan əsən soyuq qış
küləkləri tezliklə tufana çevrilib onları üç gün yoldan etdi. Onlar
gözlərini açıb heç yollarını da tapa bilmədilər. Həddindən artıq
yorulmalarına, şeytanların qaldırdığı ulaşma və gurultudan dəhşətə
gəlib əldən düşmələrinə baxmayaraq, onlar daim sayıq qalırdılar.
256
Lakin Allah adamı İsrail bunların heç birindən qorxmayıb Xaçı əlinə
alaraq əmr etdi ki, hamı diz çöküb ibadət etsin. Bundan sonra İsrail
yavaş – yavaş adamları ilə Bərdə Qruak adlanan dağa qalxdı.
Müqəddəs Xaçın qüvvəsi və yepiskopun duaları ilə tufan yatdı və
onlar əzəmətli dağları aşa bildilər. Amma yenə də bir neçə gün nə
günəş göründü, nə də ulduzlar və şiddətli şaxtadan nəfəs almaq
mümkün deyildi. Onlar taqətdən çox əldən düşmüş halda hələ bir çox
gün yollarına davam etdilər və axırda böyük Qriqorinin nəvəsi,
Albaniyanın katolikosu Qriqorisin şəhid çələnginə layiq görüldüyü
qədim çar iqamətgahına
224
çatdılar.
Onlar bir neçə gündən sonra Dərbənd yaxınlığında olan Çola
darvazasına çatdılar və burada şəhər əhli onları böyük hörmətlə
qarşılayıb,sonra da ehtiramlayola saldılar.
Uzun səfərlərini davam edərək axırda 40 günlük Pəhriz
bayramı ərəfəsində
225
gəlib dəbdəbəli Varaçan şəhərinə
226
şatdılar.
227
İsrailin gəlməsini xəbər alan hunların böyük knyazı onun
qabağına təbriklərlə çıxıb böyük sevinclə qəbul edərək, ona
yepiskopluğuna layiq lazımi hörmət və ehtiram göstərir. Qırxgünlük
Pəhriz bayramının xoş günləri gələndə isə şəhər əhli İsraili böyük
məhəbbətlə qarşıladı. Onlar ona çox böyük hörmət göstərdilər və
qayğıkeş hunlar knyazı və onun alicənab əyanları bu cəhətdən
fərqləndilər.
Belə təmtəraqlı qəbulu və dostluq münasibətlərini görən
yepiskop İsanın sözlə deyilə bilməyən mərhəmətilə təşəkkürünü
257
bildirdi.
Uzun və yorucu əziyyətlərdən sonra İsrail bir neçə gün
istirahət edir və bu günlər ərzində o, çoxlu küfr eşidib və bədbəxt ,
lakin mehriban xalqın xurafata meylini görürdü. Çoxlu şər və dinin
ikitirəliyini görən İsrailin ürəyi acıyır, özü də kədərlənirdi, çünki
burada elə adamlar var idi ki, özlərini Allaha sitayiş edənlər
adlandırırdılar, lakin həqiqətdə Allah qüvvəsindən üz çevirib başqa –
başqa şeylər uydururdular.
QIRX BİRİNCİ FƏSİL
Yepiskop İsrail öz təbliğatı və nəsihətilə hunları
xaçpərəst dininə çevirir. Onun möcüzələrini görən
hunlar onu itaətlə dinləyirlər
Şeytanın təhrikilə yolunu azmış və ağaca sitayiş günahına
qərq olmuş bu qəbilə, öz şimal kütbeyin axmaqlığına görə,
uydurulmuş və yalançı inamlarına sadiq olaraq öz murdar bütpərəst
ayinlərini başqa dinlərdən yüksək tuturdular. Əgər gurultuyla
müşayiət edilən və fəzanı yandıran ildırım bir insanı və yaxud bir
heyvanı vururdusa, hesab edirdilər ki, bu, onların Kuar adlı
ihahilərinə qurbandır və buna görə də ona sitayiş edirdilər.
228
Bundan başqa onlar sitayiş etdikləri nəhəng və eybəcər, farsların
Aspandiat adlandırdığı Tanrı- xan allahlarına at kəsib qurban
verirdilər.
229
Heç bir sağlam fikirləri olmadan onlar müxtəlif eyiblərə
düşürlər. Meyitlər üstündə dumbul və zurna çalır, bıçaq və ya
Dostları ilə paylaş: |