Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə64/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

266

ataraq dünyaya yenicə gəlmiş uşaq kimi üzlü südə həsrət idi. Çox

yerlərdə yeni kilsələr tikdirib Allahın keşişlərinin şöhrətini ucaldırdı.

Yepiskopun əmriylə murdar Aspandiatın adıyla bağlanmış

hündür və bol yarpaqlı palıd ağaclarının ən böyüyünü kəsdilər. Bu

ağaca onlar at qurban kəsir, onun qanını yarpaqlarına çiləyir,

kəlləsini və dərisini də budaqlarına asırdılar.

231


 Bu palıd ağacı bütün

başqa ağacların anası sayılırdı və bu ağaca hunlar ölkəsində çoxları,

o, cümlədəm bu bütü xilaskar, həyatverən və bütün nemətləri

bəxşedən sayan knyazın özü və bütün onun əyanları sitayiş edirdi.

Nəhəng ağacın kəsilməsi barədə yepiskopun əmrini eşidib özlərini

təhqir olunmuş sayan və gələcəkdə məhv oluna biləcəklərini düşünən

cadugərlər, sehrbazlar və kahinlər qara camaatı qabaqlarına salıb

hunlar knyazının və ölkə  əyanlarının yanına gəlib çığır – bağır

saldılar: “ Necə ola bilər ki, siz şüurlu olaraq bizim və ilahilərimizin

düşmənininin dediyinə, yəni bu ağacın kəsilməsinə razılıq

vermisiniz? Nə üçün siz ona qulaq asıb sizin atalarınızın tikdirdikləri

məbədləri və qurbangahları talan edib dağıdırsınız? Çarlar və

knyazlar, bütün bizim xalq bu günə qədər bu məbədlərə hörmət edir,

bunlardan və müqəddəs ağaclardan gözəl sovqat alır, xalqımızın

sayını artırır, onlardan qüvvələnib düşmənlərimiz üzərində qələbələr

çalırdılar. Siz bi yepiskopda nə görmüsünüz ki, onu belə ehtiramla

dinləyirsiniz? Nə üçün siz ona belə ixtiyar verirsiniz ki, o, sizin

ilahilərinizin məbədlərini söküb dağıdır? Məgər siz nəhəng və cəsur

Aspandiata, bu ağaca ibadət edib və qurban verib ondan gözəl



267

hədiyyələr və başqa istədiklərinizi almırdınızmı? O, xəstələri

sağaldır, kasıb və yoxsulları yüksəldir, qızmar quraqlıqda və isti

günlərdə biz onun qüvvəsi vasitəsilə yağışlar arayıb isti, qızmar

günləri sərinlədir, bu yağışlar çölləri və ağacları göyərdir və sizin

kefiniz və qidanız üçün meyvələri şirəylə doldururdu. Məhz bunun

vasitəsiylə biz leysanları kəsdirir, göylərin gurultusunu və

ildırınmlarını sakitləşdirirdik. Bu adamın səhvlərlə dolu sözlərinə və

onun elan etdiyi Allaha siz indi də inanacaqsınız? Özünüz və

cədləriniz ibadət etdiyiniz doğma ilahilərinizi yerə yığmaq və onları

ayaq altında tapdalamaq istəyən adamın əlinə düşməmək üçün

onlardan imtina etməməli və üz döndərməməlisiniz. Onlara ibadət

ediniz, çünki onlar qeyzə gəlib ölkəmizə böyük və amansız zərbələr

endirə bilərlər. Axı pəhləvan qüvvətli Aspandiat üçün tikilən və

qurulan məbəd və qurbangahlar olan yerlərə və ölkəmizin qəyyumu

və xilaskarı olan bu gözəl və qalın yarpaqlı ağaca kim yaxınlaşa və

onlara əl vura bilərdi? Bu ağacın tökülmüş yarpaqlarını və ya

qurumuş budaqlarını öz ehtiyacları üçün yığan nadanlar belə ağac

tərəfindən dəhşətli yaralarla, dəliliklə və hətta ölümlə cəzalanırdılar

və onların evləri və nəsilləri belə yox edilirdi. Heç sizin yepiskop bu

ağaca yaxınlaşa, ona əl vurub gedə bilərmi və bizim ilahilərimizin

məbədlərini sökə bilərmi? Biz bilirik ki, əgər o, inad göstərərək

onlara yaxınlaşsa, o, böyük bəlalara düçar olar və hətta həyatdan

kənar da edilə bilər!”

Bundan sonra hunlar knyazı cadugərlərə, sehrbazlara ,



268

əfsunçulara və məbədlərə, ağaclara xidmət edənlərə belə dedi: “ Biz

bu ərə inanırıq və o, bizim aramızda təbliğ etdiyi Allaha ibadət

edirik. Məbədləri söküb dağıtmaqda və bu ağacı kökündən çıxarıb və

doğrayıb yandırmaqda biz ona maneçilik etməyəcəyik. Əgər siz bu

bütlərin, məbədlərin qurban verdiyiniz ağacların vasitəsilə onu

qorxuda bilib, onu dəhşətli azarlara salaraq öldürmək

imkanındasınızsa, onda biz sizə inanıb əvvəlki kimi məbədlərin

tikilməsini davam etdirəcəyik, bütlərə, timsallara  və ağaclara ibadət

edib, qurban kəsib, onların paylarını ayıracağıq. Yox, əgər siz ona

qarşı durub onu qorxuda bilməsəniz, o da bütlərlə məbədləri

dağıdandan və ağacı qırıb yandırandan sonra nə xəstələnər, nə də

ölər, biz əmin ola bilərik ki, onu bizə göyü, yeri, günəşi, ayı və

ulduzları xaliq edən Allah göndərib və biz bu Allaha inanırıq. Sizi isə

əl- qolunuz bağlı ona təhvil verəcəyəm ki, o, sizi bu ağacla birlikdə

yandırıb məbədlərlə bir yerdə məhv etsin”.

O dəqiqə cadugərlər, sehrbazlar və kahinlər divanəlik cildinə

girib ovsunlamağa və donquldanmağa başladılar, lakin öz yalançı və

bihudə  əməlləriylə heç bir şeyə nail ola bilmədilər. Bu vaxta qədər

lazım gələndə, onlar insanları gözə görünməyən cidarlarla dolaşdırır,

istədiyi adamların canına əcinnələri doldurub onları ağır əziyyətlərə

salırdılar və sonra onlara belə yalanı satırdılar: “ Siz gərək bütlərə və

ağaclara qurban verəsiniz. Siz isə bunu etmirsiniz, buna görə də

bizim böyük ilahilərimizin cəzasına məhkum olunmusunuz. İndi

qurbanlarınızla hədiyyələrinizi götürüb məbədlərlə ağaclara təqdim



269

edin ki, bu xəstəlik və əziyyətlərdən qurtara biləsiniz”.

Əvvəllər onlar nə deyidilərsə, Şeytan əməllərini yerinə

yetirirdi və bu sadə adamların canına vəlvələ salırdı.Onlar bəzən

vəsvəsəli hərəkətləriylə hamının gözü qabağında göylərdə leysan

yağdırır, quraqlıq əmələ gətirirdilər və bununla insanları aldadır,

ölkəni də fəlakətə salırdılar, çünki özləri azıb, tərəddüddə olanları da

azdırırdılar.

Amma  bu  dəfə  onlar  buna  bənzər  heç  bir  şey  törədə

bilmədilər. Onların ovsunlamağı Allah adamını nə qorxuya sala bildi,

nə də məğlub etdi, çünki Müqəddəs Xaçın  köməyilə onların

qüvvələri buxovlandı və caduları da qapalı qaldı.

Bundan sonra müqəddəs qanunları təbliğ edən yepiskop

hunlar knyazına və  əyanlarına belə dedi: “ mən onların boş

sözlərindən zərrə qədər də qorxmadım və dəhşətə də gəlmədim,

çünki başqa kütbeyin adamları öz bütpərəstlik ovsunçuları ilə

qorxutduqları kimi məni qorxuda bilməzlər və onlar Allah simasında

həqiqi həyatdan məhrumdurlar. Mən nə sizin məbədlərinizdən, nə də

görünüşü qabağında dəyişən yüksək ağaclarınızdan qorxmuram.

Buna görə də mən qorxusuz, açıq – açığına, hamının gözü qabağında

İsanın Müqəddəs Xaçına bel bağlayaraq ona biət edəcəyəm. Mən

sizin qəlblərinizi tərəddüdlərdən və ağaclara ibadət etmək səhvindən

azad edəcəyəm, çünki bu ağaclar özləri – özlüyündə nə şəri, nə xeyri

əvəz edə bilməzdilər, nə onlara xidmət edənləri mükafatlandıra, nə

də düşmənləri cəzalandıra bilməzlər. Mən sizin bu lal və kar



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə