Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə60/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

250

yerlərindən gəlmiş cəsur adamları, bayraqları ilə birlikdə silahlı

sərkərdələrini, oxatan və qalxandaşıyan dəstələrini, zirehli və

dəbilqəli atlılarını toplayaraq Cavanşirin qanını almaq niyyətilə

Qafqaz dağları ətəklərində yerləşən vilayətləri və Qəbələ vilayətinin

kəndlərini talan etdi.

214

 O, öz böyük şəxsi dəstəsiylə düzənlikləri



aşaraq Kür çayını keçdi və Uti vilayətinə daxil olaraq buradakı

insanları öz mal – qarasıylə birlikdə  əsarətə apardı. Sonra onlar

qayıtdılar və Lpink yaxınlığında olan düzənlikdə düşərgə saldılar.

Albaniya knyazı  Varaz – Tiridat biləndə ki, ( xəzərlərin)

çoxsaylı orduları hər yanı amansızlıqla dağıdır, talan edir və əhalisini

əsir aparır, o, pərişan olub fikrə getdi. Böyük katolikos Yelizarı

hunlar knyazının yanına göndərdi ki, onun vasitəsilə knyaza öz

həqiqi itaətini və məhəbbətini bildirsin  və desin ki, o, bu məhəbbəti

ona sevimli qardaş olduğu üçün bəsləyir, ona çatdırsın ki, biz,

albanların, Cavanşirin ölümüylə  əlaqəsi yoxdur və bu ağır cinayət

alçaq və mənfur bir adamın əliylə icra olunub.

Albaniya katolikosu bütün bu sözləri hunlar knyazına çatdırıb

əlavə ona bilmədiyi çoxlu ilahi kəlamlar da söylədi və onu Allahın

qəzəbiylə qorxudub və Allahı ona sevdirib özünü sülhə və sarsılmaz

dostluğa təhrik etdi. Beləliklə, Yeliazar hunlar knyazını inandırdı ki,

Varaz – Tiridata kömək etməli və ona tərəfdar olmalıdır. O,

qoşununu yığıb öz ölkəsinə qayıtdı.



251

OTUZ SƏKKİZİNCİ FƏSİL

Varaz – Tiridatın hakimiyyəti. Onun müxtəlif

ölkələrdən  mənsəb və mükafatlar alması. Böyük

Kolmank yepiskopu Davudun vəfatı, onun yerini İsrail

tutur və özü də mehriban keşiş olur

  Bu vaxtdan mömin knyaz Varaz – Tiridatın nüfuzu gündən –

günə etibarlı oldu. O, ərəblərin qüdrətli və əzəmətli hökmdarlarından

ən yüksək rütbələrə layiq görülüb, onun tərəfindən Şərq diyarlarının

canişi, bütün Albaniyanın və Uti vilayətinin hökmdarı hüququnu

almışdır.  Varaz  –  Tiridat  hamıya  qalib  gəlib  və  hamını  özünə  tabe

edib, ona tabe olan torpaqları həvəslə və əzmlə idarə edirdi.

Bu vaxt Böyük Kolmanın müqəddəs yepiskopu Davud vəfat

edib öz cədləri ilə birləşdi. Öz həyatını xeyrə həsr etdiyinə görə o,

xalq arasında “ Xeyirxah” adı ilə tanınırdı, indi də yüksək səmalarda

məlaikələr məclislərində özünə layiq yeri tutdu.  Onun idarə etdiyi

kilsə dairəsi rəhbərsiz qaldığı və bütün kilsə dərin hüzndə olduğu

üçün Albaniyanın mömin knyazı öz sərkərdələri, Albaniya

katolikosu və bütün yepiskop və  əyanlarla məsləhətləşdi ki, tezliklə

ilahi mərasim keçirilsin. O dedi: “ Gəlin Böyük Kolmank vilayətinin

kilsə dairəsinə rəhnərliyə Allah bəndəsi, səxavətli İsraili seçək ki,

oranın dindarlarını Allahın izniylə bir müdrik müəllim kimi

savadlandırsın”.

İsrail əvvəlcə bu vəzifəni tutmağa razılıq vermirdi, lakin



252

knyazın əmrini alandan sonra, havarinin “ Əgər kimsə yepiskop

olmaq istəyirsə o, yaxşı işlər görmək istəyir”

1

 –  sözlərini  və



cavanlığında  Vaqarşapat şəhər kilsəsində gördüyü röyanı yadına

salaraq daha müqavimət göstərməyib ucadan dedi: “ Qoy Allah

buyuran olsun!”

Bundan sonra Varaz – Tiridat onun yanına təcili ağsaqqal

əyanlardan bir neçəsini göndərir ki, onlar İsraili paytaxta gətirsinlər.

Onlar İsraili Arsax vilayətinin Baş ( Qlxoy) vəngində tapdılar. Elə

orada keşişlər məclisi toplandı. Keşişlər buradan əllərində lazımi

etimadnamə ilə Albaniya hökmdarı və katolikosu yanına gəlib İsraili

rahib paltarında təqdim etdilər. Hökmdar və katolikos etimadnaməni

götürüb onlara öz razılıqlarını verdilər və həmin etimadnamə

sərkərdə və əyanlar tərəfindən də təsdiq edildi.

Katolikos, İsrailə lazımi hörmətlər göstərib onu Böyük

Kolmank vilayətinə yepiskop təyin edir və bu haqda ona verilən

fərmanla İsrail öz əsabələri ilə vilayətinə yola düşür. Yepiskop

qalacağı yer olan Taqcan kilsəsinə gəlir və burada onu keşişlər,

kəndxudalar və bütün dindarlar ehtişamla qarşıladılar. O, xaçı  əlinə

alıb Allaha şükür edir və bərəkətlər duasını oxuyur. O, öz

davranışında çox mülayim və həyatında çox toxtaq idi. Ona tabe olan

vilayət kilsələrini yoxlayaraq o, bütün dindarlar Allah buyruqlarına

əməl etməyi vəsiyyət edirdi və işlərdə özü hamıya bir nümunə idi.

1

 İncil. Əhdi – Cədid. Pavelin Timofeyə Birinci risaləsi, III, 1.




253

OTUZ DOQQUZUNCU FƏSİL

Böyük  knyaz Varaz – Tiridat yepiskop İsraili

dostluq naminə Ayrarat vilayətinə erməni katolikosu

Sahakın və dindar knyazın yanına göndərir

  Bu vaxt mömin knyaz Varaz – Tiridatın ağlına belə bir fikir

gəldi ki, yepiskop İsraili dostluğu möhkəmləndirmək məqsədilə

Ayrarat vilayətinə erməni katolikosu Sahakın

215

 və dindar knyazın



216

yanına göndərsin. Ermənilər İsrailə böyük hörmət göstərib qabağına

çıxdılar. Ona Vaqarşapatda istirahət üçün yer ayırdılar.

Bundan bir qədər qabaq Erməniyyənin knyazı və böyük

sərkərdəsi İsa naminə  şəhid olan müqəddəs Qriqorun qaxımış

cəsədini və sümüklərini Dərənəli vilayətini Tordən adlanan yerindən

Ayrarat vilayətinin Vaqarşapatşəhərinə gətirib, onları bu münasibətlə

böyük Nerses

217

 tərəfindən tikilmiş kilsənin içində rahatlandırır.



Yepiskop İsrail katolikosun nə sərkərdənin qabağında diz

çöküb xahiş etdi ki, əgər mümkünsə onlar onun ürək arzularını yerinə

yetirsinlər. O xahiş etdi: “ Müqəddəs Qriqorun cəsədinin bir

hissəciyini mənə versin!” Lakin onlar buna razı olmayıb dedilər: “

Müqəddəs Qriqorun cəsədi heç vaxt heç kimə verilməyib və onun

hansı bir hissəsini sizə verməyə bizim ixtiyarımız da yoxdur”.

 Bu halda İsrail kömək üçün Böyük Erməniyyənin knyaz

xanımı Yelenaya

218

 müraciət etdi. Yelena  özü Albaniyadan



219

 idi və



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə