236
OTUZ ÜÇÜNCÜ FƏSİL
Yepiskopların məktubuna katolikosun və knyazın
cavabı
“ Biz sizin yazdığınız məktubu oxuduq və ona görə hər gün
Öz mərhəmətli əməlləriylə xaliq etdiyi insanlar üçün möcüzələr
yaradan səxavətli Allaha böyük tərif və mədhlər deyirik və sizi, ey
yepiskoplar, Davudu bə İoveli təbrik edirik!
Mən, ləyaqətsiz katolikios Uxtanes və sipəhsalar və knyaz
Cavanşir sizi Allah simasında şadlıqlarda olmağınızı arzulayırıq!
Biz, bizə bəxş olunmuş həyatverən xilasımıza görə daim
Allaha şükür edirik. Onun bizə verdiyi tükənməyən hədiyyələrə görə,
gəlib bizim gözlərimizi açan, bizim aramızda, burada zühur etmiş
müqəddəs Xaça görə şükür edirik. Buna görə də biz yorulmaq
bilməyən dilimizlə rəbbimizi xeyriyyəçimizi, möcüzə gətirəni, bütün
nemətləri bəxş edəni və Müqəddəs Ruhun pak mükafatını bizə verən
İsa peyğəmbəri tərənnüm edirik. Hərçənd biz cismən sizlərdən
uzaqdayıq, ruhca yanınızdayıq və siz indicə əlinizə gələn Müqəddəs
Xaçın önündə bizi yada salın. Yubanmadan siz bu bərəkətlə,
Müqəddəs Xaçla və mömin zahid İsraillə birlikdə bizim hüzurumuza
ehtiyatla gəlin ki, biz də böyük kilsə məclisinin üzvləri ilə birlikdə bu
töfhəyə səcdə edək. Allahın adı ilə salamat qalın!”
Yepiskoplar Şərqin sipəhsaları Cavanşirin və müqəddəs
237
katolikos Uxtanesin məktubunu oxuyan kimi, elə o an əldə etdikləri
xəzinəni götürüb zahid İsraillə birlikdə Şərqin böyük knyazı
Cavanşirin, katolikos Uxtanesin və bütün əyanların olduğu böyük
Firuz – Qubad şəhərinə gəldilər. Onlar nursaçan bərəkəti qəbul
edərək bütün ellə birlikdə təntənəylə meydanda ona səcdə etdilər.
Cavanşir müqəddəs Xaça hədiyyələr gətirib katolikos və bütün
camaatla birlikdə zahid İsraili tərənnüm etdi. Bundan sonra Cavanşir
əmr etdi ki, İsraili işıqsaçan müqəddəs Xaçla onun olduğu yerə -
Böyük Kolmank vilayətinin şimal hissəsinin dağlıq yerində olan
Qlxoy vəngə aparsınlar. Və bu müqəddəs ərlə vidalaşıb hamı
sevinclə öz evinə qayıtdı.
OTUZ DÖRDÜNCÜ FƏSİL
Alban zadəganları nəsilləri murdar edən nigahlar
bağlayır. Buna görə onları lənətləyirlər
O zamanlar Albaniyanın zadəganları yaxın qohumlar arasında
qanunsuz nigahlara yol verib, özlərini murdar etdilər. Bunların
arasından birinci çar nəslindən olan Koqtun hakimi idi, sonra
Arşaqaşen vilayətindən üç ailə - Dastakertdən, Cinşımdan və
Mamşelundan, sonra Kürün o tayındakı həcəri ailəsi, sonra Uti
vilayətində laknar (eşikağası) adını daşıyan Varaz – Firuzun ailəsi,
sonra Arajakanda yaşayan kilsədə keşiş paltarını saxlayan Varajan və
Tuyerakın ailəsi.
Mömin katolikos Uxtanes onları qanunsuz nikahlarına görə
238
lənətləyib bu nikahları pozurdu. Lakin bunların hamısı öz şərlərindən
əl çəkmədikləri üçün məhv edilib yer üzündən yeksan oldular.
Bundan sonra müqəddəs katolikos Allah civarına köçdü və
onun taxtında Şəkinin keçmiş yepiskopu, Uxtanesin matəminə dəvət
olunmuş xeyirxah və nəcib Yeliazar seçildi. Səhər ibadətindən sonra
yepiskoplar katolikosluğa Firuz – Qubadın yepiskopu olan bir rahibi
seçmək istədilər. Elə bu vaxt Şeytan onu yerə yıxdı və o, hamının
yanında rüsvay oldu. Bundan sonra yepiskoplar püşk atdılar və
vaxtında Matfey kimi
197
səxavətli Yeliazar həmin yığıncaqda
katolikos rütbəsinə layiq görüldü. Həmin vaxt dünyəvi hakimiyyət
Allahın izniylə bu fani dünyada xoşbəxt Cavanşirin əlində idi.
198
OTUZ BEŞİNCİ FƏSİL
Böyük knyaz Cavanşirin faciəli ölümü
Bu vaxt
199
böyük knyaz Cavanşirin dağ mahalında gedib ilin
bayram günlərini şadlıqlarda və mahir xalq mahnıları ustalarının
arasında keçirmək istəyirdi. Şöhrət qazanmış, sevimli, qəddi –
qamətli sərkərdə olan, öz zəkası ilə hamını hökmranlığa tabe etmiş
və xoşbəxtlikdən bütün yer üzünün səadəti ilə yüklənmiş Cavanşir öz
rəşadəti və qabiliyyəti ilə başqalarından üstün idi. Lakin bu şöhrətli
və hamının istəklisi olan ər qüsurlar tələsinə düşərək Allahın
ehkamlarını atdı və vurnuxan, bihudə bir adama döndü. Onun bütün
239
şan – şöhrəti hörümçək toruna döndü
1
və əcaib cah – cəlal tezliklə
yox olub getdi.
Yayın qızmar günlərində
200
bizim məşhur sərkərdəmiz öz
əyanları və şəxsi qoruqçuları ilə yüksək dağlar ətəyinə qalxıb orada
gül – çiçəklə dolu çəmənliklərlə gəzib, onların sükütündan zövq alıb
günlərini kefdə və firavanlıqda keçirirdi. Yayın ortasının qızmar
günləri keçib Xaçqaldırma bayramı gələndə
201
o, dağlardan enib Uti
vilayətinin Bərdə şəhərinə gəldi ki, orada özü tikdirdiyi kilsəyə gedib
Allaha ibadət etsin və onun adına qurbanlar versin.
Şanlı Cavanşir orada zövqlə istirahət etdiyi vaxt adı
bilinməyən bir namussuz, şərli və murdar adam Cavanşirin ona qarşı
olan məhəbbətini, hədsiz ehtiramını və atasının evinə göstərdiyi
qayğını unudaraq, Cavanşiri öldürmək fikrinə düşdü və onun bir para
dostlarını cəlb edərək onları özünə cinayət yoldaşı etdi. O, bu
acınacaqlı iş haqqında düşünərək Cavanşiri zinaya təhrik edir və
işvəli sözlərlə onu murdar kefə çağırırdı.
Artıq gecənin yarısı keçmişdi və Cavanşirin keşiyini çəkən
silahlı gözətçiləri rahatlanıb yuxuladılar. O, güllüklər arasında olan
cığıra çıxdı. Zirehsiz olub, belində təkcə qılıncı var idi. Elə bu vaxt
kənardan qabağına sanki onun silahdarı imiş, əlində knyazın əsası,
belində polad qılıncı və qalxanlı şər ürəkli xain Varazo çıxdı. Bundan
əlavə bu insafsız caninin kaftanı altında zirehi də var idi.
Onlar bağın ortasını keçib geniş çar həyətini əhatə edən
1
İncil. İovun kitabı, VIII,14.
Dostları ilə paylaş: |