Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə58/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

240

divara çatanda hər şeydə tədbirli olan qüdrətli Cavanşir qəddar

qatilin niyyətini anladı. Knyaz qəfildən yaraq - əsləhə səsini eşidib

qorxdu və özünü itirdi. O zənn etdi ki, bu, onu  öldürmək üçün

hazırlanmış sui- qəsddir. Buna görə o, görünmədən sakitcə saraya

qayıtmaq istədi. Lakin qılıncını yarıya qədər qınından çıxaran

insafsız qatil buna hazır idi və qılıncını siyirərək dönüb igid knyazın

belinə zərbə endirdi və onu ağır yaraladı. Lakin buna baxmayaraq

qatil asanlıqla onun öhdəsindən gələ bilmədi. Cavanşir şir kimi

nərildəyib öz qılıncını siyirib qatilin üstünə cumdu, amma Allah

tərəfindən verilən qüvvə onu tərk etdi və onu vaxtilə yaxşılıq etdiyi

adamın əlinə saldırdı.

Cavanşir əlində qılıncı birinci dəfə qatilin üstünə atılanda o,

qalxanını qabağa verib qabağında durdu. Knyazın qılıncı qalxana

pərçim oldu və o, qılıncını daha çıxara bilmədi. Qəzəblənən qatil isə

zəhərli ilan və qudurmuş vəhşi heyvan kimi zərbə üstə zərbə endirib

Cavanşirin bədənini doğram – doğram edib öz ağasını yerə sərdi.

Cavanşiri artıq ölmüş və ya ölümcül halda bilib öz ağasının qatili

gizlicə oradan gedib evinə gəldi ki, ondan heç kəs şübhələnməsin.

Guya o, öz evindədir və sakitcə yuxulayır. Bu arada kimsə hadisədən

xəbərdar olub hay – küy qaldırdı və az çəkmədən hadisə yerinə çoxlu

adam gəldi. Caninin yanına əmisi oğlu gəlib ona əhvalatı söyləyib

öldürəni nələr gözləyir deyəndə, cani ata minib tezliklə aradan çıxdı.

Bundan sonra Cavanşirin qardaşı oğlu knyazın şəxsi

gözətçilərindən əlli atlı götürüb qatili təqib etdi. Ona çatmağa



241

ümidləri olmadığı üçün təqib edənlər qisas almaq niyyətiylə

Arcahunik mahalına gəldilər. Qatilin atasının evini talan edərək

yandırandan sonra ağlaya – ağlaya və Cavanşirin halına acıya – acıya

geriyə qayıtdılar.

Cavanşir isə hələ nəfəs alırdı və bir neçə gün yaşadı da. O,

oğullarını çağıraraq hər birinin xəzinə payını və rütbələrini təyin etdi,

hər birinə malikanə ayırdı və ağır yaralardan taqətdən düşüb vəfat

etdi.

202


 O vaxt bizim Albaniyada böyük qarışıqlıqlar baş verdi, saray

qabağına əyanlar və silahlı adamlar yığışdı. Bütün ölkə dərd və

qəmdə olub, Cavanşirin yasını tuturdu. Görün, nə böyük dərdə saldı

bizi qatil, ölkəmizə necə ağır zərbə endirdi!

Elə bu vaxt bədii üslubu bilən, bilikli, şeir sənətində mahir və

məşhur təfsirçi Dəvdək adlı bəlağət ustası ayağa qalxdı. O,

məharətlə, təmtəraqla və mahir katib kimi yazaraq Cavanşiri tərif

etdi. Bir neçə vaxtdır ki, o saraya gəlib uzun müddət burada

yaşadı.

203


 Böyük sipəhsalar Cavanşirin gözlənilməz qətl xəbəri bizim

Şərq ölkəmizə yayılan kimi o, xeyirxah hökmdarımız haqqında

akroşer üslubunda ağını yaratdı.

204


OTUZ ALTINCI FƏSİL

Böyük hökmdar Cavanşirin ölümünə ağı

205

Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,




242

Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı

Elə nəğmə- ağı qoş ki, bu əvəzsiz itki üçün

Gözümüzdən gecə - gündüz axsın odlu göz yaşları.

Bu Gündoğan ölkəmizi tutan kədər çox böyükdür,

Yer üzünü hərtərəfli hıçqırıqlar bürümüşdür.

Fəryadıma qulaq assın bütün ellər, qəbilələr

Mənimlə bir bütün bəşər qoy ağlasın hönkür – hönkür.

Təməlindən qopub getdi əzəmətli canlı qaya,

Parçalandı bizi qucan, hifz eləyən yüksək divar.

Qüllələri göyə çatan bir imarət yıxıldı, ah,

Sındırılıb məhv edildi möhkəm qala, hündür hasar.

Dincliyimiz yoxa çıxdı, qara gəldi ağ günümüz,

Üstümüzə hücum çəkdi basqınçılar sürü – sürü.

Heyrətamiz bir dövləti xarabaya çevirdilər.

Möcüzəli səltənətin al şəfəqi söndürüldü.

Bizim yurda gələn bəla yəqin həmin bəladır ki,

İsayya da qorxudaraq bildirmişdi bir zamanlar

206

Bayramımız yasa döndü, kölgə düşdü qızıl xaça



207

Şadlığımız göz yaşında batıb getdi, ey insanlar!

Geri dönməz itki üçün qazdılar bir dərin məzar,



243

Şərafətli hökmdarı ora qoyub basdırsınlar.

Basdırsınlar fitnə - fəsad izlərini, cinayəti,

Arifləri azdırmaqçın çox əlləşdi o azğınlar.

Aslan kimi qüdrətliydi o öz Aslan yatağında,

Düşmənləri zağ- zağ əsər, qarşısında donardılar.

Qüdrətinə baş əyərdi həm qorxudan, həm sevgidən,

Bütün elat başçıları, bütün müdrik ağsaqqallar.

Uzaq – uzaq ellərəcən yayılmışdı şan –şöhrəti,.

Yer üzünün o tayına çatmış idi adı, sanı,

Bütün cahan vəsf edirdi onun sonsuz qüdrətini,

Qaranlığa işıq salan, uzaq görən zəkasını.

Rum qeysəri, bir də Cənub hökmdarı

208


 tələsirdi.

Can atırdı görmək üçün bizim böyük hökmdarı.

Şərafətlə, ləyaqətlə, ən bahalı zər – zinətlə

Qarşılardı, salamlardı onlar bizim bayraqdarı.

Bizi qəfil yaxaladı bu cinayət, bu qan – qada,

Maymaq kimi azmağımız bizə baha başa gəldi.

Əfəlləşdik, ölgünləşdik, qəzəbləndi ulu Xaliq,

Böyük məşhur  bir dövləti uf demədən məhv elədi.




244

Hökmdarı sədaqətlə hifz eləyən sadiqləri

Elə bil ki, küsüb ondan, üz döndərib, gözdən itdi.

Bu uğursuz, bu qanlı gün uzaqlaşdı Ulu Tanrı,

Hiyləgərlər caynağında onu yalnız qoyub getdi.

Öz satqınlıq kamanını çəkib dartdı çuğul düşmən,

Məkri hiylə qılıncını itilədi parıl – parıl.

Sənin parlaq günəşini döndərdilər başqa yola,

Kimlər? Moavların

1

 alçaq rəzilbalaları.



Aldatdılar, apardılar tənha, gizli bir guşəyə,

Açdılar tunc sinəsində neçə - neçə dərin yara.

Gecə gizli öldürülən mobidlər tək qətl olundu,

Görün kimlər qaldırdı əl əzəmətli bahadıra!

Atasından xəbərsiz bic... zatıqırıq, alçaq, iyrənc,

Dizin – dizin sürünsün qoy, həsrət qalsın xoş bir özə.

Qarğışlara, nifrətlərə, lənətlərə bürünərək

Veyillənsin qoy dünyada Qabil kimi əsə - əsə.

Qaçmağa yol, öz tapmasın, cığırlar da tutulsun qoy

Başı üstə vəhşi quşlar şappıldatsın qanadını.

Dərələrin qarğaları cəmdəyinə daraşsın qoy,

1

Bax: İncil. Musanın dördüncü kitabı, Əqram, XXII- XXVII fəsillər.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə