Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə70/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

291

 “Dünya fatehi əmirəlmöminin Abdulla Əbdülməlikə erməni

katolikosu İlyadan.

Hakimi – mütləq Allahın hökmü ilə bizim ölkə itaətlə sizin

hakimiyyətininizə tabedir. Biz və Albanlar vahid İsa dininə etiqad

edirik. Bərdə taxtında oturan indiki Albaniya katolikosu Bizans

imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və

ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun.

İndi qoy bu sizə məlum olsun ki, bu məsələni diqqətinizdən

kənar etməyiniz, çünki bu bədəfkarlıqda onun bir əyan kimi qadın

həmfikiri də vardır. Böyük hökmdar, siz öz hökmünüzlə  əmr

buyurun ki, onlar Allaha qarşı işlədikləri günahlarına görə müstəhəqq

olduqları cəzaya çatsınlar”.

DÖRDÜNCÜ FƏSİL

Əmirəlmöminin  Əbdülməlikin erməni katolikosu

İlyanın məktubuna cavabı



292

Ey Allah xadimi, ermənilərin katolikosu İlya! Sənin səmimi

məktubunu oxudum və sənin yanına öz sədaqətli nökərimi böyük

qoşunla birlikdə göndərirəm. Əmr etdik ki, bizim hökmranlığımıza

qarşı qiyam edən albanlar arasında sizin dininizə uyğun dəyişiklik

edilsin. Bizim hökmümüzü nökərimiz Bərdədə, sənin gözünün

qabağında icra edəcəkdir. O, Nersesi və bədəfkarlıqda onunla

həmfikir olan qadını zəncirləyib sarayıma gətirəcək və onlar elə

mühakimə ediləcəklər ki, bütün qiyamçılara nümunə olsun”.

BEŞİNCİ FƏSİL

Erməni katolikosu İlyanın Bərdəyə gəlməsi və

Nersesin cəzalandırılması. Albaniya kilsə qurultayı.

Onun yerinə baş dyakon Simeonu seçir

 Erməni katolikosu yola düşüb Albaniyanın paytaxtı böyük

Bərdə şəhərinə gəlir. O, baş kilsədə oturub əmr etdi ki, Nersesi onun

yanına gətirsinlər. Lakin Nerses gizləndiyi üçün onu tapa bilmirdilər.

Belə vəziyyətdə Albaniyanın mömin knyazı  Şero onun yaxın

məsləkdaşlarını tutub onlardan tələb etdi ki,  Nersesi onun hüzuruna

gətirsinlər. Bu murdarı geniş məhkəməyə gətirib İlyanın qabağında

dayandırdılar. Özünə bəraət qazandıra bilmədiyi üçün onu ağır

işgəncələrə saldılar. Bundan sonra onu Sparama ilə ayaq – ayağa

zəncirləyib uzaq qərib ölkəyə göndərməyə hazırladılar. Lakin o,




293

səkkiz gün heç bir şey yemədiyi üçün vəfat etdi. Ölüm ərəfəsində o

xahiş etdi ki, onu zəncirli basdırsınlar. O, özüylə məlikə Sparamanın

bədbəxtliyinin  səbəbkarı olan knyaz Şeronu lənətləndirdi, çünki

hesab edirdi ki, bütün bunlar Şero ilə Sparamanın arasında

hakimiyyət uğrunda əmələ gəlmiş mübarizənin nəticəsidir.

8

Nerses katolikos kürsüsünü paklıqda on dörd il yarım tutmuş,



mürtəd kimi də üç il yarım katolikos olub və bu vaxt o, son anlarda

gələn şeytana bənzəyirdi.

Bütün bu işlər düzələndən sonra həmən kilsə qurultayında

katolikosluğa xeyirxah və müqəddəs bir ər olan Simeon seçilmişdi.

O. ölkəni Nersesin törətdiyi iğtişaşlardan qurtarıb azmış kilsəyə

həqiqi dinə aid çoxlu qaydalar vəsiyyət etdi. O, bədbəxt Nersesin

bütün küfrlə dolu əsərlərini sandıqlara qoyub öz yay iqamətgahı

Bərdəkür yaxınlığında Tərtər çayına atdırdı.

Simeon katolikos kürsüsünü il yarım tutmuşdu.

9

ALTINCI FƏSİL



Alban və erməni kilsələrinin birliyi və möhkəm

ittifaqı naminə erməni katolikosu İlyanın Alban kilsə

qurultayının iştirakçılarından tələb etdiyi imzalar

 “Səxavətdən zəhləsi gedən və insan nəslinin xilas

olunmasının düşməni olan İblis, çoxlu və istədiyi şeylərdə sadəlövh



294

adamları öz tələsinə salaraq kilsə övladları ilə mübarizədə və seçkin

adamların azdırılmasında bütün qərəzli niyyətlərini öz anadangəlmə

təbiətinə uyğun yerinə yetirir və bu barədə havari belə deyib:”

Düşmənimiz iblis nərə çəkən şir kimi gəzib, udmaq üçün adam

axtarır”.

1

 Allaha üsyan edənin şəri bizi əzəldən həyat ağacından və



Cənnətin xoş zövqündən uzaq salıb, çünki əvvəldən günaha batan

İblis indi də axmaq, iradəsiz, sadəlövh və zəmanənin təsiri altında

beyinlərinə pozğunluq xalı düşən adamları yoldan edir ki, onların

üzərində İsa şöhrətinin nuru heç vaxt parıldamasın.

İblisin amansızcasına aldatdığı və azıb bütlərə ibadət etdirdiyi

insanları itirdiyi üçün indi həmən şeyi ağılsız adamların əliylə edib

Allah kilsəsini yeni moizələr və natəmiz vasitələrlə parçalayıb

əmanətlə birlikdə faizini də almaq istəyir.

Elə buna görə  Müqəddəs Ruhun iltifatı sayəsində

Albaniyanın dini rəhbərliyinə seçilmiş, sonralar hiylə yolu ilə mürtəd

olub canlarımızı yoldan çıxaran təkəbbürlü Nersesin fəaliyyəti

nəticəsində Nestorun və Maksimin şərli küfrünün acı kökü meydana

gəldi. O, öz dəyərsiz əlləriylə havarilərin risalələrini təbliğ edən və

onları öz təmiz əlləriylə kilsələrimizdə təsdiq edən atalarımızın

xilasedici vəsiyyətlərini dağıdıb xaçpərəst dininin qeyrətli

yepiskoplarını qovdururdu. Bəziləri barəsində böhtan yayıb başqa

ölkələrə qaçırır, bəzilərini isə dərdə salıb, qan uddururdu, gözəl

1

İncil. Havari Pyotrun Birinci risaləsi, V, 8.




295

yepiskopluqları xarabaya çevirib tərki – dünya zahidlərin yaşayışını

pozdururdu. Beləliklə o, İsanın müqəddəs cisminin pərəstişkarlarını

pərən – pərən saldı.Onun hiyləsi ilə bütün Sihyon oğulları karıxıb

aldanmışlat. İyeremiya oxşamasında deyildiyi kimi: “ Könlümüzün

sevinci sona yetdi, elliklə oxuduğumuz mahnılar şikayətlərə döndü”,

1

müqəddəsliyimizin məbədi murdar edildi.



Lakin gəlin indi Xilaskar Allahı tərənnüm və Ona şükür edək

ki, o, insanlar düşməninə tamamilə müvafiq olmasına mane oldu və

zəifliyimizi görərək mərhəmətlə oldu və xalqımıza yazığı gələrək

səni, ey ermənilərin katolikosu müqəddəs Qriqorun kürsüsündə

əyləşən İlya və səninlə birlikdə Xorxorunik yepiskopu Simeonu,

Amatunik yepiskopu Sarkisi, Rotok yepiskopu Sarkisi və keşiş

Yovhanesi bizə göndərdi. Sən öz məsləkdaşlarınla bizim paytaxtımız

Bərdəyə gəlib aramızda olan şəri xaric etdin. Ata – babalarımızın

ənənələrinə uyğun olaraq, siz bizim katolikosluq taxtımıza müqəddəs

ərin sayəsində yeni həyat verdiniz və biz hamımız bunun şahidiyik.

Buna görə də biz hamımız – Albaniyananın katolikosu Simeon,

Qəbələnin yepiskopu Yovhan, Hoşun yepiskopu Simeon, Amarasın

yepiskopu Sahaq. Nersmehr vənginin özlərini küfrdən saxlayan

zahidləri ilə birlikdə təsərrüfat müdiri Kşik, Givt vənginin keşişi,

Katar vənginin keşişi, müqəddəs Yusif vənginin keşişi, Kalankatuk

vənginin rahibi Davud, Tuqrakert vənginin rahibi Pyotr,Alakob

vənginin rahibi Poğos və həmçinin İsasevən Albaniyanın knyazı

1

 İncil. İyeremiyanın oxşaması, V, 15.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə