Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə77/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

321

iqamətgahlarını Suriyanın Diməşq şəhərində saldıqları kimi, buraya

da, Albaniyanın Bərdə  şəhərinə onlar öz hakimlərinin valisini təyin

etdilər ki, o, ölkəmizin şirəsini sovurub aparsın.

Bu valilərdən birisi Diməşqdən Bərdəyə gəlir və  əldən

düşmüş ermənilər onun yanına öz katolikosları  İsayla birlikdə onun

yepiskoplarını göndərirlər.

52

 Yuxarıda haqqında yazdığımız kimi



Allahın qəzəbinə düçar olan xatun Vardanuhi

53

 onun gəlməyini



eşidib İsayanın yanına gedib xahiş etdi ki, onun çəkdiyi ağır

əzablarına rəhmi gəlsin, çünki özü Allahın acı piyaləsindən lazımınca

dadmışdır. Erməni katolikosu qadının göz yaşlarına güzəştə gedərək

onun evinə gəlib bütün gecəni dua etdi ki, Allah onu keçmiş

katolikosların lənətlərindən xilas etsin.

Elə o vaxt Albaniyanın katolikosu Solomon

54

 öz yepiskopları



ilə məsləhətləşib qadını sələflərinin lənətlərindən azad etdi  və onun

dərdindən heç bir əlamət qalmadı.

Varazman oğlu Varaz – Tiridata isə Allah ömür bəxş etdi.

Lakin onun oğlu Stepannos vaxtsız öldü

55

, onun qardaşı Varazman



isə azıb Kür çayında boğuldu və onun məzarı Kür oldu. Onun varisi

qardaşı Cavanşirik oldu. Bu haqda danışmaq daha yetər.

Erməni təqvimi ilə 270-ci ilin sonunda

56

  ərəblərin seçmə



döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər.

Min nəfərə qədər əsir alıb Böyük Arranın Şikarkar məntəqəsində

möhkəmləndilər. O vaxt cəsur və əzəmətli arranşah knyaz Səhl ibn

Smbat


57

 igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə




322

hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar,

əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər.

Yenə də həmin ildə dünyanı dağıdan avaranşan ( qarətçi) adı

ilə məşhur olan ərəb  Savada (ibn Əbdülhəmid əl- Cəhhafi)

Erməniyyəyə basqın edərək bütün ölkəni ölkəni qarət etdi, sonrada

Sünikə qayıdıb Sqük vilayətinin Şalat kəndinin yanında olan qalada

möhkəmləndi. Onda Sünik hökmdarı Vasak İrandan Babəki çağırdı

və onunla birlikdə  ərəbləri məğlub edib qaçmağa məcbur etdi.

Sünikin hökmdarı elə həmən il vəfat etdi, Babək isə onu qızı ilə

evləndi.

Həmin ildə Filippin oğlu knyaz Nerseh alban knyazı

Stepannosun oğlu Varaz – Tiridatı öldürdü, onun oğlunu isə anasının

qucağında xəncərlə vurub

58

 bütün şeylərini qarət etdi. Həmin Varaz –



Tiridat Albaniyada nəsildən – nəsilə hökmdarlıq edən Mehranilər

sülaləsindən idi. O, Albaniyanın birinci knyazı Varaz – Qriqordan

sonra səkkizinci hökmran idi.

Bundan sonra Baqk vilayəti

59

 kafir Babəkin əleyhinə üsyan



etdi.  O  isə  İrandan  gəlib  ölkəni  zəbt  və talan  etdi.  Baqkın  qadın  və

uşaqlarını qılıncdan keçirtdi.

Sonrakı ildə Babək Qeqarkunik vilayətinə

60

 gəlib on beş



minədək əhalini qılıncdan keçirib böyük Makenos monastırını

yandırdı. Burada ancaq bir dəyirmandan başqa heç bir şey qalmadı.

Bu zaman erməni təqviminin iki yüz yetmiş altıncı ili idi.

61

İki ildən sonra Babək Məhəmməd ibn Humayd ət Tusini




323

məğlub edib yüz əlli minlik ordusunu qovdurdu.

62

 Sonrakı ildə



Babək İbrahim ibn əl- Leys ibn Fəzli darmadağın etdi.

63

Yenə həmin ildə Davon və Şapuh adlı xainlər dostluq və sülh



bəhanəsiylə gələrək baylakanlıları məğlub edən Babəki çağıran və

Əbüləsəd adlanan Stepannosu öldürdülər. Baylakanlılar Bercor

vilayətinin  və Ureas, Kərnəkəş, Həkkəri və Tapat kəndlərinin

əhalisini qılınc və nizələrdən keçirtmişlər. Amma bunlar yenə də

Babəkin əleyhinə üsyan qaldırdılar və döyüşdə ona müqavimət

göstərdilər. Onlar Qoroz qalasında möhkəmlənərək on iki ay ərzində

yuxarı Vaykunik, Bercor, Sisakan, Haband, Amaras, Bazqank,

Mehank və Tsri vilayətlərini

64

 əllərində saxladılar.



Əbüləsədin yaxınları onun qatillərini yaxalayıb ölənədək

işgəncə verdilər. Əbüləsədin bacısı oğlu Əbu Musa adlanan sülhsevər

İsa həmin vilayətləri ələ keçirtdi və hamısında hökmranlıq etdi.

Həmin ildə Babək İrandan gələrək Arazı keçib Amaras

vilayətində düşərgə saldı. O, sülh danışığı apararaq onları tabe

olmağa çağırdı. Bəziləri vaxt keçirmək üçün zahirən tövbə etdilər,

lakin sonra onu aldadıb yenidən üsyan qaldırdılar. Babək oradan

ölkəsi Atropatenaya qayıtdı. Amarasda isə öz məşhur sərkərdəsi

Rüstəmlə bir ordu qoyub getdi və ona əmr etdi ki, qaladakılarla

müharibə etməyib onları xoşluqla itaətə çağırsın. Rüstəm isə Babəkin

əmrinə  əməl etməyib qaladakılara hücum etdi. Bunu görən qala

döyüşçüləri özlərini İsanın qüvvəsinə tapşırıb əllərinə xaçları və

müqəddəslərin qaxımış cəsədlərini alaraq hücuma keçdilər və ağır



324

döyüşdə İran ordusunu darmadağın etdilər.

Deyirlər  ki,  elə  həmin  vaxt  Amarasın  yepiskopu  olan  Serob

adlı birisi bizanslıların yanına gedib imperatordan müqəddəslərin

cəsədlərindən hissəcik istədi və bu, ona bəxş olundu.

ON YEDDİNCİ FƏSİL

Ərəblərin knyazı Məmun Bizansa yürüş edir.

Lakin məğlubiyyətə uğrayır. Bu və başqa əhvalatlat

haqqında qısa məlumat

  Erməni təqviminin iki yüz səksəninci ili idi ki, ərəb Məmun

bizanslılara hücum etmək qərarına gəlmişdi.

65

  O, yüz gəmi



hazərladaraq, onlara yüz min seçkin döyüşçü mindirib dənizə çıxdı

ki, böyük Konstantinopol şəhərini mühasirəyə alsın. Bundan xəbər

tutan bizanslılar da dənizə çıxıb döyüşçülərini üzbəüz sahilə

endirərək İsa xaçının düşmənlərini mühasirəyə aldılar və cəsarətlə

hücuma keçərək ərəbləri darmadağın etdilər, Məmunun özünü də

öldürdülər.

66

  Bundan sonra bizanslılar yenidən dənizə çıxdılar və



gəmilərdə qalan ərəblərin hamısını qılıncdan keçirib, gəmilərin

özlərini də yandırıb batırdılar. Ərəblərə bu ağır zərbəni yalnız

həyatverici İsa xaçının böyüı qüvvəsinin köməyilə endirmək

mümkün oldu.

 Bu hadisədən üç il sonra ( əl- Həsən ibn Əli) əl – Bəzqisi adlı



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə