Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Doymur gözlərim də heç vaxt yuxumdan
Yuxuda atamı görməyəndə mən! 
                                        
                                       Atamın yanında dəfn edin məni, 
                                      Atasız qalandan darıxmışam mən. 
                                      Kədər ürəyimə dolandan bəri, 
                                      Sevinci əlimdən buraxmışam mən! 
 
İyun, 1992 
 
 
                                        Sənə həkim deyib işləmək olmaz 
 
Mənim əziz atam, mehriban atam, 
Həmişə zəhmətlə dolanan atam, 
Xəstəsən, işləmə, bir dayan, atam 
Sənə həkim deyib işləmək olmaz! 
 
Güclə yeriyirsən, addımlayırsan, 
Xəstə olduğunu özün duyursan. 
Bu halın məni də ağrıdır yaman, 
Sənə həkim deyib işləmək olmaz! 
 
Bəs niyə özünü işə salırsan, 
Yolunu qayaya, daşa salırsan, 
Çiyninə dağ boyda yükü alırsan, 
Sənə həkim  deyib işləmək olmaz! 
 
Get dincəl, uzan yat, qoru özünü, 
Çək dəhrə-yabadan, beldən gözünü, 
Mövlud Teymurun eşid sözünü: 
Sənə həkim deyib işləmək olmaz! 
 
1988 
 
 
                     Atam 
 
Atam bu dünyaya gəlmədi yıxmaq, 
Gəlmədi dağıtmaq əzmində olsun. 
Gəlmədi payızın sərt baxışından 
Çiçəktək saralıb, gül təki solsun! 
 
Atam bu dünyaya gəldi palıdtək, 
Hər vaxt dəyanətli, dözümlü olsun. 


Çiçək təbiətlə, gül xasiyyətlə, 
Gün-gündən ucalsın, o yaşa dolsun! 
 
Atam bu dünyaya gəlmədi bilin, 
İftira atmağa, böhtan yaymağa. 
Gəldi hünəriylə, zəfərləriylə, 
Bir bəzək yaransın elə, oymağa! 
 
Atam bu dünyüya gəldi saf eşqlə, 
Tükənməz həvəslə yarada, qura. 
Atam bu dünyüya gəldi ki dostlar
Qartaltək ən yüksək zirvədə dura!    
 
1972 
 
 
Ay ata gəl öpüm qabar əlindən... 
 
Halal pul qazanmaq oldu  məramın, 
Kimsəyə əl açıb, dilənmədin sən. 
Hünər meydanında geri çəkilib, 
Yoruldum, usandım heç demədin sən! 
 
Çəkdiyin zəhmətlər, gördüyün işlər,  
Hamının qəlbindən, könlündən oldu. 
Baxıb zəfər dolu ömür yoluna, 
Gözlərim sevincdən  yaşardı, doldu! 
 
Sən necə dözümlü, vüqarlısan ki, 
Çıxdın təqaüdə, yenə işlədin. 
Bu yaşda işləmək yaraşmaz sənə, 
Deyənlər çox oldu sənsə “sus” dedin! 
 
Düz əlli ildir ki, beli əlindən, 
Yabanı çiynindən heç salmadın sən. 
Torpağa bağlayıb bütün  ömrünü, 
Dilindən düşmədi bu doğma Vətən! 
 
Odur ki, əsrlər ötüb keçsə də, 
Bu torpaq, bu Vətən unutmaz səni. 
Ay ata, gəl öpüm qabar əlindən
Bilirəm ömrümə bahar, yaz səni! 
 
1982 
 


             Bir dastan idi 
 
Atamı bu mahal, bu kənd tanıyır,  
Bu bərə tanıyır, bu bənd tanıyır. 
Hətta Kürdəmirdən Əhməd tanıyır, 
Atam necə gözəl, sadə kişiydi! 
 
Dəyməzdi qəlbinə yazıq bəndənin, 
Halını sorardı gündə o sənin. 
Mehriban oğluydu ana vətənin, 
Hamıya vəfalı bir insan idi! 
 
Bağçaya baxardı, bağa baxardı, 
Susuz ağaclara su buraxardı. 
Qəlbində əməyə məhəbbət vardı, 
Halal pul qazanmaq əsl işiydi! 
 
Nə söz götürərdi, nə də ki minnət, 
Deyərdi hər yerdə qazanım hörmət. 
Odur ki, qəbrinə deyirlər rəhmət, 
Rəhmətlik dillərdə bir dastan idi! 
 
1992 
 
 
Qırx il yol idarəsində işləyən  
      atamın əziz xatirəsinə 
 
A yollar düzəldən, a yollar çəkən, 
Ömrünü zəhmətə bağlayan, bükən. 
Yaradan, yaşadan, ucaldan, tikən, 
Mən burdayam, sən hardasan de, harda?! 
 
Səsim çatmır, uzaqlarda qalmısan,  
Qaynar səsli bulaqlarda qalmısan. 
Ömrün boyu bu yollarda olmusan 
Mən burdayam, sən hardasan de, harda! 
 
Ağac əkdin, kölgə saldın yolçuya, 
Yelpik oldun, külək oldun yolçuya. 
Bir nişanə səndən qalsın yolçuya,  
Mən burdayam, sən hardasan de, harda?! 
 
Halallıqla vurdun başa ömrünü, 
Qatdın quma, çınqıl-daşa ömrünü. 


Bu yollarla gördük  qoşa ömrünü, 
Mən burdayam, sən hardasan de, harda?! 
 
Mövlud səni tutdu Aya bərabər, 
Oldu sənə o sal qaya bərabər. 
İndi səni arzulayar sərasər, 
Mən burdayam, sən haradasan de, harda?! 
 
1993 
 
            
      O elə yatıb 
            Atama 
 
Boydan balaca, ağıldan uca, 
Atam var idi bir vaxt dünyada. 
Sinə gərərdi çətinliklərə, 
Olardı hər an sərvaxt dünyada! 
 
Nə qar, nə çovğun?... İşə gedirdi, 
İstidə bişə-bişə gedirdi. 
Yollar düzəldib, təmir edirdi, 
Əlində beli hər vaxt dünyada! 
 
Hamı deyirdi, yol işçisiydi, 
Öz işinin çox bilicisiydi. 
İndi o elə yatıb, çal fiti, 
Di hünərin var oyat dünyada! 
 
1994 
 
 
 Unudulmazların xatirəsinə 
             Dünyadan vaxtlı-vaxtsız gedənlərə 
 
Siz mənim qəlbimdə, ürəyimdəsiz, 
Arzumda, kamımda, diləyimdəsiz. 
Gücümdə, əzmimdə, biləyimdəsiz, 
Palıdım, çinarım, şamım, küknarım! 
 
Yağan yağışlarsız, əsən yelləsiz, 
Həlim baxışlarsız, şirin dilləsiz. 
Qucağı dopdolu çiçək, gülləsiz, 
Baharım, gülşənim, barım, nübarım! 
 


Mövlud əziz tutur xatirənizi, 
Öpür, qucaqlayır hər birinizi. 
Unutmayır dünyada heç zaman sizi
“Şikəstə”m, “Segah”ım, kamanım, tarım! 
 
1994 
 
 
 
 
 
  Atam ilə anam düşdü yadıma 
 
Ötənləri,  keçənləri düşündüm, 
Nurlu günü, xoş səhəri düşündüm. 
O dünyaya köçənləri düşündüm, 
Atam ilə anam düşdü yadıma. 
 
Xatirələr çözələndi sinəmdə, 
İstədim ki, danışam da, dinəm də. 
Dilə gəldi yurdum, yuvam, binəm də: 
Atam ilə anam düşdü yadıma. 
 
Söylə nədir ürəyimin dəvası, 
Başqa cürə səslənir də havası. 
Bəlkə, gündə yüz dəfə də ən azı, 
Atam ilə anam düşdü yadıma. 
 
Qəribədir məndə olan bu hallar, 
Bu arzular, bu fikirlər, xəyallar. 
Hər qarlı qış, hər payız-yay, hər bahar 
Atam ilə anam düşdü yadıma. 
 
1993 
 
 
Atam bir nurani, mömin kişiydi 
 
Həmişə deyərdi yadam şeytana
Hər dərdim, hər bəlam, qadam şeytana. 
Lənət yağdırardı  atam şeytana 
Hər səhər, dan yeri yuyunan zaman! 
 
“Allah şərdən, bəddən bizi qorusun”, 
Bu söz dilindəydi, düzü, qorusun. 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə