Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 


 


 


 


 


 


 


 


 


 


 


 


 


Şerini oxuduğum şair  
dostum İslam Sadığa 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 


 


 


 


 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Mövlud Teymur 
Ellərin əzizi 
 
Deyirlər ki, sadəydi 
Mənim İsrafil babam. 
Nə qəlb qırdı, nə əydi, 
Mənim İsrafil babam! 
 
Yaxşıya haycan dedi
Doğruya anam dedi. 
Dünyaya dünyam dedi, 
Mənim İsrafil babam! 
 
Vətən oldu sevgisi, 
Sönmədi bu eşq hissi. 
Oldu ellər əzizi, 
Mənim İsrafil babam! 
 
1970 
 
 
Şair-aşıq kimi tanınıb o da 
                 Babam İsrafil Teymurovun əziz xatirəsinə 
 
Deyirlər İsrafil hündürboy olub, 
Ucalan çinarla boyaboy olub. 
Çox köklü-köməcli əsli-soy olub, 
Oxşayıb xislətdə Dədəm Qorquda! 
 
Saz tutub oxuyub ozanlar kimi
İlahi eşqindən yazanlar kimi. 
Olmayıb o yersiz qızanlar kimi, 
Sirrini, sözünü verməyib yada! 
 
Dosta yaxın olub, yaxınlıq edib, 
Nadanlar bağrını sazıyla didib. 
Bizim Babadağda kamala yetib, 
Adı layiq olub ən təmiz ada! 
 
Ustad aşıq kimi el sevib onu, 
Qəlbinə köçürüb hər xoş duyğunu. 
Anladıb insanlıq nə olduğunu, 
Şair-aşıq kimi tanınıb o da! 
 
1978 


 
Qəhrəman kimi 
 
Əmim Xanməmmədi unutmaq çətin, 
Deyirlər, olubdur çox qoçaq, mətin! 
Çəkib qeyrətini xalqın, millətin 
Pak vicdan kimi! 
 
Sevirdi  məskəni Odlar yurdunu, 
Azad görmək idi arzusu onun. 
Bu eşqlə önündə getdi ordunun 
Bir aslan kimi! 
 
Ölüm yaraşmırdı heç zaman ona, 
Vətənin döyüşkən bu sərt oğluna. 
Verdi öz borcunu Azərbaycana, 
Qəhrəman kimi! 
 
1989 
 
 
          Atam düşür yadıma 
 
Hünərdən söz açanda, 
Atam düşür yadıma. 
Zəfərdən söz açanda, 
Atam düşür yadıma! 
 
Nə yorulmaq bilərdi, 
boş qalmaq bilərdi
Vüqar, dözüm, səbr idi, 
Atam düşür yadıma! 
 
Seli bəndə salardı, 
Sevincdən zövq alardı. 
Xoş xəyala dalardı, 
Atam düşür yadıma! 
 
Arzuları min idi, 
Min arzusu çin idi. 
Vətən, torpaq, el idi, 
Atam düşür yadıma! 
 
1996 
 


               Heyif 
                      Atam Məmmədhəsən İsrafil oğlu  
                      Teymurovun əziz xatirəsinə 
 
Atam çox ağıllı, ağıllı idi 
Sinəsi dopdolu nağıllı idi! 
Söhbəti şipşirin, qənd-ballı idi, 
Heyif, bu dünyadan tez köçdü, getdi! 
 
Halal  zəhmət ilə ömür sürərdi, 
İşdən qorxmaz idi, çəkılməz idi. 
Sarvana, Sərdara bir əvəz idi, 
Heyif, bu dünyadan tez köçdü, getdi! 
 
Yaxşını yamandan tez ayırardı, 
Çıxmazdı yanından yaxşının adı. 
Deyərdi yamanın qırıqdı zatı, 
Heyif, bu dünyadan tez  köçdü getdi! 
 
Bir damla ətrə də qiymət verərdi
Çiçəyin hüsnünə zinət verərdi. 
Torpağın gücünü yaxşı görərdi, 
Heyif, bu dünyadan tez köçdü, getdi! 
 
Halına yanıram gecəbəgündüz, 
Yaşadı pərişan, yaşadı dümdüz. 
Rəhmət oxuyurlar ona birə-yüz, 
Heyif, bu dünyadan tz göçdü, getdi! 
                                
 
                                               1994 
 
             Atamın öyüdü 
 
Mən indi bilmişəm atam kim olub, 
Həyatda bir alim, müəllim olub. 
Hər sözü, öyüdü dərs olub mənə, 
Hər kiçik danlağı bəs olub mənə! 
Duymuşam, anmışam günahlarımı, 
Yellərə vermişəm mən ahlarımı. 
Sevincə qaçmışam, ancaq sevincə, 
Kədəri, qüssəni mən atıb öncə! 
İnsana ağ günlər, xoş günlər verim! 
Yaxşılar içində görünsün yerim! 
Atamın hər sözü dərs olub mənə, 
Hər kiçik öyüdü bəs olub mənə! 
 
2001 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə