Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Atama oxşamaq, istəyirəm mən. 
Atam bir nurani, fağır kişiydi. 
Hər sözü, söhbəti ürək açardı, 
O, dastan kişiydi, nağıl kişiydi! 
 
1993 
 
        Qalır yaddaşımda 
 
Hər səhər oyanıb işə gedərdi, 
bir yol yorulub, nə də bezərdi. 
Zəhmət dənizində, hünər gölündə, 
Mahir üzgüçütək atam üzərdi! 
 
Halal alın təri, alın qırışı, 
Saf, təmiz ömründən xəbər verərdi. 
İsti nəfəsiylə əridib qışı, 
Bahar çəmənindən  çiçək dərərdi! 
 
Qazandığı ruzi, aldığı maaş 
Bir çətən külfətə güclə çatardı. 
Fəqət əyilməzdi, ruhdan düşməzdi, 
Öz alın tərinə inci qatardı! 
 
Arzusu köksündə bir ümman idi: 
Oğlunu, qızını təhsilli görmək! 
Bu böyük həvəslə, coşqun bir eşqlə 
Nə qədər şən idi atam, şux, kövrək! 
 
Şərt idi tənbələ, nadana qarşı 
Qırardı belini çətin işlərin. 
Asan oxunardı baxışından o, 
Ağılda pir idi, kamalda dərin! 
 
Dolanır fikrimdə, gəzir başımda 
Atam bir nurani peyğəmbər kimi. 
Bir axşam həyatdan köçüb getsə də, 
Qalır yaddaşımda al səhər kimi! 
 
1994 
 
 
 
 
 


Yaxşı kişi sanılıbdı 
 
Atam ağır işlər görüb
Yol, iz, cığır işlər görüb. 
Dastan, nağıl işlər görüb, 
Adı-sanı dillərdədir! 
 
O adamın adamıydı, 
Xoş zamanın adamıydı. 
Şərəf-şanın adamıydı, 
Adı-sanı dillərdədir! 
 
Yaxşı kışı sanılıbdı, 
O nə bir yol yanılıbdı. 
Mövlud, hər vaxt anılıbdı, 
Adı-sanı dillərdədir! 
 
2007 
 
 
 
      Atamın  atası 
 
Atamın  atası  özütək  olub, 
                                            O da  boy  sarıdan az gödək  olub. 
Vətən qarşısında, el  nəzərində 
Onları  ucaldan  duz  çörək  olub! 
 
Atamın  atası  özütək  olub, 
Gözləri  qapqara  gözütək  olub. 
Üzdən  bir-birinə  oxşasalarda, 
Onlari  ayıran  bir  ürək  olub! 
 
Bircə  ürəkləri  oxşarsız  olub, 
Ancaq nə  dözümsüz,  vüqarsız  olub! 
Şəhərsiz  yaşayıb   hey  dözürdülər 
Bir  gün  ömrünə  də  dağlarsız  olub!.. 
 
Atamın  atası  mehriban  olub, 
Özü tək  zəhmətkeş,  çalışqan  olub. 
Düzü  pisləyəndə  nadanın  biri, 
Kirbitsiz  özündən  alışan   olub! 
 
Atamın   atası səbirli  olub,  
Ürəyi  kitabtək  sehirli  olub. 


Dəcəl  nəvəsini   kötəkləsə də 
Əli  bərəkətli,   xeyirli  olub! 
 
Atamın  atası  hünərli  olub, 
Diribaş, cəld-çevik,  təpərli  olub. 
Əkdiyi  ağaclar,  saldığı  bağlar, 
Deyirlər  həmişə  bəhrəli  olub! 
 
Atamın  atası özütək  olub, 
O da  boy   sarıdan  az  gödək  olub. 
Vətəni  qarşısında,   el  nəzərində, 
Onları  ucaldan  duz    çörək  olub! 
 
1977 
 
 
             Atam  var  idi 
 
Bir  vaxt  bu  dünyada  atam  var  idi
Qəlbimə,  könlümə  yatan  var  idi. 
Dadıma,  harayıma  çatan  var  idi. 
Elə  bil  arxamdan  bir  dağ  uçubdu! 
 
Bir  vaxt  bu  dünyada  atam  var  idi, 
Bağımda,  bağımda  bəhrə,  bar  idi. 
Mənə  dözüm  idi,  həm  vüqar  idi, 
Elə  bil  arxamdan  bir    dağ   uçubdu! 
 
Bir  vaxt  bu  dünyada    atam  var  idi
Qəlbilə  ən  ülvi,  arzu, kam idi. 
Həmişə mənimlə canhacan idi, 
Elə  bil  arxamdan  bir    dağ   uçubdu! 
 
Bir  vaxt  bu  dünyada  atam  var  idi, 
Əlləri saçımda bir tumar idi. 
Mənə kömək idi, havadar idi, 
Elə  bil  arxamdan  bir    dağ   uçubdu! 
 
Bir  vaxt  bu  dünyada  atam  var  idi, 
Qayğıkeş, mehriban insan var idi. 
Halıma ürəkdən yanan var idi,  
Elə  bil  arxamdan  bir    dağ   uçubdu! 
 
Bir  vaxt  bu  dünyada  atam  var  idi, 
Qəmimi gizləyib udan var idi. 


Övlad sevincini dadan var idi, 
Elə  bil  arxamdan  bir    dağ   uçubdu! 
 
İyun, 1992 
 
 
                    Ay  ata 
 
Mənim əziz atam, mehriban atam, 
Yaşadın kişitək qəhrəman atam. 
İndi yerin olub qəbristan atam,  
Qəbrin nurla dolsun, nurla, ay ata! 
 
Halal zəhmət oldu eşqin, amalın, 
Bizi heyran etdi ağlın,  kamalın. 
Mənə söylədiyin öyüd-nağılın 
Döndü damağımda bala, ay ata! 
 
Oturdun əzəmət kürsüsündə sən, 
Daim ürəyində müqəddəs vətən. 
Haqqa, həqiqətə oldun düz gedən
Dönmədin nə sağa, sola, ay ata! 
 
Bulaqtək  çağladın, çaytək kükrədin, 
Tükənməz haraydın, qıydın, nərəydin. 
Vüqarla yaşamaq yolumdur dedin, 
Bu yoldan qalmadın dala, ay ata! 
 
Mənim əziz atam, mehriban atam, 
Yaşadın kişitək qəhrəman atam. 
İndi yerin olub qəbristan atam, 
Qəbrin nurla dolsun, nurla, ay ata! 
 
1993 
 
 
          Qoşa qəbir 
 
Məzarıstan... Qoşa qəbir... 
İki dözüm, iki səbir, 
Qəm göyərdir, kədər səpir, 
Aman allah, aman allah! 
 
Biri atam, biri anam, 
Biri ərzim, biri dünyam. 


Oyanmırlar, - desəm, - oyan, 
Aman allah, aman allah! 
 
Bu bir qəmli hekayətmi, 
Əfsanəmi, rəvayətmi, 
Faciəmi, müsibətmi?! 
Aman allah, aman allah! 
 
Dözəmmirəm hər baxanda, 
Gözlərimdən yaş axanda 
Huşum itir bu zamanda, 
Aman allah, aman allah! 
 
Kimə deyim bu dərdimi
Kədərimi, möhnətimi. 
Zillətimi, illətimi, 
Aman allah, aman allah! 
 
Qoşa, mərmər qəbirlərin, 
Səbri böyük, sirri dərin... 
Uyuyublar necə şirin, 
Aman allah,aman allah! 
 
1993  
 
 
               Əziz atam 
 
Atamın yanında dəfn edin məni
Atasız qalmaqdan darıxmışam mən. 
Kədər ürəyimə dolandan bəri, 
Sevinci əlimdən buraxmışam mən! 
 
Ah, necə atasız qalandan bəri, 
Ahım göyə çatıb, fəryadım ərşə. 
Atalı olanda bir vaxt, bir zaman, 
Bənzərim var  idi Aya, Günəşə! 
 
Atanın qədrini atasız qalsan, 
Onda başa düşüb, hiss eləyərsən. 
Bax indi burnumun ucu göynəyir, 
Atamı görməyə bircə an,  fövrən! 
 
O gecə olmasın yuxu görməyim, 
O əziz atamdır yuxumda gəzən! 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə