Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

  67 

 

 



Şəkil 1. İyerarxik və şəbəkə modellərinın strukturu. 

 

Verilənlərın  relyasiya  modelləri,  nəzərdən  keçirilən  şəbəkə  və  iyerarxiya  modellərindən  fərqli 



olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi və 

nəlumatlara müraciətin münasibliyi ilə f ərglənir. 

Verilənlərın  relyasiya  modeli  sadə  iki  ölçülü  cədvəllərin  məcmusundan  ibarətdir.  Relyasiya 

modelində bir-biri ilə əlaqədə olan cəddvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni atributlarının 

qiymətlərinin bərabərliyinə görə müəyyən edilir. 

Cədvəl münasibəti relyasiya modellərinin universal obyektidir. Onun sayəsində relyasiya modelini 

saxlayan  müxtəlif  məlumatiar  bazasının  idarəetmə  sistemində  verilənlərın  işlənməsinin  unifikasiyası 

mümkün olur. 

Relyasiya  modelində  cədvəl  verilənlərın  quruluşunun  əsas  növü  hesab  edilir,  Onun  quruluşu 

sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət 

olur.  Cədvəldə  iki  eyni  sətr  ola  bilməz  və  onların  ümumi  sayı  məhdudlaşdırılmır.  Sütun  verilənlərın 

müəyyən bır elementinə uyğun gəlir və o verilənlərın sadə quruluşundan ibarətdir. 

Müəyyən  predmet  sahəsini  əks  etdirən,  bir-biri  ilə  məntiqi  qarşılıqh  əlaqədə  olan, 

normalaşdırılmış munasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər 

bazasının  məntiqi  təşkilinin  təsviri  onun  quruluşunu  müəyyən  etməlidir.  Burada  cədvəlinin  tərkibinin 

müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə tutulur. 

Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun 

yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından 

ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır. 

Verilənlər  bazasının  idarəetmə  sistemləri  xarici  yaddaş  qurgularında  verilənlər  bazasının 

yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların işlənməsini təmin edən universal 

proqram vasitəsidir. 

Verilənlər  bazasını  idarəetmə  sistemi  verilənlər  bazalarından  çoxməqsədli  qaydada  istifadəni, 

verilənlərin  mühafizəsini  və  bərpasını  təmin  edir.  İrikişaf  etmiş  dialoq  vasitələrinin  və  yüksək  səviyyəli 

sorğu  dilinin  mövcud  olması  verilənlər  bazasının  idarəetmə  sistemini  son  istifadəçi  üçün  ən  əlverişli 

vasitəyə çevirir. 

Verilənlər  bazası  verilənlər  bazasını  idarəetmə  sistemi  vasitələrinin  köməyilə  kompüterin  sabit 

yaddaşında  təşkil  edilmiş  verilənlər  yığımıdır.  Verilənlər  bazasının  köməyilə  saxlanan  məlumatiarın 

minimum  təkrarlanmaları  ilə  yanaşı,  məntiqi  əlaqədə  olan  verilənlərın  inteqrasiyası  təmin  edilir. 

Verilənlər  bazası  müəyyən  predmet  sahəsində  informasıya  obyektlərinin  məntiqi  modelini  əks  etdirən 

verilənlərı özündə birləşdirir. 

Verilənlər  bazası  verilənlər  bazasını  idarəetmə  sistemində  istifadə  edilən  modelə  və  verilənlərın 

quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar 

olur.  Ümumi  verilənlər  bazasına  bir  neçə  istifadəçinin  eyni  vaxtda  müraciət  etməsi  verilənlər  bazasının 

idarəetmə  sisteminin  fərdi  kompüterlərin  lokal  şəbəkəsində  quraşdırılan  və  çox  saylı  istifadəçilər  uçün 

verilənlər bazası yaradılan zaman mümkün olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif 

istifadəçilərin ümumi məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni zamanda ümumi 

verilənlərlə işləyəndə verilənlərın mühafizəsini təmin edir. 

Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir: 

-   modelin müxtəlif obyektlərində verilənlərın təkrarlanması; 

-   verilənlərın bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi

-   verilənlərın uyğunluğu və birinin diğərini inkar etməməsi; 

-   verilənlər bazasının tamlığı və bütövlüyü

-   verilənlər bazasının çoxaspektli müraciət imkanının olması; 

-   verilənlər bazasında verilənlərın ixtiyari seçilməsi; 

-   verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi

-      qəza  şəraitində,  qurğuların  və  proqramların  nasazlıqları  yarandıqda  və  ya  istifadəçilər  səhf 

etdikdə belə verilənlərın mühafizəsi və bərpasının mümkünlüyü və s. 



  68 

Verilənlər  bazasını  idarəetmə  sistemi  müxtəlif  predmet  sahələri  üçün  istifadəçilərin  praktik 

işinin avtomatiaşdırılmasının əsasını təşkil edir. 

   İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra 

amillərlə bağlıdır: 

-   mövcud texniki və baza proqram təminati, onların konfiqurasiyası, əməli və disk yaddaşı; 

-   istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;  

 verilənlər modelinin növü

-   predmet sahəsinin xüsusiyyətləri; 

 

-   informasiya məntiqi modelinin quruluşu



-   verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması; 

-   istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər bazası ilə 

istifadəçi arasında dialoq vasitələrinin olması. 

Verilənlər  bazasımn  idarəetmə  sistemi  tətbiqi  proqramlar  paketi  şəklində  göndərilən  proqram 

məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər bazasının idarəetmə sistemi kompüterə 

quraşdırıldıqdan  sonra  verilənlər  bazasının  yaradılması  həyata  keçirilir.  Qeyd  etmək  lazımdır  ki,  fərdi 

kompüterlər  üçün  müasir  verilənlər  bazasuun  idarəetmə  sistemi  yüksək  üstünlüyə  malikdir.  Bu  imkan 

verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının ayrı-ayrı 

hissələrinin  yaradılmasma  başlanılsın.  Məlumatiar  bazasının  bu  cür  işlənib  hazırlanması  tədricən  onun 

genişləndirilməsinə  və  modifikasiyasına  əlverişli  şərait  yaradır.  Beləliklə,  istifadəçi  tərəfindən  işin 

texnologiyasının  mənimsənilməsi  sürətlənir,  verilənlər  bazasının  idarəetmə  sisteminin  imkanlarının 

öyrənilməsi və mərhələlərlə tətbiqi asanlaşır. 

Verilənlər  bazasının  idarə  edilməsinin  Access  sistemində  işə  başlamaq  üçün  Window  əməliyyat 

sisteminin  yüklənməsi,  Access  proqramının  seçilməsi  və  onun  yüklənməsi  vacibdir.  Bu  zaman  ekranda 

Access  pəncərəsi  görünür.  Access-in  menyusu  istifadəçi  üçün  lazım  olan  işin  yerinə  yetirilməsi 

əməliyyatlarını  muəyyən  edən  əmrləri  ozundə  birləşdirir.  Access  verilənlər  bazasi  ilə  ixtiyari  rejimdə 

əlverişli istifadəçi interfeysini təmin edir. 

Access  yükləndikdən  sonra  onun  pəncərəsi  ilə  eyni  vaxtda  verilənlər  bazasının  yaradılmasına 

başlamağı və ya mövcud verilənlər bazası ilə işləməyə imkan verən birinci dialoq pəncərəsi də görünür. 

Pəncərənin  «Файл»  menyusunun  «Создать»  əmrini  verməklə  sağ  tərəfdə  yeni  açılmış  işçi  pəncərədən 

«Новая база данных» rejimi seçilir. Bu rejim verildikdən sonra ekrana yeni pəncərə gəlir. Bu pəncərədə 

yaradılacaq  verilənlər  bazasına  ad  verilir  və  həmin  ad  yaddaşa  yazılır.  Növbəti  açılan  pəncərənin  sol 

tərəfində  Access  obyektləri  verilir.  Verilənlər  bazası  pəncərəsində  Access  obyektiərinin  əsas  tipləri: 

cədvəllər, sorğular,formalar, hesabatiar, səhifələr, makroslar, modullar verilir.  

Əgər istifadəçi artıq mövcud olan verilənlər bazası ilə işləmək istəyirsə onda «Файл» menyusunun 

«Открыть» əmrindən istifadə edirik və açılan pəncərədən lazım olan bazanın adını seçərək açırıq. 

Verilənlər  pəncərəsinin      işci      sahəsi      Access-in      seçilmiş      tipdən      olan  müraciətlərinin 

siyahisini əks etdirmək üçündür. Verilənlər bazasının yaradılması üçün açılan pəncərədə ilkin sətirdə üç 

düymə verilir. Həmin düymələrin təyinatı aşağıdakı kimidir: 

-      Открыть  (Aç)  düyməsi  secilmiş  cədvəlin,  formanın,  sorğunun  adlmasına,  yaxud  hesabata 

baxılmasına, yaxud da makrosun icrasına imkan verir; 

-  Конструктор (Layihələndir) düyməsi əwəllər yaradılmış ixtiyari obyektin üzərində tamamlama 

rejiminə keçməyə imkan verir; 

-    Создать  (Yeni)  duyməsi  seçilmiş  tipdən  olan  yeni  ixtiyari  obyektin  yaradılmasına  başlamağa 

imkan verir. 

Access  məlumatiar  bazasının  ilkin  pəncərəsi  çox  sadə  quruluşa  malikdir.  Bu  pəncərə  qeyd 

olunduğu kimi 7 növ obyektdən ibarətdir. 

Bu öbyektlər aşağıdakılardır: 

-  Cədvəl - verilənlər bazasının əsas obyektidir. Bu obyektdə məlumatlar saxlanılır; 

-   Sorğu - bu obyekt xüsusi quruluşa malik olub, verilənlər bazasını işləmək üçün istifadə olunur. 

Sorğuların köməyi ilə verilənlər nizamlanır, süzgəcdən kecirilir, seçilir, dəyişdirilir, birləşdirilir; 

-      Forma  -  bu  obyektin  köməyi  ilə  bazaya  yeni  verilənlər  daxil  edilir  və  ya  mövcud  olan 

verilənləra baxılır; 

-  Hesabat - onun köməyi ilə verilənlər əlverişli şəkildə çap edilir; 

- Səhifə- bazanın veb-səhifə üçün təşkilini təmin edir: 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə