4.4. Struktur funksionalizmi.
Struktur funsionalizmin ən məşhur nümayəndələrindən biri Alfred
Radklif Braun hesab olunur. O Kembric universitetində sosial
antropologiya üzrə təhsil almış, 1806-1808-ci illərdə isə çöl tədqiqat
işləri aparmışdır.Sonrakı illərdə Avstraliya, Mərkəzi Afrika, Çinin
cənubunda da antropoloji tədqiqatlar aparan Braun 1938-ci ildə 24 ildən
sonra Britaniyaya dönür və Oksford universitetinin sosial antropologiya
kafedrasına rəhbərlik edir. Eyni zamanda Britaniya antropologiya
institutunun prezidenti seçilir. Braunun əsərlərinin sayı çoxdur.Onun
nəzəri müddəaları əsasən ―Andaman adaları.sosial antropologiya
sahəsində tədqiqatlar‖, ―Primitiv cəmiyyətdə struktur və funksiya‖ və
digər əsərlərində əks olunub. O,elmi fəaliyyətdə insanların gündəlik
davranışı,ictimai həyatı, insan mədəniyyəti kimi xüsusiyyətləri
funsionalist və struktur müstəvidən anlamağa səy etmişdir. Braunun
dünyagörüşünə Spenser və E. Dürkheym müəyyən təsirə
malik olmuşlar.Onların elmi-nəzəri müddəalarından istifadə edərək
ibtidai icma cəmiyyətinin təbii struktur təsnifatını verməyə cəhd
etmişdir.
A.R.Braun (1881-1955)
Braun antropologiyanı insan həyatının bütün cəhətlərini əhatə edən bir
elm kimi xarakterizə edirdi və onun strukturunda üç istiqamət müəyyən
edirdi: bioloji antropologiya, arxeologiya və etnoqrafiya.
Etnoqrafiyanı etnologiya və sosial antropologiyaya bölürdü. Onun
təsnifatına
görə etnologiya konkret müəyyən tarixi zaman
aralığında mövcud
olmuş
ayrı-ayrı
xalqların,onların
daxili
inkişafını,mədəni əlaqələrinin öyrənilməsilə məşğul olan elm sahəsidir.
Etnologiyanın əsas metodu tarixin rekonstruksiya metodudur.Braun
qeyd edirdi ki,etnologiya bilavasitə yazılı mənbələrin məlumatlarına və
çöl tədqiqatlarından olan məlumatlara əsaslanır.
97
İnsan mədəniyyətinin öyrənilməsində sosial antropologiya tamam
başqa bir istiqamət əhatə edir.Onun vəzifəsi ayrı-ayrı mədəniyyətlərin
rekonstruksiyası
deyil,
ictimai-mədəni
inkşafın
ümumi
qanunauyğunluqlarının aşkar edilməsindən ibarətdir.Bu elmin əsas
metodu isə induksiya metodudur. Braun göstərir ki, bu mədəniyyətin
əsas xüsusiyyəti mədəni gerçəkliklərin ümumiləşdirilmiş formada
analizi və tədqiqindən ibarətdir. Beləliklə sosial antropologiya insan
mədəniyyətinin inkşafının ümumi qanunlarınını tədqiq edən elm kimi
çıxış edir. Braun son tədqiqatlarda induktiv metod anlayışını müqayisəli
metod anlayışı ilə əvəz edir.Molinovskidən fərqli olaraq Braun
mədəniyyətin tarixi inkişaf qanunauyğunluqlarının tədqiqinin qeyri-
mümkünlüyünü qəbul etmirdi.Braun belə hesab edirdi ki, ictimai həyat
sahəsində də mövcud olan gerçəkliklərin müxtəlif təbii sistemlər
şəklində düzmək mümkündür. Təbiətdə belə şəkildə atom molekul çıxış
etdiyi kimi,ictimai həyatda insan qrupları,cəmiyyət çıxış edir. Brauna
görə,
ictimai
sistemlərin
elementləri
kimi insanların fərdi
xüsusiyyətləri,davranış mexanizmləri və bunların arasında mövcud olan
ictimai əlaqələr çıxış edir. İctimai sistemin özü,sosial strukturu,ictimai
ənənələrin ümumi məcmusu, ictimai ayin və ənənələrlə bağlı olan xüsusi
hislər, duyğular olmaqla üç tərkib hissələrindən ibarətdir.
Özünün erkən əsərlərində Braun əsasən mədəniyyət anlayışından
istifadə edirdisə, artıq 30-cu illərdən etibarən sonrakı əsərlərində başlıca
olaraq sosial struktur anlayışından geniş istifadə edib.Məhz bu dövrdən
sonra onun tədqiqatlarının əsas obyekti kimi müxtəlif mədəniyyətlərin
siyasi təşkili,qohumluq sistemlərinin xüsusisyyətləri və onların ictimai
sistemlərdə rolu,ictimai inanc formalarının strukturunun funksional
təzahürü kimi problemlər təşkil edir. Braun çox zaman hətta
Molinovskini də struktualist adlandırırdı.O, ictimai sistemin strukturu
kimi
burada
mövcud
olan
ictimai
münasibətlərin
çox
mürəkkəb məcmusunu nəzərdə tuturdu.Bu münasibətlər real gözə
dəyməsə də insan cəmiyyətinin bir sistem kimi mövcudluğunu onlarla
bağlıdır. Braun hesab edir ki,hər bir insan cəmiyyəti özünün ictimai
münasibətlər sisteminin mədəni modelini hazırlayır.Məhz bu modelin
əsasında sosializasiya prosesində müxtəlif insanların davranışları
müəyyən olunur.Onların
cəmiyyətdə ictimai rolları hazırlanır.
Cəmiyyətin ictimai münasibətlər sistemində onlar öz yerlərini tapırlar.
98
O, ritual, ayin, adət kimi anlayışları da, mövcud olan antropoloji
gerçəklikləri də bu müstəvidən tədqiq edirdi.Hər ayinin mədəni dəyəri
insan cəmiyyətinin strukturunda onun yerləşdiyi mövqe ilə müəyyən
olunur. Braunun fikrinə görə, struktualizm anlayışı özündə bir-birilə
bağlı olan üç cəhəti ehtiva edir:
Birincisi, özlüyündə struktur-bu əsasən sosial rolların timsalında
realizə olunur və faktiki olaraq sosial sistemin mövcudluğu bunlarla
bağlıdır.
İkincisi, strukturların həyata keçirdiyi funksiyalardır.Braunun
fikrincə, funksiya insanların ictimai standartlaşmış fəaliyyət və düşüncə
vasitəsidir. Bu yolla ictimai sistemlərdə mövcud struktur qorunur.
Üçüncü
mühüm
cəhət
isə
ictimai
tərəqqi
və
ya
dəyişkənliklərdir. Brauna görə,insan toplumunda dinin canlı yaşamda
fəaliyyətini öyrənmək lazımdır. Braunun sosial antropologiyada irəli
sürdüyü bu ideyalar De Sosiur tərəfindən linqivistikada da geniş istifadə
olunmuşdur.İngiltərədə Braunun birbaşa davamçısı kimi Evans Priçardı
göstərmək olar.
Evans Priçard (1902-1973)
Evans Priçard İkinci Dünya Müharibəsindən sonra uzun müddət
Şərqi Afrikada çöl tədqiqatları aparmış,Sudan və digər ərazilərdə nilot
xalqlarını tədqiq etmişdir. Onun nəşr etdirdiyi ―Nuerlər monoqrafiyası‖
sosial antropologiyanın klassik əsərlərindən hesab olunur.O,Braunun
ideyalarını inkişaf etdirərək, konkret sosioloji nəzəriyyələrdən istifadə
etməyə çalışmışdır.Məhz bu ona müxtəlif cəmiyyətlərin struktur
quruluşunu anlamağa və onlarda mövcud olan şəxsiyyətlərarası
münasibətləri tədqiq etməyə imkan vermişdir.Bunun sayəsində insan
cəmiyyətinin daha aydın şəkildə başa düşülməsi müəyyən olunmuşdur.
Priçard əmin idi ki,hər bi ictimai sistemin elemetləri bir-birinə təsir edir.
Onların qarşılıqlı münasibətləri müxtəlif istiqamətlərə yönəlmiş
vektorlar şəklindədir. Braundan fərqli olaraq,o ictimai və mədəni
sistemlərin birliyinə şübhə etmirdi.Onların bir gerçəkliyin iki təzahürü
olduğunu qeyd edirdi.
Daha çox cəmiyyətin tədqiqində struktur metoda önəm verən
Evans,belə hesab edirdi ki, ilk növbədə mədəni formadan ictimai faktları
99
ayırmaq lazımdır.Məhz onların ayrılması nəticəsində cəmiyyətin və
insan mədəniyyətinin tədqiqi mövcudolma qanunauyğunluqlarının
araşdırılması mümkündür.Priçard insanlar arasında mövcud olan
münasibətlərin özlərini də özünəməxsus bir struktur kimi qəbul
edirdi.Öz növbəsində cəmiyyətdə mövcud olan bütün ictimai ierarxik
münasibətlər götürüldükdə onlar ictimai sistem yaradır. Sosial
antropologiya
sosial
inkişafın
ümumi
qanunauyğunluqlarını
öyrənməlidir.
Funksional
struktualizmin
Fransada
inkişafı
struktualizmin və poststruktualizmin yaranmasına gətitib çıxarmışdır.
Fransada bu cərəyanın banisi Klod Levi Stros hesab olunur.
Bir çox tədqiqatçılar onu ―struktualizmin atası‖ adlandırırdılar.
―Qəmli Tropiklər‖, ―Totemizm bu gün‖, ―Maskaların yolu‖ və digər
əsərlərində Stros öz nəzəri müddəalarını irəli sürmüşdür.Brazliyada və
digər bölgələrdə tədqiqatlar aparmış Stros Amerikada yaşayan 40-dan
çox hindu qəbiləsini dünyaya tanıtmış,hinduların qohumluq sistemini
tədqiq etmişdir.
Stros nəzəriyyəsinin ilk növbədə insani cəhətlərini önə çəkməyə
çalışırdı.Onun fikrincə insan mədəniyyət və təbiət arasında yaranmış
dərin uçurum şəraitində yaşadığından tam xoşbəxt deyil.O,əsərlərində
bir neçə müddəa ilə çıxış edirdi.İnsan cəmiyyətinin bütün rəngarəng
gerçəklikləri müəyyən bir ilkin modelin modifikasiyasından,onun
açılışından ibarətdir. Bu səbəbdən bunlar sistemləşdirilə və təsnif oluna
bilər. Bu elementlər arasında mövcud əlaqələri onların bir-birilə
münasibətdə yerləşməsini və ilkin modelindən müəyyən etmək
mümkündür. Strosun struktur antropologiyada insan təfəkkürünün
təhtəlşüur formasına xüsusi önəm verirdi.O ictimai həyatın bütün
müxtəlif formalarının müəyyən bir məğzinə görə, müəyyən bir tamın
müxtəlif formaları olduğunu qeyd edirdi.Davranış sistemləri, insanların
şüurlu və təhtəlşüur fəaliyyətini idarə edənlər və s. Stros ilk növbədə
insanı əhatə edən xarici mühitin özünün nədən ibarət olması haqqında
sualı irəli sürür.Belə ki,insan mədəniyyətini başa düşmək üçün ilk
növbədə ətraf mühitin insanlar tərəfindən hansı formada,necə qəbul
olunması mühüm rol oynayır.Stros göstərir ki,insanların duyğuları ətraf
mühiti dərk etməkdən, kodlaşdırırlar. Xarici aləmdə baş verən
gerçəkliklər simvollara çevrilirlər.
100
Beləliklə, K.L.Strosun konsepsiyasında iki struktur rol oynayır:
1.İnsan təfəkkürünün strukturu;
2.İnsanı əhatə edən real mühitin strukturu.
Dostları ilə paylaş: |