93
Pozitivizm (lat. positivus-müsbət) XIX əsrdə meydana çıxan fəlsəfi
cərəyanlardan biri, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab
olunur.
Ogüst Kont
Pozitivizm konkret elmləri həqiqi, gerçək
biliyin yeganə mənbəyi
sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri
spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı
qəbul etmirdi. Mahiyyətinə görə pozitivizm müəyyən münasibətlərdə
ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir.
Bu cərəyanın ideyalarına əsasən, cəmiyyətdə baş verən hər hansı
bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə
baxaraq başa düşmək olar.
Misal üçün, pozitivizm cərəyanının ən
görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər
kəsə bir individual hərəəkət kimi görsənən intihar hadisəsini cəmiyyət
tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik
araşdırmalarda sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri
cəmiyyətin
təsirindən
baş vermir. Durkheim araşdırmalarının
nəticəsində
müəyyən etmişdir ki, sosial-iqtisadi yaxud siyasi böhran
keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə
təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu
cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheim
bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad
edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən
nə dərəcədə dəyərli elm olduğunu sübut edir.
İstifadə olunan metodlar statistik məlumatları tədqiqat, intervyular
və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.
Pozitivizmin inkişafında üç mərhələ fərqləndirilir:
I mərhələnin
nümayəndələri O.Kont, E.Litter, P.Laffit(Fransa), Con Stüart Mill,
Herbert Spenser (İngiltərə) olmuşlar. Qnoseologiya – idrakın inkişafının
3 mərhələsi qanunu (Kont) və məntiq problemləri ilə (Mill) yanaşı
pozitivistlər sosiologiyaya da mühüm yer vermişlər.
II mərhələ - empiriokritisizmin meydana gəlməsi XIX əsrin 70-90-
cı illərinə təsadüf edir və obyektiv, real predmetləri hətta formal olaraq
94
qəbul etməyən Max və Avenariusun adları ilə bağlıdır. Maxizmdə idrak
problemləri subyektivizmə keçən frat psixologizm mövqeyindən şərh
olunurdu.
III mərhələ kimi neopozitivizmin meydanaz gəlməsi Vyana
dərnəyinin (O. Neyrat, R.Karnap, M.Şlik və s.) və Berlin empirik fəlsəfə
cəmiyyətinin (Reyxenbax, F.Krauz və s.) fəaliyyəti ilə bağlıdır ki, bunlar
da bir çox cərəyanları – məntiqi atomizmi,
məntiqi pozitivizmi, ümumi
semantikanı özündə birləşdirmişdir. Bu mərhələnin nümayəndələri
simvolik məntiq, elmi tədqiqatın strukturu və s. fəlsəfi problemlərə əsas
yer verərək, psixologizmi rədd edir, ―elm məntiqinin‖ riyaziyyatla
yaxınlaşdırılması, qnoseoloji problemlərin formallaşdırılması yolu ilə
getmişlər.
Dostları ilə paylaş: