101
Bir tərəfdən sosiologiyanın tədqiqat obyektinin bütövlükdə
cəmiyyət, ayrılıqda isə sosial əlaqə və münasibətlərin
rəngarəngliyi
olduğunu israr edən fikir tərəfdarları, digər tərəfdən isə, ―sosiologiyanın
obyekti – cəmiyyətin çoxsaylı sahələrindən biri olan sosial sahədir‖
fikrini irəli sürən qrup nümayəndələri çıxış edirlər.
Həm elmi, həm də tətbiqi planda, bir elm kimi sosiologiyanın
predmetinin və tədqiqat obyektinin xüsusiyyətlərini, müxtəlif sosioloji
cərəyan və məktəb nümayəndələrinin nəzəriyyə və fikirləri kontekstində
öyrənmək fyadalı olardı. Belə nəzəriyyələr sırasına sosiologiyada çox
məşhur olan pozitivist cərəyanı və onun O.Kont, C.Mil və H.Spenser
kimi məşhur nümayəndələrini aid edirlər. Pozitivist məktəb və onun
nümayəndələrinin sosiologiya elmində özünəməxsusluqları onunla
bağlıdır ki, onlar cəmiyyətlə əlaqədar mücərrəd fikirlərdən
uzaqlaşmaqla, pozitiv sosial nəzəriyyəni
yaratmağa cəhd göstərmiş və
onun təbiət nəzəriyyələri qədər mühüm və əhəmiyyətli olacağını
əsaslandırmağa çalışmışlar. Bununla əlaqədar klassik pozitivizm sırf
nəzəriyyəyə əsaslanmış sosial fəlsəfədən fərqli olaraq, müşahidə, ictimai
proseslərin müqayisəli tarixi-sosioloji təhlili, riyazi metodlar kimi elmi
üsullarla öz mövqelərini təsdiqləməyə çalışırdı.
Bundan başqa, sosioloji pozitivizmin naturalizm, təkamül,
fenomenalizm, orqaniklik kimi xarakterik xüsusiyyətləri də var idi.
Onun elmi idrak kimi biologiya, insanın anatomiya və fiziologiyası,
qismən mexanika modelləri də var. Pozitivizm, cəmiyyətin fəaliyyəti və
inkişafında labüd qanunların mövcudluğunu təsbit edir və onları təbiətdə
baş verən proseslərin və qanunauyğunluqların davamı kimi nəzərdən
keçirirlər. Müxtəlif variant və ayrı-ayrı elementlərdə, xüsusilə empirik
sosiologiyada bu paradiqma hələ də öz sözünü deməkdədir.
Sosial iş sahəsindəki tədqiqatlar sosioloji göstəricilərə yaxud sosial
gerçəkliyin təhlil metodlarına əsaslanır. Məsələn,
risk qrupuna aid
kliyentlərin sosial bioqrafiyasını yazarkən, sosial işçilər anket,
müsahibə, arxiv sənədləri, avtobioqrafiyalar və digər informasiya
toplamaq metodlarından istifadə edirlər. Bütün bunlar isə sosiologiyada
tətbiq edilən mənəvi metodlardır.
Beləliklə, hazırda heç bir sosial iş probleminin həllini
sosiologiyasız təsəvvür etmək olmaz.
102
Cəmiyyətimizdə sosial iş sahəsinin yenicə inkişaf etdiyini nəzərə
alsaq, onda bu sahə barəsində məlumatın nə qədər kasad olduğunu aşkar
müşahidə etmiş olarıq. Sosial işdən fərqli olaraq pedaqoji sahənin
hərtərəfli inkişafı, ölkəmizdə bu iki sahənin məhsuldar əməkdaşlığına
möhkəm zəmin yaradacağına təminat verir.
Tarixən vəziyyət elə gətirmişdir ki, sosial iş, təkcə lazımi köməyin
göstərilməsi ilə qalmayıb, həmçinin əhalinin müxtəlif kateqoriyaları
arasında, lazımi sosial stereotipləri də formalaşdırmışdır.
Məsələyə bu
cür baxış, belə bir fərziyyə irəli sürməyə əsas verir ki, sosial iş təkcə
sosial pedaqogika deyil, sosial iş, elə sosial pedaqogikanın özü
deməkdir.
Müxtəlif tarixi dönəmlərdə və müxtəlif mədəniyyətlərdə sosial iş,
ictimai fəaliyyət növü olaraq, müxtəlif formalara malik olmuşdur.
Məsələn, qədim Yunanistanda sosial kömək filantropiya,
Romada isə
xalq ənənələri kimi məşhur idi.
Ehtiyacı olanlara sosial köməyin göstərilməsi ayrı-ayrı vaxtlarda
müxtəlif cür adlandırılmışdı. Məsələn, Qərbi Avropada XI-XVII
əsrlərdə xeyriyyəçilik, XVIII-XX əsrlərdə mərhəmət, kömək, müdafiə
və dəstək məqsədi ilə göstərilən fəaliyyət XX əsrin 50-ci illərinin
ortalarından başlayaraq, bütün Qərbi Avropa ölkələrində ―sosial iş‖ kimi
ümumi ad alır. Müvafiq fəaliyyət sahəsinin ümumi ad altında birləşməsi
obyektiv proses idi və o bir sıra qərb ölkələrində kömək modelinin
dəyişilməsi ilə əlaqədar olmuşdur.
Şübhəsiz ki, sosial köməyin göstərilməsi ilə bağlı
ilkin tədbirlər
xeyriyyəçiliklə əlaqədar olmuşdur. Roma kilsəsinin ilk sənədlərindən
biri məhz xeyriyyəçilik nəzəriyyəsi və praktikası ilə bağlı olmuşdur. Bu
sənəd, ictimai köməyin göstərilməsi sahəsində ilk nəzəri mənbə hesab
edilə bilər. Sosial iş müstəqil problem sahəsi kimi formalaşanadək onun
başlıca fəaliyyəti, amalı və kömək forması, məhz xeyriyyəçilik
olmuşdur.
Dəyişən təkcə fəaliyyət növləri, dəstək obyektləri deyil, həmçinin
dəstək subyektləri idi. Bu dəyişmələr öz bariz nümunələrini sivilizasiya
tarixində tapmışlar. Tarixən dəstək və müdafiə funksiyalarını öz üzərinə
götürmüş çoxsaylı subyektlər mövcud olmuşdur və onların arasında
103
bütləq,
şamanlar, peyğəmbərlər, monarxlar, könüllü köməkçilər,
peşəkarlar və b. olmuşlar.
İctimai şüur kömək və dəstək ənənələrini tarixi dinamikada
izləməklə, sosial iş, müstəqil paradiqma kimi ön plana çəkilir. Bu
paradiqmanın əsas mahiyyətini insan və onun taleyi problemi təşkil edir.
İnsan və onun taleyinə yardımçı olmaq məqsədi ilə müdaxilə sosial işin
başlıca fəaliyyət prinsipidir. Müvafiq prinsip pedaqogikada da vacib
olduğundan, sosial işlə pedaqogikanın qarşılıqlı əlaqəsini daha ətraflı
nəzərdən keçirmək məqsədəuyğun olardı. Sosial iş sosial pedaqogika
demək
deyildir
və
pedaqogika bir sıra
mühüm keyfiyyət
xarakteristikalarına malik fəaliyyət sahəsidir. Bu sahə insan varlığını
sosiomədəni münasibətlər sistemində, real gerçəklikdə nəzərdən keçirir.
Reallıqda subyekt ehtiyacı olan insan kimi deyil, öyrənən, təhsil alan
insan kimi çıxış edir. bu nöqteyi-nəzərdən, subyekt mədəni-tarixi
prosesin təlim-təhsil daşıyıcısı kimi çıxış edir.