Mövzu 4. Sosial iş nəzəriyyəsinin metodoloji əsasları
4.1. Sosial iş nəzəriyyəsi ilə bağlı müxtəliffikirlilik.
4.2. Sosial işdə pozitiv üsulların rolu.
4.3. Sosial işdə funksional üsulun tətbiqinin özünəməxsusluğu.
4.4. Struktur funksionalizmi.
4.5. Sosial işlə sosiologiyanın qarşılıqlı əlaqəsi.
4.1. Sosial iş nəzəriyyəsi ilə bağlı müxtəliffikirlilik.
Demək olar ki, bütün nəzəriyyəçi sosioloqlar sosial dinamika
problemlərinə diqqət verirlər. Bununla belə, bir çox sosial böhranlar
gözlənilməz olaraq baş verirlər və bundan başqa mövcud olan
nəzəriyyələrin çərçivəsində baş verən dəyişiklikləri ağıllı şəkildə izah
edən bir şey tapmaq olmur. Son illərin dramatik hadisələri sosial
dinamikanın mövcud konsepsiya və kateqoriyalarını yenidən gözdən
keçirilməsini zəruri etmiş oldu. Amerikan sosioloqu M.Xallinen öz
kolleqalarına yazdığı müraciətnaməsində qeyd edir ki, dəyişikliklər
tempinin sürətlənməsi, qloballaşma, müasir dünyada baş verən
proseslərin qarşılıqlı bağlılıqlarının artması sosial dinamikanın
öyrənilməsini sosiologiya nəzəriyyəsinin ən aktual probleminə çevirmiş
olur. Onun fikrinə görə, sosial elmlər tarixində sanki bir növ sikllər
mövcuddur. Əvvəlcə sosial dinamikanın qlobal nəzəriyyələri formalaşır
ki, onlarda proseslər abstrakt səviyyədə analiz olunur. Sonra qlobal
nəzəriyyə bazasında konkret proseslərin daha müfəssəl şəkildə
öyrənilməsi üçün nəzərdə tutulmuş bir sıra spesifik, lokal nəzəriyyələr
yaradılır. Nəhayət də sonda lokal nəzəriyyələrin praktiki istifadə
təcrübəsinin analizi və ümumiləşdirilməsi yeni qlobal nəzəriyyənin
yaradılması zəruriyyətini yaratmış olur. Göstərilən sxem tədricən
getdikcə daha mükəmməl olan sosial dinamika nəzəriyyəsinə
yüksəlməyi nəzərdə tutur, bu isə təəssüf ki, elmi həyatın reallıqlarına
tam uyğun gəlmir. Amma, konkret sosial prosesin modelləşdirilməsinin
hər bir halında hər şeyi ağ vərəqdən başlamaq olmaz, hər şeydə
toplanmış biliklərə əsaslanmaq lazımdır. Zəruri bilikləri əldə etmək üçün
ən yaxşı mənbə P.A.Sorokinin ―Sosial-mədəni dinamika‖ adlı
88
ensiklopedik əsəridir, ondan yaxşısı hələ yazılmamışdır. Qərbdə
Sorokinin fundamental əsəri o qədər də populyar deyildir. Oxucunu
yəqin ki, əsərin həcmi (hərəsi 700 səhifədən ibarət dörd cild), həm də
yüksək səviyyəsi (yada salaq ki, dördcildlik əsər üzərində qərb
oxuclarına az tanış olan rus emiqrasiyasının ən qabaqcııl hissəsi iştirak
etmişdir) qorxudur. Adama elə gəlir ki, eyni səbəblər üzündən bu
fundamental əsər bu vaxta qədər rus dilinə tərcümə olunmamışdır.
XX
əsrin sonunda rus sosiologiyasında ən əlamətdar hadisələrdən biri
P.Sorokinin bir cildli əsərinin rus dilinə tərcümə edilərkən nəşr edilməsi
olmuşdur. Sorokinin nəticələrinə əsaslanan şagirdi V.Mur 1963-cü ildə
sosial dinamika üzrə ən yaxşı dərsliklərindən birini nəşr etdirdi.
Sorokinin şagirdi materialı çox yığcam, amma başa düşülən şəkildə cəmi
117 səhifədə şərh edə bildi. S.Vaqonun yeni nəsil dərsliyi bir çox
cəhətdən Murun kitabının geniş versiyası hesab oluna bilər (Sorokin
burada qətiyyən yada salınmır). P.Stompkinin 1996-cı ildə rus dilində
nəşr olunmuş ―Sosial dəyişikliklərin sosiologiyası‖ dərsliyində nəzəri
yanaşmaların kifayət qədər dolğun siyahısı verilmişdir ki, bu da kitabın
müəllifini məsələnin tarixini ətraflı şəkildə təsvir etmək zərurətindən
azad etmişdir. Statistik halda olan sosial obyekti öyrənərkən onun
müşahidə olunan xarakteristikaları – həm keyfiyyət, həm də kəmiyyət –
çox da böyük olmayan müəyyən vaxt ərzində demək olar ki, dəyişmir
(daha dəqiq desək baş verən dəyişiklikləri nəzərə almamaq da olar).
Formal olaraq demək olar ki, statik nəzəriyyələrdə zaman yoxdur.
.Dinamik nəzəriyyələrdə zaman açıq-aşkar iştirak edir. Tədqiqatçının
kəmiyyət və keyfiyyətcə dəyişənlərin zaman daxilində dəyişməsi, o
cümlədən müşahidə dövründə dəyişməyən sabit parametrlər də
maraqlandırır. Obyektin dinamikasının təsviri proses anlayışından
istifadəni nəzərdə tutur. Sosial-mədəni prosesin P.A.Sorokinə aid olan
klassik tərəfini misal gətirək: - Proses dedikdə istənilən hərəkət növü,
modifikasiya, transformasiya, növbə ilə bir-birini əvəz etmə və ya -
təkamül, qısaca desək öyrənilən obyektin müəyyən vaxt ərzində
istənilən dəyişikliyi – istər fəzada onun yerini dəyişməs və ya onun
kəmiyyət və keyfiyyət xarakteristikalarının modifikasiyası nəzərdə
tutulur. Sosial dəyişikliklər dedikdə müşahidə olunan sosial obyektin
xarakteristikasının hər hansı cür dəyişməsi kimi başa düşəcəyik. S.Vaqo
89
tərəfindən təşkil olunmuş sosial dəyişikliklərin kifayət qədər rahat
tipologiyası verilmişdir. Verilmiş tipologiya əlbəttə ki, tam deyildir.
Təkamül nəzəriyyələri üçün cəmiyyətin son üç min və ya on
minlərlə il ərzində inkişafının universal prinsip və mexanizmlərinin
axtarışı xarakterikdir. Fərz olunur ki, cəmiyyət bioloji orqanizmlər ilə
analoji olaraq inkişaf edir, bu zaman hansı isə vacib göstəricilər
durmadan artırlar. Nəzəriyyəçilər sübut edirlər ki, təkamül prosesi də
daim artır: mürəkkəblik və differensasiya; uyğunlaşma və müxtəliflik;
rasionallıq və azadlıq; urbanizasiya və bürokratizasiya. Klassik təkamül
prosesində inkişafın öz məntiqi vardır, hansı ki, təkamülün tədrici,
aramsız və yüksələn, kumulyativ və dönməz xarakterini müəyyən edir.
Təkamül modellərinə biz dəfələrlə qayıdacayıq, elə buradaca oxucunun
diqqətini təkamül nəzəriyyəsinin mükəmməlləşdirilməsi istiqamətində
iki perspektivli istiqamətə yönəldək. Universal inkişaf nümunəsinə
riayət etməkdən imtina çoxşaxəli təkamül konsepsiyasına həyat verdi.
Amerikan
antropoloqu
C.Styuart
hesab
edirdi
ki,
müxtəlif
mədəniyyətlərdə və mədəni sahələrdə inkişaf prosesləri spesifik
mexanizmlərin hərəkətinə tabedir. Buna görə də təkamül dəyişiklikləri
çoxplanlı və çoxşaxəlidir. Styuartın fikrinə görə sosial-mədəni
proseslərin inkişafında paralellərin aşkara çıxarılması çoxşaxəli
təkamülün əsas predmetidir. Tınyanov ədəbi janrın liderliyi, populyarlığı
problemini nəzərdən keçirərək qeyd edirdi ki, təkamül prosesləri planlı
deyil, sıçrayışlar şəklində axıb gedir. Hər hansı bir janrın süqut etdiyi
dövrdə, həmin janr mərkəzdən ədəbi prosesin periferiyasına keçir, onun
yerinə isə ədəbiyyatın dibindən mərkəzə yeni bir hadisə üzüb gəlir.
Təkamül prosesinin analoji sxemini Tokio universitetinin professoru
Y.Murakami, S.Kumon və S.Soto modernləşdirmənin yapon modelinin
xüsusiyyətlərini analiz edərək işləyib hazırlayıblar. Yapon alimlərinin
rəyinə görə modernləşdirmənin müasir nəzəriyyələri tarixi prosesin
çoxşaxəli xarakterli olmasının qəbuluna əsaslanmalıdır, belə ki, ictimai
inkişafın hər bir yeni pilləsində aparıcı rolunu əvvəlki mərhələdə -
periferiyalı rolunda olan təkamül xəttlərindən biri ola bilər. Təkamül
nəzəriyyələrində son dövrə qədər adaptasiya və təbii seçmə proseslərinə
əsaslanan tədrici, aramsız inkişaf ideyası üstünlük təşkil edirdi. Amma,
son illər – fasiləli müvazinət konsepsiyası getdikcə çox populyarlaşır.
Fasiləli müvazinət nəzəriyyəsi ilk dəfə olaraq bioloqlar N.Eldrec və
90
S.Hould tərəfindən 1972-ci ildə formalaşdırılmışdır. Onların rəyinə görə
bioloji, makrotəkamül dəyişiklikləri partlayış xarakter daşıyır. Uzun
sürən sabitlik (durğunluq) dövrləri qısamüddətli sürətli dəyişikliklərlə
əvəz olunur, bu dəyişikliklər prosesində yeni bioloji növlərin yaranması
baş verir. P.Kun tərəfindən hazırlanmış – normal elmin mərhələlərinin
bir-birini əvəz etməsi və yeni elmi paradiqmaya inqilabi keçid modeli
yuxarıda adı gedən sxemə uyğun gəlir. Yeri gəlmişkən, - fasiləli
müvazinət nəzəriyyəsinin özünü yeni təkamül paradiqması adlandırırlar.
Bu ideyaları sosial-mədəni, təşkilati və iqtisadi dəyişiklilərə tətbiq
edərkən daha da inkişaf etdirən işlərin sayı getdikcə çoxalır.
Sosial proseslərin izah edilməsi. Sosiologiyada ən əlamətdar
hadisələrdən biri 1998-ci ildə-sosial mexanizmlər.
Sosioloji nəzəriyyəyə analitik yanaşma məqalələr məcmuəsinin
nəşri oldu. Məcmuənin müəllifləri (adların arasında C.Elster,
D.Hambett, R.Budon, A.Sorensen, A.Stinckomb, R.Hedstrem və başqa
məşhur sosioloqlar var idi) vahid bir rəyə gəldilər ki, sosiologiyanın əsas
məsələsi sosial proseslərin gedişini generasiya və izah edən fundamental
sosial mexanizmlərin aşkara çıxarılması və öyrənilməsidir. Sosial
mexanizm – bu öyrənilən prosesin səbəb-nəticə modelidir. Belə
modellər müxtəlif faktorların (dəyişənlərin, indikatorların...) qarşılıqlı
təsirinin sosial proseslərin real gedişini kəmiyyət və keyfiyyət
xarakteristikalarının necə generasiya etməsini göstərirlər. Müəlliflərin
fikrinə görə səbəbiyyət-nəticə modelləri öz-özlüyündə öyrənilən
hadisələrin tam və qəti izahını vermirlər. İş ondadır ki, sosial həyatda
abstrakt faktorlar və dəyişənlər deyil, real insanlar hərəkət edirlər. Buna
görə də, elan olunan səbəb-nəticə əlaqələrinin insanların inancları və
məsləkləri ilə necə qarşılıqlı təsirdə olmasını, onların davranışını necə
formalaşdırdığını izah etmək də zəruridir. Sosial mexanizm anlayışının
traktovkası genişlənir və təkcə səbəbiyyət nəticə modelini deyil, həm də
fərdlərin eləcə də fərdlər və sosial aqreqatlar arasındakı qarşılıqlı təsir
münasibətlərinin izahını da əhatə edir. Məcmuənin müəlliflərindən biri
T.Şellinq belə bir misal gətirir: sürücü qabaqda gedən maşına qədər olan
məsafəni kontrol edəndə bu fərdlər arasındakı qarşılıqlı təsirdir; əgər
sürücü öz maşınının sürətini maşın axınının orta sürətinə uyğun olaraq
tənzimləyirsə, onda bu fərdin və sosial aqreqatın qarşılıqlı təsir
göstərməsidir. Şellinqin rəyinə görə, sosial mexanizm öyrənilən
91
fenomeni təkrarlayan abstrakt modelin fərdi davranışının terminlərd
interpretasiyasıdır. Sosial mexanizm anlayışının belə traktovkası
metodoloji individualizmin pparadiqmasına uyğun gəlir. İqtisadi
nəzəriyyəyə geniş bütün analiz olunan hadisələr ancaq fərdlərin
məqsədyönlü fəaliyyətinin nəticəsi kimi izah olunur. İqtisadi
nəzəriyyəyə geniş bütün analiz olunan hadisələr ancaq fərdlərin
məqsədyönlü fəaliyyətinin nəticəsi kimi izah olunur. İqtisadi
nəzəriyyədə fərd bir qayda olaraq rasional qərarlar qəbul edir –
gözlənilən faydanı (fayda və zərər arasındakı fərqi) daha da
maksimallaşdırır. Amma, rasional seçim modelləri heç də həmişə real
iqtisadi proselsərə adekvat olunur. Sosial-mədəni və siyasi proseslərdə
bu modelin məhdudlaşdırılması çox ədalətli olaraq qeyd etdiyi kimi,
sosiologiyada rasional seçim modellərini tipik olmayan hadisə kimi
özünə əlavə edən koqnitiv modellərdən istifadə etmək zəruridir. Onu da
demək olar ki, müəlliflər sosial proseslərin əsil izahının sosial
mexanizmlərin iki səviyyəli təsvirinin verdiyini iddia edirlər:
makrosəviyyədə
səbəb-nəticə
modelindən
istifadə
olunur;
mikrosəviyyədə isə fərdlər arasındakı, o cümlədən mikro və
makrosəviyyələr arasındakı qarşılıqlı təsirlərinin koqnitiv modelləri
istifadə olunur. Bunları sosial model deyil, sosial-koqnitiv mexanizm
adlandırmaq daha yaxşıdır. Müəlliflərin əsas postulatlarına şərik olaraq
qeyd edirik ki, onların təklif etdiyi yanaşmanın bəzi məhdudiyyətlərinin
olması mümkündür. Əlbəttə, səbəbiyyət-nəticə modelləri elmi izahın ən
geniş yayılmış üsuludur. Amma, sosial elmlərdə alternativ yanaşmalar –
qaydalar sisteminin və təkamülün izahlarının analizi getdikcə daha çox
diqqət çəkməyə başlayır. Uyğun olaraq makro və mikro yanaşmaların
ənənəvi traktovkasının dəqiqləşdirilməsinə ehtiyac var. Sosiologiyada
adətən hesab olunur ki, mikrosəviyyə - fərdlərin səviyyəsidir. Sosial
sistemlərin misalında mikro və makro səviyyələrin fərqləndirilməsinin
daha rahat traktovkasını nəzərdən keçirək. Dünya sisteminin bir tam
kimi analizi makrosəviyyədə aparılır, bu zaman ayrı-ayrı ölkələrin
davranışının analizi mikrosəviyyədə həyata keçirilir. Qeyd edək ki,
Budon – koqnitivist model terminini işlədir və bu termin altında koqnitiv
modelin və dəyərlərin analizinin birləşməsini başa düşür. Sürətli,
katastrofik sosial dəyişikliklərə maraq son illərd kəskin şəkildə
artmışdır. M.Hallinen qeyd edir ki, sosial sistemlərin inkişafındakı
|