3.4.
Sosial iş və dövlətin sosial siyasəti
Sosial xidmətlər bazarının inkişafı sosial tələbatların təmin
olunması mümkünlüyünün prinsipini həyata keçirməyi imkan verəcək.
Geniş mənada sosial dedikdə cəmiyyətə, insanlara, onların
həyatına bilavasitə aid ola proseslər və amillər, məsələlər başa düşülür.
Bununla bərabər, bilavasitə sosial hadisələrlə bağlı olan və sosial sfera
adlandırılan daha dar iqtisadi sahələr də mövcuddur. Sosial sferaya
adətən iqtisadi obyektlər və proseslər, insanların həyat tərzi ilə əlaqədar
və ona aid olan iqtisadi fəaliyyət növləri, maddi və mənəvi nemətlərin
əhali tərəfindən istifadə edilməsi, insanın, ailənin, kollektivin, qrupun,
ümumilikdə cəmiyyətin əsas tələbatlarının ödənilməsi aid edilir.
76
Artıq sosial sferanın bu ümumi xarakteristikasından görünür ki,
sosial iqtisadiyyat çoxcəhətlidir, geniş iqtisadi obyektlər və proseslər
dairəsini əhatə edir, hər şeydən əvvəl iqtisadiyyatın bu hissəsi nemətləri
və xidmətlərin istifadəsi (istehlakı) ilə bağlıdır.
Sosial sferanın nəticəsi kimi sosial xidmətlərin mahiyyətinin və
təzahür formalarının təhlili yoxdur. Maddi hüquqi münasibətlərin
obyekti olaraq ―sosial xidmət‖ kateqoriyası əsasən hüquqi ədəbiyyatda
öz əksini tapır.
Maddi istehsalardan fərqli olaraq sosial sfera istehsal fəaliyyəti ilə
deyil, istehlakla əlaqədardır. Bu şəraitdə istehlaka, xidmətin qiymətinə
təsir edən əsas amil əmtəənin yararlığıdır.
F.Engels 1891-ci ildə yazırdı ki, ―Klassik siyasi iqtisa müəyyən
etdi ki, əmtəənin qiyməti onun istehsalı üçün lazım olan əməklə
müəyyən edilir. Bu izahla o kifayətlənirdi. Biz də hələlik bu izah
üzərində dayana bilərik... hazırki dövrdə bu izah tamamilə qeyri-
qənaətbəxş oldu‖.
Beləliklə, Engels ömrünün axırlarında hesab edirdi ki, dəyər
abstrakt kateqoriya kimi qiymətin substansiyasını əks etdirmir, ona görə
ki, o səmərəliliyi istisna edən əməyin kəmiyyət tərəfidir. Əmtəənin və
qiymətin ikili təbiətni ―dəyər‖ anlayışında birləşdirmək, ―dəyər
qanununu‖ və ―istehlak dəyəri‖ qanununu ―dəyər qanunu‖ ilə əvəz
etmək cəhətləri, Y.A.Pavznerin fikrincə doğru deyil.
Xidmətin göstərilməsi-maddi dəyərlərin istehsalı və satışı kimi
iqtisadi bir funksiyadır. Sosial xidmətin əsas funksiyası – ayrı-ayrı
şəxslər və ümumilikdə cəmiyyət üçün təkrar istehsalın təmin
edilməsidir. O, milli məhsulun təşkilinə yardım edir, çünki istənilən
iqtisadiyyatın məqsədi maddi, mənəvi və digər nemətlər vasitəsilə
həyata keçirilən insan tələbatlarının təmin olunmasıdır. Nemət – insan
tələbatlarının həyata keçirildiyi dəyərlərdir.
Sosial xidmətin mahiyyətinin təhlili və onun tənzimləmə
mexanizminin hazırlanması xidmətin mahiyyətinə, onun sosial sferada
təzahürünə və həm əhalii, həm də subyekt üçün onun dəəyərinin və
yararlılığının formalaşmasına müraciət etməyi tələb edir.
77
Ümumilikdə xidmətlərin onları əmtəədən fərqləndirən dörd
xarakterik cəhəti vardır: sezilməzliyi, saxlanılmazlığı, xidmətlər
göstərən və onlardan istifadə edən şəxslərdən ayrılmazlığı və göstərilən
xidmətlərin keyfiyyətinin qeyri-sabitliyi.
Xidmət əmtəədən fərqli olaraq bilavasitə istehlakçının konkret
tələbi ilə göstərilir.
Pullu xidmətlər göstərən sahələr iqtisadiyyatı inkişafının və təkrar
istiqamətlədirilməsinin özünəməxsus sürətləndiricisi kimi çıxış etməyə
qadirdir.
Xidmət sferasında tələbatın həcminin formalaşmasının birinci
xüsusiyyəti ondan ibarətdir ki, maddi nemətlərdən fərqli olaraq
xidmətlərdən istifadənin həddi yoxdur. Başqa sözlə desək, artıq istifadə
edilən xidmətlərin həcmindən asılı olmayaraq, ayrııca istehlakçının və
ümumilikdə bütün əhalinin ona tələbatı davam edir.
Eyni
zamanda
xidmətlərdən
istifadə,
lazımi
qədər
qiymətləndirilməməsi onların istehsalının real iqtisadi effektini və
qiymətini aşağı salan daxili effektlərin meydana gəlməsinə və artmasına
gətirib çıxarır.
Bir sıra xidmətlərin pullu və pulsuz formalarının uyğunlaşdırılması
çətinliyi yaranır, o cümlədən ayrı-ayrı sahələrin inkişafının optimal
maliyyələşdirilmə mənbələrinin seçilməsi problemi meydana gəlir.
Xidmət sferasında gəlirə görə elastiklik əmsalı da yüksəkdir.
Gəlirin səviyyəsinin tələbatın həcminə təsiri onunla izah edilir ki,
ixtisaslaşdırılmış idarələrdə xidmətlərdən istifadədən imtina etmək olar.
Buna görə də əhalinin real gəlirinin azalması zamanı ilk növbədə xidmət
sferası ziyan çəkir.
Xidmətlərin sərbəst qiymətlərinin formalaşdırılması zamanı
aşağıdakı üsullardan birini istifadə etmək olar:
Eyni xidmətin istifadə edildiyi və daimi böyük istehlakçı
qruplarının sabit tələbatı olan sahələrdə rəqiblərin tariflərini nəzərə
almaqla.
İstehlakçıların tələbatları əsasında.
78
Qalan sahələrdə istehlakçıların mümkün tələbatının nəzərə
alınması ilə xərclər əsasında.
Xidmətin qiymətinin çoxfunksionallığı onun tarif, haqq və abunə
kimi spesifik formalarının yaranmasına səbəb oldu.
Xidmət sahəsində tələb və təklifin əlaqəsinin tam nəzərə alınması,
səmərəli tarif strategiyasının formalaşması və idarələr tərəfindən qiymət
qoyulmanın əsaslandırılmış üsullarının tətbiqi xidmətlərin təklifini
genişlədirməyə, əhalinin tələbatını ödəməyə və onların ümumi
tələbatında xidmət payının artırılmasına imkan yaradacaqdır.
Xidmət, yararlılığı (faydalılığı) konkret müavinətlər, zəmanətlər,
pensiyalar şəklində ödəmə formasını alan müdafiə imkanında ibarət
əmtəədir.
Sosial müdafiənin təhlili görkəmli alimlərimizin əsərlərində geniş
işıqlandırılmışdır. Lakin əsasən tədqiqat obyekti sosial xidmətin həyata
keçirilməsinin hüquqi aspektidir. Pensiya hüquqi münasibətləri
N.Q.Aleksandrovun, V.S.Andreyevin, E.İ.Astraxanın, V.A.Açarkanın,
A.D.Zaykinin, A.E.Paşertskinin, V.A.Tarasovanın və b. əsərlərində daha
dərindən öyrənilmişdir.
Sosial xidmətlərin mənimsənilməsi sistemində mərkəzi yeri maddi
foormalar tutur, çünki məhz onlar vasitəsilə sosial riskin təsirinə məruz
qalan, pul vəsaitləridə, tibbi və sosial xidmətlərdə çıxış edən şəxslərin
obyektiv tələbatları ödənilir.
Sosial xidmətin mənimsənilməs və istifadəsi ilə bağlı münasibətlərin
fərqli cəhəti ondan ibarətdir ki, subyektlərdən biri (insan, ailə) xidmət
almaq üçün qanuni hüquqa malikdir, dövlət orqanı isə (və ya idarəsi) bu
xidməti göstərməyə borcludur. Birtərəfli qaydada və ya tərəflərin razılığı
ilə münasibətlər dəyişdirilə bilməz.
Sosial xidmət – dövlət tərəfindən zəmanət verilən və vəzli-
ekvivalentsiz və ekvivalent formada göstərilən sosial-fərdi və kollektiv
tələbatların mənimsənilməsi və ödənilməsində yardımla əlaqədar
öhdəliklərdən irəli gələn ictimai nemətdir.
|