82
Dövlət sosial risklərdən əhalinin müdafiəsi üçün aşağıdakı
formalardan istifadə edir:
Sosial dövlət dəstəyi;
Federal büdcədən birbaşa ayrılmalar hesabına sosial təminat;
Məcburi dövlət sosial sığortası.
Sosial təminatda konstitusiya hüquqlarının
həyata keçirilməsi
aşağıdakı əlamətlər üzrə fərqləndirilən müxtəlif formalarda təşkil oluna
bilər: təmin olunanlar dairəsi; müvafiq tədbirlərin maliyyələşdirilməsi
üçün fondların mənbəyi və formalaşdırılma üsulları; təminat növləri;
təminatın şərtləri və miqdarı; təminat verən orqanlar.
Dövlət sosial sığortasının mahiyyəti sosial riskin işəgötürənlər,
muzdlu işçilər və məcburi sosial sığorta olunan digər məsul şəxslər,
həmçinin dövlət arasında ayrılmasından ibarətdir.
Sosial sığortanın əsasında ―sosial risk‖ kimi anlayış dayanır.
İnkişaf etmiş bazar münasibətləri şəraitində
əhalinin əksər hissəsinin
gəlirləri işçilər tərəfindən əmək haqqının mütəmadi alınmasından
asılıdır.
Sosial risklər (yəni sosial vəziyyətin pozulması faktları) əhali, ayrı-
ayrı zəhmətkeş qruplar üçün təhlükənin artma dərəcəsi üzrə təsnif oluna
bilərlər. Onlar sosial müdafiə üsullarının, təhlükənin aradan qaldırılması
üzrə daha effektiv mexanizmlərin hazırlanması üçün vacibdir. Bu isə öz
növbəsində aşağıdakıların təmin edilməsini tələb edir: uçot, elmi təhlil
və sosual risklərin ayrı-ayrı növləri və səbəbləri haqqında
informasiyanın sistemləşdirilməsi; milli proqramların hazırlanması yolu
ilə sosial risklərin minimallaşdırılması və kompensasiya edilməsi,
qarşısının alınması və xəbərdarlığın edilməsi; sosial risklərin
kompensasiya mexanizmlərinin işlənib hazırlanması.
―Məcburi sosial sığortanın əsasları haqqında‖ 16 iyul 1999-cu il
tarixli Federal qanununun 3-cü maddəsində sosial risk anlayışı aşağıdakı
formada verilib: sosil sığorta riski – baş verdiyi zaman məcburi sosial
sığortanın
həyata keçirildiyi, işləyən və digər kateqoriyadan olan
vətəndaşların maddi və sosial vəziyyətinin dəyişməsinə gətirib çıxaran
ehtimal olunan hadisədir.
83
Bu tərifin dəqiqləşdirilməsinə ehtiyac duyulur.
Birincisi, maddənin mətnində ―və ya‖ bağlayıcısının istifadə
edilməsi onu bildirir ki, məcburi sosial sığortanın obyekti müəyyən
vətəndaş kateqoriyalarının nəinki maddi,
həm də sosial vəziyyətinin
dəyişməsidir. Lakin işləyən şəxslərin sosial vəziyyəti ondan ibarətdir ki,
onlar muzdlu işçilərədir.
Yalnız işsizlik, əlillik, qocalıq və digər sosial məna ifadə edən
şəraitlə bağlı yaranan maddi vəziyyətin dəyişilməsinin nəticələrini
minimma endirmək olar.
İkincisi, maddənin mətnindən sosial risk deyildikdə nəyin nəzərdə
tutulduğu aydın deyil.
Ehtimal nəzəriyyəsinə əsasən sosial risk – gözlənilən təhlükənin
yalnız dərəcəsi, kəmiyyəti, onun ehtimalıdır.
Risk kütləvi, ictimai, yəni sosial xarakter daşıyır:
əsasən sosial
şəraitlə müəyyən edilir və ayrı-ayrı insanlardan asılı deyil. Əmək
haqqının itirilməsi əməyə tələbatın aşağı düşməsi və ya işçi tərəfindən
əmək qabiliyyətinin itirilməsi səbəbindən baş verə bilər. Əmək
qabiliyyətinin olmaması səbəbi xəstəlik, bədbəxt hadisə, qocalıq, əlillik
və nəhayət işçinin ölümü ola bilər. Bunlar sosial riskin növlərini təşkil
edirlər ki, bunu da sığorta institutu azaltmalıdır.
Beləliklə, işsizlik səviyyəsini ehtiyatsız peşə seçimi və ya işçinin
peşəkarlıq dərəcəsinin kifayət etməməsi,
işəgötürənlərin şəxsində
istehsalatın inkişaf strategiyasının düzgün olmaması, dövlətin iqtisadi
və sosial siyasətinin çatışmazlıqları ilə əlaqələndirirlər.
Məlum fəlakət riski qabaqcadan nəzərə alınır və bu risklə bağlı
maddi yük təşkilatın bütün iştirakçıları arasında qabaqcadan
bölüşdürülür. Riski, məlum mənfi hadisənin nəzərdə tutulması imkanı
kimi müəyyən edilir. Yalnız bu halda əsas əlamətləri aşağıdakılar olan
sığorta haqqında danışmaq mümkündür:
-Riskin qabaqcadan müəyyən edilməsi və qeydiyyatı;
-Fərdi riskə görə kollektivdə maddi məsuliyyət və mütəşəkkillik.
84
Sosial sığortanın vacib əlaməti onun yayılması sferasındakı
fəaliyyət dairəsidir:
Ölkənin müəyyən hissəsində hər hansı əhali qrupuna şamil
edilən yerli və xüsusi sığorta;
Ölkənin bütün ərazisini əhat edən və böyük əhali kütləsinə
şamil edilən ümumi sığorta;
Saziş əsasında bir neçə ölkənin ərazisinə və əhalisinə şamil
edilən beynəlxalq sığorta.
Sosial sığorta sistemi aşağıdakı formada təsnif edilə bilər:
1.
Sosial risklərin növlərinə görə:
xəstəliyə görə; istehsalatda
bədbəxt hadisələrdən; əlilliyə görə; qocalığa görə; hamiləlik və
analığa görə; ölüm hadisəsinə görə; işsizliyə görə.
2.
Xarakterinə görə: könüllü, məcburi.
3.
Daxili quruluşuna görə: dövlət, bələdiyyə (yerli v regional),
peşə (peşəkar sahə amiləri), beynəlxalq.
Dostları ilə paylaş: