5.4. Bihevioral və koqnitiv-bihevioral prosedurların səmərəliliyi
Bihevioral və koqnitiv-bihevioral prosedurların səmərəliliyini
sübut edən dəlillər çoxdur, getdikcə onların sayı artmaqdadır. Lakin
bihevioral yanaşmanı dəstəkləyən müəyyən sahələr xüsusilə seçilir.
Buraya uşaq və yeniyetmələrin davranış problemləri daxildir. Koqnitiv-
bihevioral yanaşma depressiya ilə iş sahəsində də kifayət qədər
faydalıdır: bu yanaşmanın spirtli içkidən istifadə, özünüidarə, uşaqlarla
amansız davranış, iş qabiliyyətinin olmaması və s. problemlərə
tətbiqinin ümidverici nəticələri mövcuddur. Sosial vərdişlər treninqi
konsultant və sosial işçilərin bir sıra sahələrdə apardıqları işlərdə
xüsusilə özünü doğrultmuşdur. Lakin onun uzunmüddətli faydası barədə
sübutlar hələ yoxdur.
Psixoloji təmələ malik istənilən yanaşma kimi, davranış yanaşması
böyük sosial problemlər – işsizlik, evsizlik, yoxsulluq, psixi pozuntular
(məsələn, tibbi müdaxilənin əsas rol oynadığı şizofreniya) qarşısında
116
acizdir. Buna baxmayaraq, hətta bu vəziyyətdə ―davranış təfəkkürü‖
problemləri aydınlaşdırmağa və həll variantlarını, heç olmazsa qismən
də olsa, görməyə kömək edir.
Koqnitiv-bihevioral terapiyanın ümumi sxemi belədir:
Cəlbetmə (engagement) – yardım alma imkanlarına görə kliyentin
gözləmələri tədqiq və müzakirə olunur.
Problem üzərində fokuslaşma (problem focus) – bir sıra problemlər
içərisində kliyentin nöqteyi-nəzərincə daha əhəmiyyətli olanların
ayrılması və onların prioritetlərinin müəyyən olunması.
Problemlərlə iş (problem assesment) – bir problem ayırd edilir və
konkret hala görə detallarınadək nəzərdən keçirilir; konkret vəziyyətdə
mümkün alternativ davranış yolları tədqiq olunur.
Koqnitiv prinsiplərin öyrədilməsi (teach coqnitive principles) –
Kliyentə öz fikirlərini müəyyən tərzdə - koqnitiv bihevioral metodun
terminləri çərçivəsində nəzərdən keçirməyin öyrədilməsi.
Etiraz (dispute, challenge) – bu, vəziyyət haqqında düşünməyin
yeni üsullarının axtarışıdır.
Kliyentə öznəetiraz vərdişlərinin öyrədilməsi (selfdisputing), yəni
onu öz fikirlərini və əqidələrini yoxlamaq istiqamətində müstəqil
işləməyə həvəsləndirmə.
Ev tapşırığının seçimi və təşkili (set behavioral homework) –
özünəetiraz prosesini və dəyişmə prosesindəki əngəlləri izləmək
məqsədilə konsultantla görüş xaricində olan iş prosesinə kömək etmək.
Tamamlama (ending) – dəyişikliklərin gedişinə yardım məqsədilə
özünüterapiya və ya özünəkömək fəndlərinin öyrədilməsi.
A.Bek yanlış əqidələrin korreksiyası metodları kimi aşağıdakı üç
metodu göstərmişdir:
1.
İntellektual metod – şübhəli və ya yalnış konsepsiyaların
testləşdirilməsi və daha vahid konsepsiyalarla əvəz olunması.
2.
Eksperimental metod – real əqidələr kimi qəbul olunan yalnış
ehtimalların yoxlanması məqsədilə müəyyən təcrübənin
yaşanması.
117
3.
Davranış metodu – bacarmağın yeni strategiyalarının inkişafı,
məsələn, müəyyən relaksasiya metodunun, konfliktdə
davranma vərdişlərinin öyrədilməsi, desensitizasiya və s.
Bek aşağıda sadalananları mənfi və ya yalnış təfəkkür üsulları
hesab edirdi:
―Ya hər şey, ya da heç nə‖ təfəkkürü (vəziyyətin ya ağ, ya da
yalnız qara tonda anlaşılması);
İfrat ümumiləşdirmə (yeganə mənfi nümunə gələcək
uğursuzluqlardan xəbər verir);
―Mental fikir‖ (İnformasiyaların seçilməsi. Məsələn, neqativ
informasiyaların
yığılması,
pozitiv
informasiyaların
kənarlaşdırılması və ya yox edilməsi);
Avtomatik
olaraq
qiymətin
verilməməsi
(pozitiv
informasiyaya inamsızlıq və onun qiymətləndirilməsi.
Məsələn, tərifi qəbul edə bilməmək);
Əqli nəticəyə meyl (―o əsəbiləşdi – deməli, ... mən pisəm... o
mənə nifrət edir... o pisdir‖ və s.);
Maksimalizm və ya minimizasiya (hadisələri qeyri-mütənasib
görmək; həddən artıq böyütmək, şişirtmək və ya kiçiltmək);
Emosional xırdaçılıq (faktdan məntiqi nəticə çıxarmaq.
Məsələn, pis əhvala görə);
Labüdlük (təfəkkürdə, dildə və ya əqidələrdə, özünə,
başqalarına,
dünyaya
istiqamətləndirilmiş
―etməli‖
imperativinin mövcudluğu. Konsultasiya praktikası müəyyən
etdi ki, bu motivasiyaya səbəb olmur, əksinə, qəzəb və ya
günah hissini yaradır);
Yarlıkların yapışdırılması və qoparılması (Məsələn, ―bu
insanlar bunu, bunu etdilər - əvəzinə ―bu insanlar
belədirlər‖).
Personalizasiya (Məsələn, ―nə baş versə də bu sizin öz
səhvinizdir‖).
A.Ellis A.Bekin modelinə çox yaxın olan irrasional təfəkkür
modeli təqdim edir:
118
İrrasional əqidələr təbiətcə mütləqdirlər və ―etməliyəm‖,
―lazımdır‖, ―borcludur‖ formasında təzahür edirlər;
Onlar məqsədin qoyuluşuna və əldə olunmasına mane olan
mənfi emosiyalara səbəb olurlar;
Qeyri-produktiv davranış formalarına gətirib çıxarırlar;
İrrasional təfəkkürün nəticəsi olaraq insanın özünə və dünyaya
münasibətlərində aşağıdakı xüsusiyyətlər yaranır:
Dramatikləşdirmə, ―faciələşdirmə‖.
Frustrasiyanı pis yaşamaq, nəticədə insan daim özünü
bədbəxt hiss edir.
Özünü və başqalarını etməli olduqları etmədiklərinə görə
ittiham etmək, həyatı isə insanın istədiklərini vermədiyinə
görə qınamaq.
İfrat generalizasiya, ümumiləşdirmə, yəni xüsusi hadisələri
ümumi proseslərə şamil etmək, xüsusi ilə ümumini
qarışdırmaq.
Vacibliklərin nəticəsində A.Ellisə görə təfəkkürdə aşağıdakı
təhriflər inkişaf edir:
Ya hər şey, ya da heç nə.
Nəticə çıxarmağa meyl və neqativ qeyri-ardıcıllıq
Gümanlar (təxminlər)
Mənfi hisslər üzərində mərkəzləşmə
Müsbət hisslərin rədd edilməsi
Həmişə və heç vaxt
Alçaltma
Emosional izah
Damğaların yapışdırılması və ifrat ümumiləşdirmə
Personalizasiya
Cəzanın gözlənilməsi
Nöqsansızlıq
Koqnitiv və bihevioral psixoterapiyada tez-tez yunan filosfu
Epiktetə məxsus deyim sitat gətirilir: ―İnsanların ovqatını təlx edən
şeylər deyil, bu şeylər haqda onların düşündükləridir‖.
119
Bütünlükdə bihevioral psixoterapiyanın proses kimi fərqləndirici
xarakteristikaları aşağıdakılardır:
Psixoterapiyanın bu növü insanlara, həyait situasiyalara
özləri istədikləri kimi reaksiya verməyə qabil olmağa kömək
edir;
O, pasientin şəxsiyyətinin emosional sferasının dəyişməsi
məqsədini qoymur;
O,
pozitiv
münasibətlərin
psixoterapiya
prosesində
vacibliyini nəzərə alır, lakin bunu psixoterapiyanın faydalılığı
üçün yeganə şərt hesab etmir;
Pasientin şikayət və simptomları onun gizli daxili problem və
konfliktlərinin
təmsilçiləri
kimi
deyil,
reallıq
və
psixoterapiyanın obyekti kimi qəbul olunur;
Psixoterapiyanın konkret məqsədləri və bu məqsədlərə
çatmaq
meyarları
barədə
yekdil
rəyə
gəldikdə,
psixoterapevtik
bağlılıq
prinsiplərinə
əməl
olunur:
psixoterapevt və pasient (biz necə bilərik ki, dəyişiklik baş
verib?).
Dostları ilə paylaş: |