Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə45/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   83
az dili

Baş mühasib:


ARAYIŞ
Elçin Vaqif oğlu Hüseynov həqiqətən Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin IV kurs tələbəsidir.
Arayış Nərimanov rayon Hərbi Komissarlığına təqdim edilmək üçün verilir.


Dekan:
İZAHAT
"izahat" ərəb mənşəli "izah" sözünün cəm fərmasıdır, bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm (2 sətir) yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.

Nümunə:
Azərb. DBTİA-nm "İdman oyunları" fakültəsinin dekanı professor E. A. Qədəşova fakültənin II kurs OA 9-01-ci qrupun nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan


m
izahat 29 noyabr 2009-cu il tarixdə ikinci növbənin üçüncü saatında (saat 17“"-da) biz 412 nömrəli auditoriyada pedaqogika dərsi keçərkən pəncərə açıq olduğundan qəfildən əsən güclü külək təzyiqlə içəri daxil oldu, çərçivəyə möhkəm bərkidilməmiş qapını vurub qırdı. Bu hadisədə tələbələrimizin birbaşa günahı yoxdur. Bunu həmin vaxt bizə dərs deyən baş müəllim Əli Məmmədov da təsdiq edə bilər.
İmza:Əhmədov N. H
30. XI.2009-CU il

TƏQDIMAT, ƏMR.


Təqdimat barədə məlumat

«Təqdimat» sözü ərəb mənşəli olub, “təqdim” sözündəndir. “Təqdim” sözü ərəb dilində çoxmənalıdır: 1) irəli sürmək, irəli çəkmək; 2) bir şəxsin hüzuruna bir şeyi, bir nəfəri gətirmək; 3) bir adamı başqasının hüzuruna çıxararaq onları görüşdürmək, tanış etmək.


Təqdimat rəsmi sənəd olaraq aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş eiməsi zərurətində yazılır. Təqdimat ərizə və tələbnamə deyil. Təqdimat ərizədən yuxarı, tələbnamədən aşağıda dayanan bir xahişnamədir. Məsələn, bir nəfərin mükafata, təqaüdə, vəzifəyə təqdim edilməsi. Təqdimat yalnız xoş niyyətlər üçün yazılmır.
Eyni zamanda, hər hansı bir səbəbdən işçi yuxarı qurumun rəhbəri qarşısında məsələ qaldırır – təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə əmrdə kimin təqdimatı əsasında cəza verildiyi göstərilir. Və yaxud yuxarı qurumun iclasında müzakirə edildikdə təqdimatın tam mətni oxunur. Təqdimatın forması təxminən ərizə kimidir.



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə