adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır,
iqtisad
elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır.
İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı cəhətlərinin, tərəflərinin
ümumiləşdirilmiş nəzəri ifadələridir.
İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi
cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin,
təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar
şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir
göstərən qanunlardır. Bunlar insanların şüurlu, məqsədli fəaliyyətlərində özünü
göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi,
subyektiv
anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da
obyektiv qanunlar kimi fəaliyyət göstərirlər.
Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir.
Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və
hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə
olan hadisə və əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı
hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar
olunan ən mühüm səbəb-nəticə
əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və tərəflərini
yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına,
qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun
istehsalına sərf edilən xərclər və faydalılığıdır.
İqtisadi qanunlar sistem şəklində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar
bir-birilə bağlı və qarşılıqlı asılılıq şəraitində təsir göstərir və təzahür edirlər. Bu
qanunların dərk edilməsi, öyrənilməsi və üzə çıxarılması iqtisadi nəzəriyyənin
funksiyasıdır.
İqtisadi qanunları dərk etməyin, öyrənməyin əsas şərti, o qanunların fəaliyyət
köstərdiyi şəraiti araşdırmaqdır.
Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların
normal fəaliyyət
göstərməsi üçün zəruri şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun
normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar
qiymətlərinin olması tələb olunur.
§3. İqtisadi nəzəriyyənin metodu
Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod
yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis
filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir
fanardır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin
araşdırılmasında özünəməxsus metodlardan istifadə edir.
Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də
bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan
hadisələr kimi fəaliyyət
göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən
tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bil-
mək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə
elmi abstraksiya
6
metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış
abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər
aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat
hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar,
kateqoriyalar
şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və
təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara
çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar
deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdi-
rir.
İqtisadi nəzəriyyənin tətbiq
etdiyi digər bir metod da analiz və sintez
metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında
götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda
iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri
və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər
və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi
sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata
keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında
ümumi bilik
əldə edə bilirik.
İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də
tarixi və məntiqi
metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları,
kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu
üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini
nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır.
Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də
induksiya və
deduksiyadır.
İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod
vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir.
Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq
üçün kifayət
deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləş-
dirmək və izahını verməkdir.
Deduksiya - latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür.
Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi
prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzə-
riyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə
gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə
tətbiq edilməsi deməkdir.
İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu
hadisələrin
keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk
olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s.
üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriy-
yələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə
olunur.
İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas
funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu
baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü
7