MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Mühəndis kəşfiyyatının təşkili və aparılması üsulları



Yüklə 75,27 Kb.
səhifə29/42
tarix11.12.2023
ölçüsü75,27 Kb.
#148142
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
M LK M dafi M lki M dafi n dir M lki M dafi nin yaranma tarix

Mühəndis kəşfiyyatının təşkili və aparılması üsulları
Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya mühəndis kəşfiyyatı manqası tərəfindən aparılır. Kəşfiyyatçıların təchizatı kəşfiyyat tapşırıqlarına uyğun həyata keçirilir.Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı əşyalara, iş aparılan sahəyə və obyektlərə, qurğuların vəziyyətinə bilavasitə baxış keçirilir.Kəşfiyyat tapşırıqları verilən zaman dozora göstərilir: fəaliyyət göstəriləcək zonanın hüdudları; hərəkət marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı; kəşfiyyatın, ayrılmış nəqliyyat vasitələrinin sayı; kəşfiyyat məlumatlarının məruzə edilməsi qaydası
37.Sülh və müharibə dövrlərində Mülki Müdafiə kəşfiyyatının əsas vəzifələri
Sülh dövründə MM kəşfiyyatının əsas vəzifələri:

    • ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;

    • yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətə müntəzəm nəzarət etmək;

    • güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermişrayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.


Müharibə dövründə düşmən basqınından sonra kəşfiyyatın vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:

    • işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;

    • radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti ;

    • zədələmə ocağının hüdudları;

    • xilasetmə və digər təxirə salınmaz işlər aparılan rayonlarda zədələnmə şəraitini necə dəyişdiyi;

    • mühafizə qurğularının və oradakı insanların vəziyyəti, onlara yardım göstərmənin yolları;

    • kommunal enerji şəbəkələrinin və rabitə xətlərinin vəziyyəti;

    • MM dəstələrinin və köçürülən əhalinin hərəkət edəcəyi marşrutlar;

    • yanğın yerləri və yanğının yayılma istiqaməti;

    • hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonalarının yaranıb-yaranmadığı və s.



Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə