Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 
76
genişləndi. Moskvanın vasitəsi və ciddi nəzarəti altında həyata 
keçirilən bu əlaqələrə bilavasitə Azərbaycan KP MK və 
Beynəlxalq  əlaqələr  şöbəsi rəhbərlik edirdi. Həmin illərdə 
Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirildi.  
T.Tahirova deputatı kimi SSRİ Ali Sovetinin, Azərbaycan 
Ali Sovetinin sessiyalarında, Azərbaycan Kommunist Partiyası 
Bakı Komitəsinin plenumlarında, konfranslarında iştirak etmiş, 
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin, AKP MK üzvü 
seçilmişdir. 
T.Tahirova Azərbaycanın ictimai həyatında fəal iştirakına 
görə hökumət tərəfindən Lenin ordeni, 5 dəfə  Qırmızı  Əmək 
Bayrağı,  Şərəf nişanı, Xalqlar dostluğu ordenləri və bir çox 
medallarla təltif edilmişdir. 
1991-ci il oktyabrın 26-da Bakıda vəfat etmiş  və  Fəxri 
xiyabanda dəfn olunmuşdur. 
 
*** 
 

 
Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1,s.80, iş 811. 

 
Azərbaycan SSR Ali Sovetinin deputatları. Səkkizinci 
çağırış. Bakı, 1973. 

 
Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci 
sessiyası. Stenoqrafik hesabat. Bakı, 1980. 

 
«Kommunist» qəzeti, 1969-1983-cü illər. 

 
Qasımov M. Bəşəriyyətin sağ qalması naminə. Bakı, 1991. 

 
Qasımov M. Azərbaycan Respublikası dünya meridianların-
da (mədəni əməkdaşlıq). Bakı, 1992. 
 
 
 
 
 
 


 
77
 


 
 
78
Elmira Mikayıl qızı Qafarova 
1 dekabr 1983 – 22 dekabr 1987 
 
Azərbaycanın ictimai, siyasi və 
dövlət xadimlərindən biri Elmira 
Mikayıl qızı Qafarova olmuşdur. 
E.Qafarova 1934-cü il martın 1-də 
Bakıda qulluqçu ailəsində anadan 
olmuşdur.1953-cü ildə orta məktəbi  
müvəffəqiyyətlə, 1958-ci ildə isə Azərbaycan Dövlət 
Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə 
bitirmişdir. O, Universietetdə oxuduğu zaman ən fəal 
tələbələrdən olmuş  və Azərbaycan Dövlət Universitetinin 
komsomol komitəsinin katibi vəzifəsində işləmişdir. 
1958-1961-ci illərdə E.Qafarova ADU-nun aspirantı 
olmuş  və namizədlik dissertasiyasını müdafiə edib filologiya 
elmləri namizədi elmi dərəcəsini almışdır. 
E.Qafarova 1961-1962-ci illərdə Azərbaycan KP MK-da 
elm və ali məktəblər  şöbəsində  təlimatçı, 1961-1962-ci illərdə 
isə Azərbaycan Lenin Kommunist Gənclər  İttifaqının  katibi 
vəzifələrində çalışmışdır. Tezliklə respublika  gəncləri arasında 
böyük hörmət və nüfuz qazanan E.Qafarova Azərbaycan LKGİ-
nin birinci katibi seçilmişdir. O, bu vəzifədə 1966-1970-ci 
illərdə  işləmişdir. E.Qafarova bu məsul vəzifədə Azərbaycan 
gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının 
artırmaları, inkişaf etdirmələri sahəsində xeyrli zəhmət 
çəkmişdir.  
E.Qafarova 1970-1971-ci illərdə Azərbaycan KP MK 
mədəniyyət  şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə 
Azərbaycan KP Bakı Komitəsinin ideologiya katibi olmuşdur. 
O, bu vəzifədə Bakı  şəhərinin abadlaşdırılması, yaşıllaşdırıl-
ması, fəhlələrin, xüsusən gənc fəhlələrin partiyanın ideoloji 
mübarizəsinə cəlb edilməsi sahəsində xeyli iş görmüşdür. 


 
79
1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri 
vəzifəsində çalışmış E.Qafarova Azərbaycanda maarifçiliyin 
yayılmasında, məktəb  şəbəkələrinin çoxaldılmasında, savadlı, 
bilikli, təcrübəli müəllimlərlə  təmin olunmasında, uşaqların 
təhsilə cəlb edilməsində yaxından iştirak etmiş, bir sıra məktəb 
olimpiadalarının əsas təşkilatçısı olmuşdur. 
E.Qafarova 1983-1987-ci illərdə Azərbaycan SSR xarici 
işlər naziri vəzifəsini daşımışdır. E.Qafarova xarici işlər naziri 
kimi Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri 
ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi, bir-
birinə nümayəndələr göndərməsi sahəsində, beynəlxalq 
müşavirə, konfrans və sessiyalarda yaxından iştirak etmişdir. O, 
1984-cü ilin oktyabrında BMT Baş  Məclisinin XXXIX 
sessiyasının və onun komitələrinin iclaslarında iştirak və  çıxış 
etmişdir. BMT Baş  Məclisinin XXXIX sessiyasının üçüncü 
komitəsinin nümayəndələri irqçilik və    irqi  ayrı-seçkilik 
qalıqlarının kökünü kəsmək məsələlərini müzakirə etmişlər. 
Diskussiyada birinci çıxış edən E.Qafarova irqi ayrı-seçkiliyi 
kəskin tənqid edərək demişdir: «Bütün sahələrdə irqi ayrı-
seçkiliyi  şirnikləşdirənlər hansı demokratiyadan, hansı 
vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi 
hüquqlardan danışa bilərlər». 
E.Qafarova üçüncü komitənin «Beynəlxalq gənclər ili: 
iştirak, inkişaf və sülh» diskussiyasında çıxış edərək demişdir: 
«Gənclərin işsizliyi və qeyri-hüquqi vəziyyəti problemi bir sıra 
ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin 
və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-
iqtisadi hüquqları kobud şəkildə tapdalanır... BMT bunların 
həllinə daim diqqət yetirməlidir».  
1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR 
Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır. O, bu 
vəzifədə  də humanitar sahələrə – elm, mədəniyyət, maarif 
sahələrinə rəhbərlik etmişdir. 


 
80
Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə-pillə 
addımlayan E.Qafarova 1989-1990-cu illərdə Azərbaycan SSR 
Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. O, Rəyasət 
Heyətinin sədri kimi bir sıra iqtisadi və siyasi əhəmiyyətli 
sərəncam və  qərarlarının verilməsində  fəal iştirak etmişdir. 
1989-cu il dekabrın 30-da Gəncə  şəhərinin adının bərpa 
olunması  və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli 
bayramı olan Novruz bayramının rəsmən qeyd edilməsi 
haqqında fərmanları E.Qafarova imzalamışdır. 
Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin 
dövründə, erməni silahlı qüvvələrinin torpaqlarımızı  işğala 
başladığı bir vaxtda sovet qoşunları 1990-cı il yanvarın 19-dan 
20-nə keçən gecə Bakıya soxularaq dinc adamları qətlə yetirdi. 
Bu vaxt E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı 
cinayətə etiraz bəyanatı ilə  çıxış etmiş  və onun haqqında 
həqiqəti tezliklə bütün ölkələrə yaymağa başlamışdır. Həmin 
bəyanatda deyilirdi: «SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən 
respublikamızın Bakı  şəhərində fövqəladə  vəziyyət elan 
edilməsi ilə  əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın 
bütün vətəndaşları adından qəti etirazımı bildirirəm… Tam 
məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR ali 
dövlət hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət 
Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq 
verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı 
qəbul etmiş  və bilavasitə onun icrasını  təmin etmiş SSRİ 
orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür». Bu şəxsi 
bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın 
müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali 
Sovetinin fövqəladə sessiyasını çağırdı  və ona başçılıq etdi. 
Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə «SSRİ Ali 
Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqı 
xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, 
Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin 
Müraciəti»ni qəbul etmişdir. Müraciətdə deyilirdi: «Bakının və 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə