Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   23   24   25   26   27   28   29   30   31

 
88
ilə normal münasibətlər qurulmasına səylər olundu
dövlətlərarası müqavilə imzalandı  və bununla da Rusiya 
Azərbaycanın müstəqilliyini rəsmi surətdə qəbul etdi. 1992-ci il 
oktyabrın 12-də Azərbaycan Respublikası ilə Rusiya 
Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım 
haqqında müqavilə imzalandı. Lakin bu müqavilə ratifikasiya 
edilmədi. 
T.Qasımov ABŞ Dövlət Departamentində  dəfələrlə, bir 
dəfə Pentaqonda, bir neçə dəfə Konqresdə görüşlər keçirmiş və 
danışıqlar aparmışdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlan-
ması haqqında ATƏM çərçivəsində danışıqlar prosesi bərpa 
edildi və Azərbaycanın dövlət mənafeyinə uyğun  şərtlərlə 
aparılmağa başlandı. 
Azərbaycan ATƏT,  İqtisadi  Əməkdaşlıq Təşkilatı, Qara 
dəniz  İqtisadi  Əməkdaşlığı  Təşkilatı, Asiya və Sakit okean 
Əməkdaşlığı Təşkilatiına və bir çox digər təşkilatlara üzv oldu. 
Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o 
cümlədən  İnsan haqları  bəyannaməsinə, Cenevrə konvensi-
yasına, Nüvə silahlarının yayılmaması haqqında konvensiyaya 
qoşuldu. Kimyəvi və baktereoloji silahların qadağan olunması 
haqqında konvensiyaya T.Qasımov imza atmışdır. 
BMT-nin 47-ci Baş Assambleyasında iştirak və  məruzə 
etmişdir. 
BMT Baş Katibi ilə Azərbaycanda BMT-nin 
nümayəndəliyinin açılması haqqında sazişi imzalamışdır. 
Azərbaycan nümayəndə heyətinin başçısı kimi BMT-də  əsas 
dövlətlərin və  təşkilatların təmsilçiləri, Assambleyada iştirak 
edən 25 dövlətin xarici işlər nazirləri və 5 dövlətin prezidentləri 
ilə ikitərəfli görüşlər keçirmişdir. 
1992-ci il noyabr ayında ABŞ-ın əsas sığorta təşkilatı olan 
OPİC-lə «Azərbaycana sərmayə qoyacaq şirkətlərin və 
sərmayəçilərin iqtisadi risklərinin sığortalanması»  haqqında 
sazişi imzalamışdır. ABŞ Ticarət Palatasının sədri ilə görüş 
keçirmişdir.  İki ölkə arasında Azərbaycanın bəzi  şərtlərini 


 
89
nəzərdə tutan yeni ticarət müqaviləsi imzalamaq təklif olunmuş, 
bir müddət sonra amerikan tərəfi buna razılıq vermiş  və xarici 
işlər nazirinin ABŞ-a ikinci  səfəri zamanı bu müqavilə 
imzalanmışdır.  
1992-ci il mayın 22-25-də Lissabonda Avropa Birliyinin 
«Yeni yaranmış Müstəqil Dövlətlərə  İqtisadi Yardım 
Proqramı»nın müzakirə edildiyi sammitdə çıxış edərək «bu gün 
bizə iqtisadi yardımdan daha önəmlisi Avropa Birliyinin bizim 
əsas problemimiz olan "Ermənistanın Azərbaycana təcavüzü və 
ərazilərimizin işğal edilməsi, Azərbaycanın  ərazi bütövlüyünün 
bərpası» probleminin həllində yardım etməsidir» söyləmiş  və 
Avropa Birliyindən bu istiqamətdə dəstək istəmişdir. 
Lissabon sammitində  iştirak edən ABŞ Dövlət Katibi 
cənab Beykerlə görüş zamanı ondan Azərbaycanın haqq işinin 
ABŞ 
tərəfindən dəstəklənməsini, ATƏT çərçivəsində 
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində 
dayandırılmış danışıqların davam etdirilməsinə yardımçı 
olmasını, bu münaqişənin Rusiyanın mənafeyinə xidmət etməsi 
səbəbindən onun səylərinin neytrallaşdırılmasını  və problemin 
həllini ABŞ-ın öz üstünə götürməsini Azərbaycan dövləti 
adından xahiş etmişdir. Cənab Beyker ABŞ-ın problemə ciddi 
yanaşdığını  və bu istiqamətdə  gərəkli addımlar atılacağını, 
yalnız Azərbaycan tərəfinin də atəşkəsin saxlanmasına 
çalışmasını rica etmişdir. 
ABŞ-ın təşəbbüsü ilə ATƏT çərçivəsində danışıqlar 
prosesinə başlanmış və danışıqlar Azərbaycanın maraqlarına və 
ATƏT-in Minsk qrupunun mandatına uyğun aparılmışdır. 
ATƏT-in mandatına  əsasən münaqişənin tərəfləri Azərbaycan 
Respublikası  və Ermənistan Respublikası, Dağlıq Qarabağın 
azərbaycanlı əhalisi və erməni icması isə iki maraqlı tərəf kimi 
göstərilmişdir.  İcma nümayəndələrinin işçi qrupların və Minsk 
qrupunun toplantılarında iştirak etmək və öz fikirlərini söyləmək 
hüququ olsa da, səsvermə hüququ olmamışdır. 


 
90
Kəlbəcərin işğalına qədərki danışıqlarda ATƏT-in 
mandatına uyğun olaraq  Minsk qrupunun vəzifələri  əsasən 
aşağıdakılardan ibarət idi: Şuşanı erməni yaraqlılarından 
təmizləmək, dinc əhalinin daimi yaşayış yerlərinə dönməsini 
təmin etmək və oraya beynəlxalq nəzarətçilər gətürmək;  Laçını 
erməni silahlı  dəstələrindən təmizləmək, dinc əhalinin daimi 
yaşayış yerlərinə dönməsini təmin etmək və oraya beynəlxalq  
nəzarətçilər gətirmək; Azərbaycanın  ərazi bütövlüyü bərpa 
edildikdən sonra Minsk konfransını çağırıb Dağlıq Qarabağın 
statusu məsələsini müzakirə etmək. 
1993-cü il fevralın 29-da Romada ATƏT çərçivəsində 
aparılan danışıqların ikinci mərhələsinin yekunu olaraq ATƏT 
çərçivəsində bir komissiyanın yaradılaraq «Dağlıq Qarabağda 
yerləşdirilmiş ağır silahların mənşəyinin araşdırılması və onların 
yararsız hala gətirilərək məhv edilməsi haqqında» sazişi xarici 
işlər naziri T.Qasımov və Ermənistan xarici işlər nazirinin 
birinci müavini Libaridyan imzalamışlar. Sonradan danışıqlar 
İsveçin Cenevrə  şəhərində daha iki mərhələdə davam etdirildi. 
Bu danışıqların nəticəsində  Şuşa və Laçının erməni silahlı 
dəstələrindən təmizlənməsi və dinc əhalinin daimi yaşayış 
yerlərinə dönməsi  şərtləri razılaşdırıldı  və yeganə mübahisə 
obyekti kimi Laçın dəhlizinin statusu məsələsi qaldı. Ermənistan 
tərəfi bu dəhlizin beynəlxalq nəzarətə verilməsinin, Azərbaycan 
tərəfi isə bu dəhlizin Azərbaycanın nəzarətində olmasının, dinc 
erməni vətəndaşlarının və humanitar yardımların sərbəst 
buraxılması öhdəliyinin qəbul edilməsinin tərəfdarı idi. 
Roma və Cenevrədə aparılan danışıqlarda Azərbaycan 
nümayəndə heyətinə xarici işlər naziri başçılıq etmişdir. 
Danışıqların üçüncü mərhələsinə başlamaq üçün Cenevrədə olan 
Azərbaycan nümayəndə heyəti erməni və rus birliklərinin 
Kəlbəcər rayonunu işğal etdikləri xəbərini aldı.  
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi H.Həsənova 
BMT Təhlükəsizlik  Şurasının sədrinə  təqdim ediləcək sənəd 
göndərildi. Ertəsi gün H.Həsənov sənədi Təhlükəsizlik Şurasının 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə