dövlətlər Avropa Birliyinin federallaşdırılması cəhdlərindən
narahatdır. Avropalılar öz məcmu milli məhsulunun müəyyən
hissəsini ABŞ ordusunun səviyyəsinə çatmaq üçün hərbi xərclərə
sərf etmək istəmirlər, hətta bir-birilərinə ərazi iddiaları da vardır.
Siyasi və iqtisadi cəhətdən Qərbi Avropanın ən nəhəng
ölkələrindən biri hesab olunan ALMANİYA ilə Azərbaycanın ənənəvi
əlaqələri əsasən XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlanır. Bu
dövrdə alman kapitalı Azərbaycan sənayesinin inkişafına kömək
etmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, hələ XIX əsrin
əvvəlindən Azərbaycanda alman yaşayış məskənləri yaradılmışdı.
Vürtemberqdən çıxanlar Xanlar, (Yelendorf), Şəmkir (Anenberq) və
Daşkəsəndə (Rüfergen) məskunlaşmışdılar. Almanlar sənaye
şərabçılığının, metallurgiyanın və neft sənayesinin inkişafında böyük
rol oynadılar.
İkinci dünya müharibəsindən sonra Almaniya demək olar ki,
bütün sahələrdə sıçrayış etdi. Onun sənaye inkişafı və birləşməsi isə
bu dövləti dünyanın nəhəng siyasi və iqtisadi gücünə çevirdi.
Azərbaycanla Almaniya arasında münasibətlərin qurulmasına və
inkişafına müsbət təsir göstərən amillərdən biri də bu ölkədə geniş
azərbaycanlı diasporunun yaşaması idi.
Almaniya 1991-ci il dekabrın 12-də dövlət müstəqilliyimizi
tanıdı, 1992-ci il fevralın 2-də diplomatik münasibətlər qurdu.
Almaniya ilə münasibətlərdə tarixi ənənələri və yaxınlığı əsas
götürərək Azərbaycan dövləti Avropada ilk dəfə olaraq bu ölkədə
səfirlik açdı. 1992-ci ilin martın əvvəlində Almaniya bundestaqı
deputatlarının Hans Yozef Fogel başda olmaqla nümayəndə heyətinin
Azərbaycana səfəri, sentyabrın 2-də Almaniyada Azərbaycanın
fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqovun prezident
Rixard fon Vaytzekkerlə görüşüb etimad məktubunu ona təqdim
etməsi xarici siyasətimizin Avropa işlərində ilkin addımları kimi
qiymətləndirilməlidir.
1992-ci ilin sentyabrında respublika Ticarət Nazirliyinin,
noyabrında isə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
başda olmaqla hökumət nümayəndə heyəti Almaniyaya səfər etdi.
1993-cü ilin yayında Almaniya ilə Azərbaycan arasında
birbaşa hava xəti açıldı.
63
Azərbaycan Respublikasının dövlət katibi P.Hüseynov başda
olmaqla nümayəndə heyətinin 1993-cü ilin yanvarında Almaniyaya
səfəri bu illərin diqqəti cəlb edən hadisəsi
Müstəqilliyin ilk illərində Azərbaycanla Almaniya
arasınddakı iqtisadi əlaqələrə də diqqət yetirmək vacibdir.
1992-ci ildə Almaniya ilə ticarətdə respublikanın idxalı
9620,6 dollar, ixracı 12941,5 dollar olmuşdusa, 1993-cü ildə idxalı
10292,4 dollar, ixracı isə 3680,9 dollar oldu. Bu dövrdə Azərbaycan
Almaniyadan əsasən ərzaq məhsulları və xalq istehlakı şeyləri alırdı.
Öz növbəsində Almaniyaya neft emalı sənayesi malları, əlvan
metallar, kimya və neft kimyası, maşınqayırma toxuculuq sənayesi
məhsulları, ərzaq aə xalq istehlakı malları göndərirdi.
Almaniya ilə ikitərəfli əməkdaşlığı çərçivəsində 1994-cü il
martın 7-14-də Milli Məclisin aqrar məsələlər komissiyasının sədri
A.Rəhimzadə başda olmaqla nümayəndə heyəti bu ölkədə səfərdə
oldu. Səfər müddətində nümayəndə heyəti Almaniya Bundestaqının
sədri xanım R.Züsmutla görüşdü, parlament sədrinin məktubu ona
təqdim olundu. Almaniyanın xarici işlər, iqtisadiyyat nazirliklərində,
bir neçə şirkətlərdə görüşlər keçirildi. Görüşlərdə Azərbaycan üçün
aktual olan siyasi məsələlər, o cümlədən Ermənistanın ölkəmizə hərbi
təcavüzü, özəlləşdirmə və bazar iqtisadiyyatı, Almaniya ilə
Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi.
1995-ci ildə Azərbaycan parlament nümayəndə heyəti
Almaniya Bundestaqının sədri xanım Rita Züsmutun dəvəti ilə bu
ölkədə səfərdə oldu. R.Quliyevin federal prezident Roman Hersoqla,
Bundestaqın sədri xanım Rita Züsmutla, xarici işlər nazirinin birinci
müavini Helmut Şeferlə görüşlərində ikitərəfli
əlaqələri
genişləndirməyin zəruriliyi göstərildi. Əməkdaşlıq Azərbaycanın
xarici siyasətində Almaniyanın, Almaniyanın xarici siyasətində isə
Azərbaycanın özünəməxsus yer tutduğunu göstərirdi.
Həmin ildə Almaniyanın xarici işlər naziri Klaus Kinkel, bu
ölkənin ATƏT-dəki nümayəndəliyinin başçısı Künter Yottsen, iqtisadi
əməkdaşlıq və inkişaf naziri Karl Ditrix Şpranger Almaniyanın digər
rəsmi və işgüzar adamları, xarici işlər nazirinin birinci müavini
Helmut Şefer, həmin nazirliyin Güney Qafqaz və Orta Asiya şöbəsinin
müdiri Enno Barger, AFR Bundestaqının Qafqaz qrupunun rəhbəri,
ATƏT-in Parlament Məclisinin vitse-prezidenti Villi Vimmer
Azərbaycanda oldular. Klaus Kinkelin səfəri zamanı iki ölkə arasında
64
maliyyə
və texniki əməkdaşlıq haqqında memorandum,
investisiyaların qorunması və b. barədə sənədlər imzalandı. Sənədlərin
imzalanması Azərbaycan-Almaniya
əlaqələrinin hüquqi-siyasi
təməlini qoydu, əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdi.
FRANSADA antiazərbaycan əhval-ruhiyəsinin üstünlüyünə
baxmayaraq bu ölkə ilə münasibətlərdə Azərbaycanın xoş məramı
diqqət cəlb edirdi.
Fransa 1992-ci il 3 yanvarda Azərbaycanın dövlət
müstəqilliyini tanıdı və 1992-ci il 21 fevralda onunla diplomatik
münasibətlər qurdu. Fransa xarici işlər nazirinin müavini Bernar
Kuşner Azərbaycana səfər etdi. Fransa Qarabağın hər iki icmasına
yardım göstərən ilk ölkələrdən biri oldu. O, Naxçıvana da yardım
göstərdi.
Fransa ilə münasibətlərdə bir sıra diqqətsizliklərə yol
verilmişdi. Hər şeydən əvvəl, bu ölkədə erməni diasporunun güclü
olmasını və onun Ermənistana xoş münasibət bəsləməsini əsas
götürərək orada iş aparılmırdı, bu ölkəyə passiv münasibət
bəslənilirdi. Fransanın rəsmi nümayəndələri, jurnalistləri Azərbaycana
dəvət edilmirdilər. Əslində mövcud münasibətlər və aparılan iş
teleqramlar və müktublar göndərməklə məhdudlaşırdı. Sistemli və
səmərəli fəaliyyət göstərilməsə də, çox vaxt Fransa tərəfini
təqsirləndirənlər tapılırdı. Lakin unudulurdu ki, bu ölkə ilə siyasi,
iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi Fransanın xarici
siyasətində Azərbaycana münasibətdə müsbət dəyişiklik yaratmağa
kömək edərdi. Və hər hansı ölkədə qarşıdurma ilə deyil,
mehribanlıqla, xoş münasibətlərlə möhkəmlənmək olardı. Fransa
kapitalının Azərbaycana cəlb olunması iqtisadiyyatın dirçəlməsində
müəyyən rol oynayır.
Fransa Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinə iki ölkə
arasında «Dostluq, qarşılıqlı faydalı əməkdaşlıq haqqında müqavilə»
layihəsini birgə hazırlamaq barədə təklifinə vaxtında cavab
verilməməsi normal münasibətlərin qurulmasına və inkişaf
etdirilməsinə mane olurdu.
Fransa ilə münasibətlərin düzgün qurulmaması nəticəsində
BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə
edilərkən bu ölkənin daimi nümayəndəsi hər vəchlə münaqişəni
«Dağlıq Qarabağ-Azərbaycan» münaqişəsi kimi qələmə verməyə,
ərazilərin tutulmasını «yerli erməni özünümüdafiə qüvvələrinin» işi
65
Dostları ilə paylaş: |