və əməkdaşlıq haqqında müqavilə münasibətlərimizin inkişafında
mərhələ kimi qiymətləndirilməlidir.
Fransaya səfər Azərbaycan Respublikasının beynəlxalq
mövqelərinin möhkəmlənməsinə, müstəqil və suveren dövlət kimi
onun nüfuzunun artmasına xidmət etdi.
1992-ci ildə Fransa ilə ticarət-iqtisadi əlaqələrdə
respublikanın idxal payı 26834,6 dollar, ixracı 1470,0 dollar, 1993-cü
ilin əvvəllərində isə idxalı 397,0 dollar, icraçı isə 978,1 dollar təşkil
etmişdi.
1994-cü ildə Fransa parlamentinin xarici işlər
komissiyasının üzvü Rolan Blüm, «Reno» avtomobil şirkətinin
nümayəndə heyəti, parlamentin xarici işlər komissiyasının sədr
müavini Ameri de Monteskyü və b. Azərbaycana səfər etdilər. Səfərlər
zamanı ikitərəfli parlament və iqtisadi əlaqələr müzakirə olundu.
Səfərlər Fransa rəsmi dairələrində mövcud olan «Ermənistan
dostumuzdur, Azərbaycan isə düşmənimiz deyildir» fikrinə tədrici
dəyişiklik etməyə başladı, Fransa ilə ciddi ikitərəfli əlaqələr
qurulmasının, Parisin Azərbaycana etibarlı ortaq kimi baxmasının
əsası qoyuldu.
1995-ci ildə bu əlaqələr davam etdirildi. Fransa Xarici İşlər
Nazirliyinin Baş katibi Bertrak Düfurq Azərbaycana səfər etdi. Səfər
zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni
və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi.
Həmin ildə Azərbaycan prezidenti faşizm üzərində qələbə
təntənələrində iştirak etmək üçün Fransaya getdi. Bu il o, Fransanın
baş naziri Alen Jupe, prezident Jak Şirakla görüşüb danışıqlar apardı.
Fransa tərəfi Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına hörmət etdiyini bildirdi.
Qitənin nəhəng və nüfuzlu dövlətlərindən biri olan BÖYÜK
BRİTANİYA ilə də münasibətlərin qurulması və inkişafı xarici
siyasətimizin ilk addımı kimi uğurlu hesab edilə bilər. Böyük
Britaniya 1991-ci il 31 dekabrda Azərbaycanın dövlət müstəqilliyini
tanıdı və 1992-ci il 11 martda diplomatik münasibətlər qurdu. 1992-ci
ilin martın 11-12-də Böyük Britaniyanın xarici işlər naziri və birlik
işləri naziri Duqlas Hoqqun, avqustun 3-6-da Böyük Britaniya Xarici
İşlər Nazirliyinin nümayəndə heyətinin, sentyabr ayında isə Böyük
Britaniyanın keçmiş Baş naziri M.Tetçerin Bakıya səfəri və «Britiş
Petrolium» şirkətinin sərgisinin açılışında iştirakı, yenə həmin ayın
69
sonunda Böyük Britaniyanın ticarət və sənaye naziri Maykl
Hezltaynın və digər rəsmi şəxslərin Azərbaycana səfəri əhəmiyyətli
oldu. Bu səfərlərdə müzakirə edilən məsələlərin və əlaqələrin
öyrənilən dövrdəki vəziyyətinin təhlili Böyük Britaniya ilə
münasibətlərin inkişaf etdirilməsinin və genişləndirilməsinin
zəruriliyini irəli sürürdü. Nəticədə iki ölkə arasında qarşılıqlı səfərlər
artdı. 1992-ci ilin sentyabrında respublika Müdafiə Nazirliyinin, 1993-
cü ilin mayında Azərbaycan hökumətinin nümayəndə heyətləri Böyük
Britaniyaya səfər etdilər. Həmin il mayın 19-28-də Azərbaycan
Respublikasının Baş naziri P.Hüseynov bu ölkədə oldu.
İngiltərənin Azərbaycanla yaxınlaşmasının bir sıra mühüm
səbəbləri var idi. Bunlar siyasi, iqtisadi və strateji mənafeləri əhatə
edirdi. Böyük Britaniya tarixən olduğu kimi indi də Azərbaycanda
möhkəmlənməkdə, gələcəkdə onun vasitəsilə Fars körfəzinə və
Asiyanın digər ölkələrinə çıxmaqda və beləliklə də rəqiblərini geri
qoymaqda maraqlı idi.
İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq barədə razılıq
əldə edildi. Britaniya Şurası «Britiş Petrolium» və «Statoyl»
alyansının yardımı ilə Bakıda «İşgüzar ingilis dili» kursları təşkil etdi.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığında Böyük
Britaniyanın tutduğu ədalətli və obyektiv mövqe ölkəmiz və xalqımız
tərəfindən rəğbətlə qarşılandı. Böyük Britaniyanın Baş naziri Con
Meycor Azərbaycana məktub göndərərək birmənalı şəkildə bildirdi ki,
«Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi
kimi qəbul edir və onun başqa hər hansı statusunu tanımayacaqdır».
Eyni zamanda BMT Təhlükəsizlik Şurasının iclasında Dağlıq
Qarabağdakı vəziyyətin müzakirəsi zamanı sədrlik edən Böyük
Britaniyanın BMT-dəki daimi nümayəndəsi səfir Devid Xanney
obyektiv mövqe tutdu və 853 nömrəli qətnamənin qəbul edilməsinə
kömək etdi.
Böyük Britaniya ilə əlaqələrin inkişafında özünəməxsus rolu
1993-cü ilin oktyabında bu ölkənin parlament nümayəndə heyətinin
ölkəmizə səfəri tutur. Parlament üzvlərinin ölkə rəhbərləri ilə
görüşlərində ikitərəfli siyasi, iqtisadi, elmi-texniki, mədəni və
humanitar əlaqələrin inkişafı müzakirə olundu. Böyük Britaniya ilə
Azərbaycan arasında parlament əlaqələrinin genişləndirilməsi və
səmərəliliyinin artırılması zəruriliyi qeyd edildi.
70
Parlament üzvlərinin Zəngilan, Qubadlı və Cəbrayıl
rayonlarından olan qaçqınlarla görüşü Ermənistanın təcavüzkarlığının
konkret nəticələri ilə tanış olmaqda onlara köməklik göstərdi.
Öyrənilən illərdə iki ölkə arasında əlaqələrin qurulması və inkişafında
Böyük Britaniyanın Azərbaycandakı «BiPi» neft şirkəti xüsusi rol
oynadı. Bu əlaqələrlə hər iki tərəfin iqtisadi və siyasi mənafelərinin
çulğalaşması baş verdi.
1993-cü ilin oktyabrın əvvəllərində Böyük Britaniyanın
xarici işlər naziri Duqlas Hoqqun Azərbaycana səfəri və keçirdiyi
görüşlər həm ikitərəfli münasibətlər, həm də regionda sülhün və
təhlükəsizliyin taleyi baxımından əhəmiyyətli idi.
Səfər zamanı xarici siyasət idarələri başçıları iki sənədi-birgə
bəyannaməni və iki dövlət arasında münasibətlərin tənzimlənməsi
haqqında bəyannaməni qəbul etdilər. Əslində bu, Azərbaycan-Böyük
Britaniya münasibətlərində yeni keyfiyyət mərhələsinin başlınğıcı
üçün zəmin hesab edilə bilərdi.
Böyük Britaniyanın xarici işlər nazirinin səfərinin böyük
əhəmiyyəti var idi. İki ölkə arasındakı münasibətlər qətiyyən üçüncü
dövlətə və ya dövlətlər qrupuna qarşı yönəldilməmişdi. Bu
münasibətlər sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edirdi.
Görüşlər zamanı keçirilən müzakirələrdə beynəlxalq hüquq
normalarına, ATƏT prinsiplərinə və BMT nizamnaməsinə uyğun
olaraq Azərbaycanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün
pozulmağı bir daha təsdiqləndi. Böyük Britaniya münaqişənin
əvvəlindən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul
etdiyini yenidən nümayiş etdirdi. Duqlas Hoqq bu mövqeni
Ermənistan prezidentinə birmənalı şəkildə bildirdiyini söylədi.
Səfər zamanı tərəflər qarşılıqlı faydalı siyasi, ticarət-iqtisadi,
elmi-texniki, mədəni və humanitar sahələrdə
əlaqələrin
genişləndirilməsinin zəruriliyini qeyd etdilər.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin geniş
perspektivləri vardır, bundan da səmərəli istifadə olunmalıdır.
Əvvəla, belə səfərlər epizodik hal daşımamalı, sistematik və
qarşılıqlı olmalıdır. Dövlət orqanları, hakimiyyətin üç qanadı belə
əməkdaşlıqda fəal iştirak etməlidir. İkincisi, iki ölkə arasında ticarət-
iqtisadi əlaqələr xeyli genişləndirilə bilər. Üçüncüsü, iki ölkə arasında
ictimaiyyətin əlaqələri, idman, turizm və b. sahələrdə əməkdaşlıq
qurulmalı və genişləndirilməlidir. Bunun Azərbaycana böyük xeyri
71
Dostları ilə paylaş: |